Daha bir qrup vəzifəli şəxsə cinayət işi açıldı .....                     "Biz xaricə “beyin axını”nın qarşısını almalıyıq" .....                     Cəlilabadın sirli NEFT QUYUSU .....                     Naxçıvanda absurd qərarlar silsiləsindən... .....                     Naxçıvanda nazirlik “Azərmaş”dan 37,5 min manata avtomobil alır .....                     Nyutonun 1-ci qanununda 300 ildən sonra səhv tapılıb .....                     Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb .....                     Dünyanın bölünməsində Qafqaz detalı .....                     "Bütün nəqliyyat marşrutlarının açılmasını təklif edirik" .....                     İrəvanda Anna ilə şam yeməyi: 53 kişi 1 milyon ödədi .....                     Qutuya topa bülleten atdığı üçün həbs edilən azərbaycanlının baş nazirlə FOTOSU .....                     Bakı Kənar Dairəvi yolunda hərəkət fasilələrlə məhdudlaşdırıla bilər .....                     AZAL THY ilə biznes tərəfdaşlığını gücləndirməyi müzakirə edib .....                     ŞOK! Zəngəzura görə İsrailə HÜCUM .....                     Provayderlərlə bağlı şikayətlər nə vaxt həll olunacaq? .....                     "Burada məntiq yoxdur, yanaşma da kökündən yalnışdır" .....                     Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək? .....                     Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb .....                     Çin dünyanın ilk uçan avtomobil zavodunun tikintisinə başlayıb .....                     Türkiyədə bələdiyyə sədri terror ittihamı ilə saxlanılıb .....                     Ermənistan Azərbaycanla əsir və itkinlər məsləsini müzakirə etmək istəyir .....                     Rusiya “xəritə”sini yenilədi .....                     Vasif Talıbovu güllələyin... amma iş yerlərini bağlamayın... .....                     AZPUL-un sahibi rəhbərliyi tam şəkildə dəyişdirib .....                     “Accessbank”ın vaxtı keçmiş kreditləri 63 mln. manata yaxınlaşıb .....                     Fırtına yaxınalaşır: üç yeni dövlət yaradılacaq .....                     1-ci qrup əlil haqqını tələb edir... TƏBİB isə deyir ki... .....                     Azərbaycandan gizli çıxarılan pullar ELƏ MƏMURLARINKI OLUR... .....                     Paşinyanın planı açıqlandı, müharibə mesajı gəldi .....                     Paşinyan razılaşdı: Adamı Bakıya gəlib bunları istəyəcək .....                     Azərbaycanda terror aktı planlaşdırmaqda ittiham olunan Əfqanıstan vətəndaşı 10 il azadlıqdan məhrum edilib .....                     Niyə yağış yağan kimi Bakını su basır? .....                     "İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur .....                     Keçmiş deputatın şirkəti sakinlərə ÇİLƏ YAŞADIR... .....                     Balığın qiyməti niyə bahalaşıb? .....                     Azərbaycanda bu mehmanxana bağlanır .....                     “AGBank”ın ləğv prosesində QARA-QURA İŞLƏR... .....                     Məmur bürokratiyası vətəndaşı bezdirib... .....                     “UPSİLON” şirkətinin maliyyə fırıldaqlığı .....                     "Peşəkarlığın təyin olunma yollarından biri də..." .....                 

"Təqdim olunan ritmlər də bir istəyə xidmət edirdi"
Tarix: 4-12-2020, 15:42 | Çap et
"Təqdim olunan ritmlər də bir istəyə xidmət edirdi"
Doğma Qarabağın işğaldan azad edilməsi xalqımıza dəyəri ölçüyə gəlməz qürur, fəxarət hissi yaşatdı. Erməni qəsbkarlarının oğurladığı torpaqlarımızı qəhrəman Azərbaycan əsgəri geri aldı. 44 günlük şanlı müharibə Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Döyüşlərin qızğın çağında xalqımız ən yüksək dəyərlərə sahib olduğunu bir daha göstərdi. Silahlı Qüvvələrimizin, ordumuzun, igid əsgərlərimizin nəyə qadir olduğu sübuta yetdi. Vətən savaşında yalnız hərb meydanında qələbə əldə etmədik. Xalq kimi birliyimizi, vahid güc olduğumuzu da dünyaya göstərdik. Fərqimiz həm də bu oldu ki, əsgərlərimiz düşməni ürəkdə təpər, əldə silah, dildə nəğmə məğlub etdi.

Azərbaycan əsgərinə güc verən “Cəngi”...

Şəhid Xudayarın ifa etdiyi “Vətən” mahnısı dillər əzbərinə çevrilib. Qeyd edək ki, bu mahnı sevilən sənətkarımız, xalq və bəstəkar mahnılarının mahir ifaçısı, Xalq artisti Əlibaba Məmmədov tərəfindən ötən əsrdə, Azərbaycan xalqının sevimlisi, qəzəlxan Əliağa Vahidə məxsus “Vətən” qəzəlinin sözlərinə bəstələnib.

22 yaşlı gizirimiz Xudayar Yusifzadənin həmin ifası o qədər sevildi ki, sosial şəbəkələrdə ən çox paylaşılanlardan oldu. Vətən müharibəsinin iştirakçısı olan Xudayar Yusifzadə Bərdənin Qazıqurdalı kəndində anadan olmuşdu. O, anadan olandan 24 gün sonra atasını itirib, nənəsinin himayəsində böyüyüb. Xudayar Yusifzadə Bərdə 1 saylı uşaq-musiqi məktəbinin xanəndəlik ixtisasını bitirsə də, sonra hərbçi olmağa qərar verib.

Qəhrəmanımız oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Xudayar döyüş yoldaşlarının əhatəsində gülərüz, sevincli halda “Vətən yaxşıdır” mahnısını ifa edir.

Bir neçə gün sonra şəhid olacağını əlbəttə bilmir. Mahnını ifa edir və sanki bununla özünü də Vətənə qurban deyir. İndi Xudayarın əsgər yoldaşları həmin mahnını şəhid əsgərin xatirəsinə ehtiram əlaməti olaraq bilrikdə ifa edirlər və bu videogörüntü də sosial şəbəkələrdə yayılıb.

44 günlük müharibədə Vətəni öz ifası ilə vəsf edən təkcə Xudayar olmadı. Həmin günlərdə əsgərlərimizin müxtəlif ifaları sosial şəbəkələrdə yayılırdı. Düşmən üzərində qələbə qazanan igid əsgərlərimizin “Qarabağ şikəstəsi”, “Sarı gəlin”, “Vətən oğlu” və başqa mahnıları səsləndirirdilər.

Əsgərlərimizin “Biz gedirik Qarabağa, düşməni dağıda-dağıda” oxuduqlarını əks etdirən videogörüntülər də var. Avqust ayında baş vermiş Tovuz müharibəsində şəhid olmuş general Polad Həşimovun xatirəsinə də mahnı həsr edilmişdi – “Paşam, hey”.

Mahnının sözləri Musa Uruda, bəstəsi isə görkəmli bəstəkarımız Faiq Sücəddinova məxsusdur. Bütün bunlar Vətən müharibəsində yeni-yeni vətənpərvərlik mahnılarının yarandığını göstərir.

Ümumiyyətlə, müharibələrdə mahnı janrının inkişaf etməsi məlumdur. İkinci Dünya müharibəsi illərində də xeyli mahnılar ərsəyə gəlmişdi. O zaman faşistlər deyirmiş ki, “Katyuşa” mahnısı sovet əsgərlərinə “Katyuşa”lardan (raket) daha böyük ruh verir. Bəzən bir mahnı döyüşçünü ruhlandırmaq və onda qələbə əzmi yaratmaq üçün böyük əhəmiyyət daşıyır.

Döyüş musiqisi, hərbi marş və mahnılar Vətən savaşı aparan ölkəyə hərbi texnika, silah-sursat qədər gərəklidir. Hərbi mahnılar, marşlar əsgərlərdə ruh yüksəkliyi yaradır, onları döyüşə atılmağa ruhlandırır. Azərbaycan musiqisinin də mayası cəngi ilə yoğrulub. Necə ki, mehtər marşları Osmanlı igidlərini döyüşə səsləyib, qələbəyə ruhlandırırdı, Azərbaycan igidləri də “Cəngi” sədaları ilə düşmən üzərinə şığıyıb. Bu mənada ölkənin, Vətənin taleyi üçün həlledici məqamlarda təkcə ordunun, əsgərin deyil, hər bir vətəndaşın, o cümlədən sənətkarların üzərinə böyük məsuliyyət düşür. Əsgər cəbhədə öz missiyasını necə yerinə yetirirsə, sənətkarlar da arxa cəbhədə Vətən və dövlət qarşısında vəzifələrini bilməli və onu yerinə yetirməlidirlər. Vətəndaşlarda ruh yüksəkliyi yaratmaq, əsgərə, döyüşən orduya mənəvi güc vermək həm də sənətkarların vəzifəsidir. Milli-hərbi nəğmələr, musiqilər, marşlar xalq-ordu, xalq-dövlət həmrəyliyinin təzahürünə çevrilməlidir.

Əməliyyat masasındakı əsgər mahnı oxuyursa…

Bu Vətən savaşında biz əməliyyat masasındakı əsgərin “Anadır arzulara Qarabağ…” oxuduğunu da gördük. Belə əsgəri olan xalqın qalibiyyəti şəksizdir.
Uzun illər Müdafiə Nazirliyinin Hərbi orkestrinin solisti kimi çalışmış Xalq artisti Zümrüd Məmmədova illər öncə mətbu orqanlarından birinə müsahibəsində deyir ki, 1991-ci ildən Hərbi orkestrin solistidir.

O vaxtdan Vətənimin qeyrətli oğullarına öz ifalarımla dəstək olur. Onların qarşısında lirik, ana haqqında, məhəbbət mahnıları oxuyanda görür ki, kövrəlirlər. Ancaq Vətən haqqında mahnı oxuyanda hamısının üzündə “şir, pələng” siması canlanır. Görür ki, bu vətənpərvərlik mahnılarının çox böyük cazibə qüvvəsi var. Bir əhvalat da danışıb: “Qızım internetdə bir video göstərdi mənə. Gördüm ki, əsgəri əməliyyat edirlər. Əsgər əməliyyat ərəfəsində mənim ifa etdiyim “Yol verin, əsgər gəlir” mahnısını oxuyur. O qədər kövrəldim ki. Görün bu mahnı nə qədər təsir edir ki, əsgər ana demir, sızıldamır, ağlamır, marş oxuyur”. Yaralı əsgər əməliyyat masasında mahnı oxuyursa, onun qarşısında daha heç bir düşmən dayana bilməz. Deməli, bu əsgər ruhən rahatdır. Bu isə döyüşdə qələbəni təmin edən başlıca şərtdir.

“Ritm əsgərləri də, ümumən vətəndaşları vahid ideoloji dəyərə kökləyir”

Marketinq üzrə mütəxəssis Teymur Məmmədovun hərbi mahnıların önəmi barədə maraqlı mülahizələri var:

- Ritmlə melodiyanın üzvi vəhdəti, vokal ilə kollektiv istəyin yüksək tonusu insanlara bir başqa duyğular aşılayır.

Müasir marketinqlə lokal müharibələr arasında ciddi oxşarlıqlar var və bu faktor zaman keçdikcə daha sərt və barışmaz tendensiya olmaqla inkişaf edəcək, sosial təsir perspektivləri baxımından aktuallığını saxlamaqla bərabər, yeni texnoloji müstəvidə daha ciddi mahiyyət kəsb edəcəkdir.

Bu mənada dəyərləndirilirsə, səfərbərlik, mövqeləndirmə, personalın (eləcə də şəxsi heyətin) döyüş ruhunun yüksəldilməsi, logistik resursların düzgün komplektləşdirilməsi, həm marketinq savaşlarında, həm də lokal müharibələrdə çox ciddi əhəmiyyət daşıyacaqdır.

Son 30 ildə biz müharibənin həm acısını daddıq, həm də şirinini. Ona görə də bu savaşdan gələcək fəaliyyətimiz naminə çox mətləbləri öyrənməli və onlardan əməli işimizdə istifadə etməliyik. Biz bir yeni inkişaf müstəvisinə qədəm qoymalı, daha sistemli düşünməli, daha qərarlı fəaliyyətlərə keçməli, son nəticədə hər sahədə effektiv nəticələrə imza atmalıyıq.

Sovet Ordusu sıralarında hərbi xidmətdə olanda komandirlərin sıra marş və mahnılarına xüsusi diqqət yetirdiyinin fərqinə varırdım. Anlayırdım ki, müxtəlif millətlərdən olan, fərqli mentalitet daşıyıcıları kimi biz fərdlərin bir ruhda, bir istəkdə, bir yumruqda cəmlənməsi üçün ritm, təkrar ritmlər və xüsusi vurğular insanların eyni ruha köklənməsi, bir qəlb kimi döyünməsi, bir ideoloji dəyərlərə köklənməsi, bir komanda platformasında cəbhələşməsi üçün çox zəruri məziyyətlərə sahibdir.

Sovet ordu quruculuğu sistemi hərbi geyimli adi insana düşünmək deyil, verilən komandaya şərtsiz əməl etmək ruhu təlqin edirdi. Bu mənada sıra marşları və sıra təlimi mahnıları əsgərin psixologiyasında xüsusi yer tuturdu.

“Ölkə bir ruha köklənmişdi”

T.Məmmədov deyir ki, əslində Sovet Ordusunun gücü silahlarda deyildi, heç hərbi hazırlıqda da deyildi, güc hamının vahid “Ana Vətən” dəyərləri və idealları ilə cəmləşməsində idi:

- Buna həm də marşlar sayəsində nail olunurdu. Fərəhli haldır ki, yuxarıda sadaladığım keyfiyyətlər daha mükəmməl və müasir traktovkada, təcrübədə ölkəmizin Vətən müharibəsində özünü bir daha təsdiq etdi. Bizim birliyimizin sarsılmazlığı, Vətənə məhəbbətimizin ümman nəhayətsizliyi, peşəkarlıq və güvənin möhtəşəmliyi öz rolunu oynadı.

Burada Türkiyənin hərbi sənət ənənələrinin möhtəşəmliyini, Türkiyənin bu günün özündə həyata keçirdiyi ordu quruculuğu, texnologiyanın hərb sahəsinə üzvi tətbiqi, Türkiyə hərbi marşları və sıra təlimləri mahnıları, indi yaradılan əzəmətli marşlar və əsgər mahnıları bizə də təsirsiz qalmadı. Biz də öyrəndik, öyrənirik və öyrənəcəyik. Biz gözəl bilirik ki, bundan sonrakı bütün həyatımız «sülh istəyirsənsə, müharibəyə hazırlaş» sloqanı ilə davam edəcəkdir. Əsgəri xidmət hər bir gənc üçün gözəl həyat və cəsarət məktəbi olacaqdır.

Bizim Vətən müharibəmizdə əhalinin bütün təbəqələri, bütün millətlərin və xalqların nümayəndələri yumruq kimi birləşdilər, əgər mümkün olsaydı, bütün millət, uşaqlar və böyüklər, yeniyetmələr və ahıllar, qızlar və qadınlar bu möhtəşəm sıraya qoşulardı və bir nəfər olaraq bütövləşərək AZƏRBAYCAN ƏSGƏRİ marşının sədaları altında cəbhəyə yollanardı, çünki ölkə bir ruha köklənmişdi, hər kəs üçün bu savaş olum, ya ölüm qədər önəmli idi.

Ritmik melodiyalar, rəqslər və marşlar insanı hər zaman nəyəsə mobilizə edir. Onu hansısa bir ciddi addım atmağa daha güvənli emosional zəmində hazırlayır.

Əsgər marşlarının önəmli üstünlüyü insanın beynində hazırda olan yayındırıcı fikirləri bir kənara qoyub, daha aktual olanı, indiki anın özəl tələblərini önə çəkmək imkanıdır.

Bu an insan bir istəyə, bir missiyaya, bir vəzifəyə - qalib gəlmək, üstün olmaq istəyinə köklənmiş olur.
Bizim savaş dönəmimizdə də efirdə bizə təqdim olunan ritmlər də bir istəyə xidmət edirdi. Çünki bunlar hər birimizi bir araya gətirən azadlıq marşı, əsgər marşı, ləyaqət marşı, cəsarət marşı, çağırış marşı idi...

Ötəri tanışlıq belə onu deməyə əsas verir ki, müxtəlif ölkələrin, xalqların hərb tarixində marşlar və əsgər sıra təlimi mahnıları həmişə mühüm yer tutub. Bütün hallarda mahnılar insanları döyüşə səsləyib, savaşa ruhlandırıb, qələbəyə qanadlandırıb. Hətta əsgər dincəldiyi zaman belə səslənən duyğusal mahnıların da sözlərində qələbə və torpaq, əsgəri mükəlləfiyyətin müqəddəsliyi və Vətən sevgisi ön plana çəkilirdi.

Bu hərbi mövzulu yaradıcılıq əsərlərində poetika, ritmlər, şeiriyyətin mövzusu, ifa tərzinin özünəməxsusluğu müxtəlif olduğu qədər də oxşardır. Amma bu əsərləri birləşdirən bir amil var – Nikbinlik, İnam, Haqq işi, Qələbə ruhu...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir qrup vəzifəli şəxsə cinayət işi açıldı - Həbs edilənlər var
Bu gün, 11:29
"Biz xaricə “beyin axını”nın qarşısını almalıyıq" - ÇAĞIRIŞ
Bu gün, 11:26
Cəlilabadın sirli NEFT QUYUSU – Araşdırmalar niyə gizli SAXLANILIB?
Bu gün, 11:19
Naxçıvanda absurd qərarlar silsiləsindən... – Ali Məclis sədrinin bahalı avtomobili...
Bu gün, 11:14
Naxçıvanda nazirlik “Azərmaş”dan 37,5 min manata avtomobil alır - DETALLAR
Bu gün, 11:08
Nyutonun 1-ci qanununda 300 ildən sonra səhv tapılıb
Bu gün, 11:02
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
Bu gün, 10:57
Dünyanın bölünməsində Qafqaz detalı – Silahlı toqquşma gözlənilir
Bu gün, 10:51
"Bütün nəqliyyat marşrutlarının açılmasını təklif edirik" - Arman Yeqoyan
Bu gün, 10:48
İrəvanda Anna ilə şam yeməyi: 53 kişi 1 milyon ödədi - “Hraparak”
Bu gün, 10:41
Qutuya topa bülleten atdığı üçün həbs edilən azərbaycanlının baş nazirlə FOTOSU YAYILDI
Bu gün, 10:33
Bakı Kənar Dairəvi yolunda hərəkət fasilələrlə məhdudlaşdırıla bilər - BİRGƏ MƏLUMAT
Bu gün, 10:28
AZAL THY ilə biznes tərəfdaşlığını gücləndirməyi müzakirə edib
Bu gün, 10:25
ŞOK! Zəngəzura görə İsrailə HÜCUM - Ermənistan görün nələr edir
Bu gün, 10:25
Provayderlərlə bağlı şikayətlər nə vaxt həll olunacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:22
"Burada məntiq yoxdur, yanaşma da kökündən yalnışdır" - deputat
Bu gün, 10:20
Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək? - AKTUAL
Bu gün, 10:16
Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb - “Financial Times”
Bu gün, 10:12
Çin dünyanın ilk uçan avtomobil zavodunun tikintisinə başlayıb
Bu gün, 10:11
Türkiyədə bələdiyyə sədri terror ittihamı ilə saxlanılıb
Bu gün, 10:09
Ermənistan Azərbaycanla əsir və itkinlər məsləsini müzakirə etmək istəyir - KİV
Bu gün, 10:08
Rusiya “xəritə”sini yenilədi – Bu ərazilər də ələ keçirildi
Bu gün, 10:04
Vasif Talıbovu güllələyin... amma iş yerlərini bağlamayın... - ETİRAZ VAR...
Bu gün, 10:02
AZPUL-un sahibi rəhbərliyi tam şəkildə dəyişdirib - idarəetməni bir şəxsə ötürdü
Bu gün, 09:55
“Accessbank”ın vaxtı keçmiş kreditləri 63 mln. manata yaxınlaşıb - HESABAT
Bu gün, 09:49
Fırtına yaxınalaşır: üç yeni dövlət yaradılacaq - Qardaş ölkə təhlükədə
Bu gün, 09:47
1-ci qrup əlil haqqını tələb edir... TƏBİB isə deyir ki... - Xəstəxanadan pul istəyib, ona görə də...
Bu gün, 09:43
Azərbaycandan gizli çıxarılan pullar ELƏ MƏMURLARINKI OLUR... - FAKT BUDUR!
Bu gün, 09:37
Paşinyanın planı açıqlandı, müharibə mesajı gəldi - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
Paşinyan razılaşdı: Adamı Bakıya gəlib bunları istəyəcək - “Hraparak”
Bu gün, 09:12
Azərbaycanda terror aktı planlaşdırmaqda ittiham olunan Əfqanıstan vətəndaşı 10 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 09:09
Niyə yağış yağan kimi Bakını su basır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:08
"İstilikenerjitikintiquraşdırma" yenidən təşkil olunur
Bu gün, 09:03
Keçmiş deputatın şirkəti sakinlərə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 09:01
Balığın qiyməti niyə bahalaşıb?
Bu gün, 08:58
Azərbaycanda bu mehmanxana bağlanır
Bu gün, 08:56
“AGBank”ın ləğv prosesində QARA-QURA İŞLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:46
Məmur bürokratiyası vətəndaşı bezdirib... - "İndiyə kimi evimizə baxış keçirilməyib..."
Bu gün, 08:38
“UPSİLON” şirkətinin maliyyə fırıldaqlığı – İNSANLARI İŞLƏDİR, MAAŞLARINI VERMİRLƏR
Bu gün, 08:33
"Peşəkarlığın təyin olunma yollarından biri də..." - Ekspert danışır...
Bu gün, 08:29
Füzuli sakini 25 il əvvəl qapısını sındıraraq zəbt etdiyi mənzili qaytarmır - QALMAQAL
Bu gün, 08:24
Sürücülər maaşı cərimələrə "paylayırlar" - Bütün yollar "tıxac"a aparır...
Bu gün, 08:22
İstəsən də, istəməsən də abunəsən... - AXI NİYƏ?..
Bu gün, 08:19
Nazirlik işçiləri min bir bəhanə gətirir ki... - GİLEY
Bu gün, 08:11
“Fəlsəfi kitablar oxuyuram” - VİDEO
Bu gün, 08:02
Azərbaycanda qaz limiti ləğv oluna bilər - AÇIQLAMA
Bu gün, 07:11
Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi - 2 milyonluq vergi borcu da varmış
Bu gün, 07:07
Şimali Koreya hərbçiləri Ukraynaya gələn kimi qaçır... - CNN
Bu gün, 07:04
Azərbaycanda enerji ucuzlaşacaq? - GÖZLƏNTİ
Bu gün, 07:02
İcra hakimiyyətləri hansı tarixindən ləğv olunacaq? - GƏLİŞMƏ
Bu gün, 06:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru