"Hər il xüsusilə də yayda bu yerlər yadıma düşürdü"
Tarix: 29-09-2021, 08:42 |
Çap et
Şuşaya yollanan xalq artisti Rasim Balayev Cıdır düzündə əyilib torpağı öpüb.
Bu barədə “Sherg.az”a danışan xalq artisti qeyd edib ki, bu, onun ən böyük arzusu olub.
“Şuşanı bir daha görməyəcəyimi düşünürdüm. Ali Baş Komandanımız, əsgərlərimiz sağ olsunlar. Şəhidlərimizin ruhları şad olsun, Allah qazilərimizi var eləsin. Onlar bizə bu günü göstərdilər. Burada gəzirəm, hələ də inana bilmirəm. Son dəfə 1986-cı ildə gəlmişdim. İsa bulağının yanında yemək yemişdik. Hər il xüsusilə də yayda bu yerlər yadıma düşürdü. Həmişə yay aylarında əsəbləşirdim ki, mən Şuşanı itirdim. Şəhidlik zirvəsinə hər adam yüksələ bilmir. Biz şəhidlərimizin sayəsində bura gəldik. Ali Baş Komandanımıza Tanrıdan güc, qüvvət, iradə diləyirəm. Necə ki, Allah bunları ona verdi, o da sözünü tutdu”.