48 min saatdan çox Röyaya qulaq asıblar
Tarix: 3-12-2020, 09:17 |
Çap et
Dünyaca məşhur musiqi platforması “Spotify” dünya üzrə 2020-ci ildə ən çox dinlənilən musiqiçilərin siyahısını açıqlayıb.
“MediaPost” verir ki, azərbaycanlı sənətçilərdən Xalq artisti Röya Ayxan ən çox dinlənilənlər sırasında birinci olub. Geridə qoyduğumuz aylar ərzində Röyanın dinlənilmə sayısı 884 min dəfədən çox olub.
Ümumilikdə isə müğənninin mahnılarına bu il ərzində 48 min 878 saat qulaq asılıb. Ayxanın platformada 160 min dinləyicisi var.
2020-ci ildə Röyanın mahnıları 87 ölkədə səsləndirilib. İfaçını ən çox dinlənildiyi ölkə isə Rusiyadır.
Sənətçinin ən çox qulaq asılan mahnısı “Gic kimi”, ən çox paylaşılan mahnısı isə “Yaz ayları” olub.