Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                 

"Arif Alışanovun həmin sözünə görə o gün-bu gün, AzTV kanalına çıxmıram..."
Tarix: 26-11-2020, 11:54 | Çap et
"Arif Alışanovun həmin sözünə görə o gün-bu gün, AzTV kanalına çıxmıram..."
DİA.AZ xalq aristi Ağadadaş Ağayevin Teleqraf.com-a müsahibəsinin ikinci hissəsini təqdim edir:

- Ağadadaş müəllim, Cəlilabad rayonunda doğulmusuz. Bakıya gəlişiniz necə oldu?

- Yeddinci sinifdə oxuyurdum, həmişə oxumağa gizli yer axtarırdım. Çox utancaq idim. Məktəbdən hamı gedəndən sonra qapıları bağlayıb oxuyurdum ki, eşidən olmasın. Bir dəfə məktəbdə "Sona bülbüllər" mahnısını oxuyanda riyaziyyat müəllimim təsadüfən eşitdi və otağa daxil oldu. Onun musiqi duyumu güclü idi. Ondan sonra Sərdar müəllim məni musiqiyə yönləndirdi. Mənim bu sahəyə gəlişim yeddinci sinifdən başladı.

Asəf Zeynallı adına Musiqi kollecinə daxil olmaq üçün gələndə gecikmişdim, sonra Pedaqoji Universitetin Fizika və texnologiya fakültəsinə daxil oldum. Musiqini çox sevirdim. İlk kasetim 1981-ci ildə işıq üzü gördü və və beş il sonra efirə çıxdım.

- Azərbaycan dövlət televiziyasında altı il aparıcılıq etmisiniz. Amma son illərdə AzTV-ə çıxmırsınız. Buna səbəb nədir?

- AzTV mənim həyatımın böyük bir dəyəridir. Bu televiziyanı çox sevirəm, çünki dövlətimin kanalıdır. Professor Nizami Xudiyev AzTV-də sədr olan zaman proqramım yayımlanırdı. Əslində, mənim insanların arasında bölgü aparmaq, şəxsiyyətləri qarşı-qarşıya qoymaq kimi xarakterim yoxdur. Bundan söhbəti gedə bilməz. Amma haqsızlıq görəndə orada durmuram, başım nə bəlaya düşərsə, düşsün.

Arif Alışanov AzTV-də sədr oldu və bir gün məni çağırdı ki, verilişinin saatını artıraq, tələbat çoxdur. Dedim, Arif müəllim, necə istəyirsiniz... Sonra başladı ki, dostun da getdi... Ona dedim ki, sözünüzü yiyəsinin üzünə deyin, mənim yanımda danışmayın. Ondan sonra verilişi dayandırdım. O gün-bu gün, AzTV kanalına çıxmıram.

Amma artıq Arif Alışanov yoxdur. Əslində, o dövrdə də dövlət tədbirlərinə qatılırdım. Tədbiri AzTV çəkir deyə getməmək kimi hal olmayıb. Amma Arif Alışanov sədr olan dövrdə AzTV-nin qapısından içəri girmirdim, heç kim də məni oraya apara bilmədi. Bu dəqiqə qapılar açıqdır, çoxlu zəng edirlər.

- Hər halda telekanallara çıxmırsınız. Buna səbəb nədir?

- Düzdür, televiziyalara çox çıxmıram. Amma bir neçə verilişə çəkilmişəm, yaxın günlərdə təqdim ediləcək. Hazırda ölkəmizdə bayramdır. Eləcə də bəzi verilişlər yavaş-yavaş səviyyəsini qaldırır. Mən təklif alanda verilişin səviyyəsinə, mövzusuna baxıram. Xalqa heç bir faydası olmayan verilişlər var, orada iştirak etməyəndə daha rahat oluram.

- Xəzər Televiziyasına xalq artisti Murad Dadaşov rəhbər təyin edildi. Ümumiyyətlə, bir neçə kanallarımızda vəziyyət düzəlir...

- Bəli, görürsünüz, fərqi hiss edirsiniz. Murad Dadaşova hörmətim böyükdür və inanıram ki, o, telekanalın reytinqini artıracaq.

- İTV kanalından aparıcılıq təklif edilsə, qəbul edərsinizmi?

- Bəli, İctimai televiziyadan təklif gəlsə, dəyərləndirərəm. Çünki o televiziyanı da çox sevirəm. O kanalda Azərbaycan millətinə hörmət, dəyərlərimizə diqqət var. Şou orada ən axırıncı plandadır. Şou da miqyasında olmalıdır. Bəzi verilişlərə baxırsan, qonaq sanki çayxanada oturub danışır.

Onu da deyim ki, bəzi müğənnilərimiz dahilərimiz haqqında mahnı oxuyurlar. Baxırsan ki, bu müğənnini heç kim tanımır. Sənin nə həddin var, bu mahnını oxuyursan?! Axı sənin səsin bu mahnıya uyğun deyil. İkincisi, şəxsiyyətlər haqqında mahnı oxuyan müğənninin də şəxsiyyəti olmalıdır. Belə mahnını səs tembrı, mahnıya münasibəti, xarakteri və obrazı yaşaya və anlaya bilən oxumalıdır. Hər yerindən duran hərbi geyim geyinir və oxuyur. Belə olmaz.

Keçmişdə bu tip mahnıları ancaq bariton səsə sahib olanlar oxuyardı. Bu gün o balans pozulub. İnşallah, bu qələbədən sonra həyatımızın bütün sahələrində tərəqqi olacaq. Azərbaycanı böyük inkişaf gözləyir.

- Eşitdik, Şuşada tarixi muzey açacaqsınız.

- Xeyr, mənim belə bir ideyam yoxdur. Amma böyük çıxmasın, tarixi muzey açılsa, çox sevdiyim antik əşyalarımı oraya təqdim edəcəm. Mənim çoxlu antik əşyalarım var. Məsələn, düyü dəyirmanım var, 250 yaşı olan küpüm var. Kolleksiya yığıram. Regionlarımıza gedərkən antik əşyaları gördümsə, gətirirəm. Muzey olsa, ən çox sevdiyim antik əşyalarımı təqdim etməyə hazıram.

- Dağlıq Qarabağda ev almaq, obyekt açmaq fikriniz varmı?

- Obyekt açmaq yox, amma yay tətillərimi ailəmlə birlikdə Şuşada keçirmək istəyirəm.

- Sonuncu dəfə Qarabağda nə zaman olmusunuz?

- Mən daim cəbhəyanı ərazilərdə olmuşam, konsertlər vermişəm. İki il əvvəl Horadizə getdim və orada 200-dən uşağa kiçik toy etdim. Sonra da konsert verdim. Eləcə də bütün hərbi hissələrdə konsert vermişəm.

- Müəllim kimi fəaliyyət göstərmisinizmi?

- Doğulduğum Hasıllı kəndində yeddi il müəllim işlədim. Vaxtıilə məktəbdə məni küncdə saxlayan müəllimlərimlə birlikdə jurnal götürüb sinfə daxil olurdum (gülür).

- Ali məktəbi bitirən kimi rayona getdiniz?

- Mən hərbi xidmətə getmədim, o vaxt sovet hökuməti idi. Adətən, azərbaycanlıları Sibirə göndərirdilər, ora getsəydim, səsim batardı. Müəllim işləməyimin də səbəbi bu idi. 27 yaşa qədər kənddə müəllim işləyəni əsgərliyə aparmırdılar. 27 yaşım tamam olan kimi Filarmoniyaya solist gətirdilər. Çox təzadlı həyatım olub. Sonra Mədəniyyət və İncəsənət Universitetini bitirdim.

- Ustadınız olubmu?

- Mənə xüsusi dərs deyən müəllimim olmayıb. Amma Sabir Mirzəyevi özümə müəllim bilmişəm. Gənclik illərimdə onun oxuduğu Çahargahı eynilə təqlid edirdim. Sonra gördüm ki, bəhrələnmək olar, təqlid etmək yox. Kişi odur ki, şöhrəti və pulu daşıya bilsin, baş gicəllənməsi olmasın. Bilmirəm bu günə qədər bunun öhdəsindən gəlmişəm, ya yox. Amma deyilənə görə vəziyyət pis deyil...

- Ağadadaş Ağayev deyəndə imkanlı müğənni kimi yada düşürsünüz. Obyektiniz də var...

- Allaha qurban olum, heç vaxt sıxıntı yaşamamışam. Allahım ruzimi verir. Mənə elə gəlir, Allah da bilir ki, mən onu dəhşətli dərəcədə sevirəm. Allaha çox bağlı insanam. Həyatımda ağır günlərimdə belə Allahıma naşükürlük etməmişəm. Çox ağır günlər, imtahanlar yaşamışam. Həyatımın ən ağır günləri 1999-cu ildə başladı, 2016-cı ilə qədər davam etdi.

- Hansı çətin günlərdən, imtahanlardan keçdiniz ki?..

- Övladım və ailəmizdə xəstələr oldu. Övladımı bütün dünyada gəzdirdim, 12 dəfə əməliyyat olundu. Hər əməliyyatda ölüb yenidən dirilmişəm. Aylarla Almaniyada qalırdım. Qızım bir gecədə səkkiz-on dəfə özündən gedirdi. Həmişə deyirdim ki, Allahım, qızım yeriməsin, amma özündən getməsin. Rəbbim onu da mükafatlandırdı. Dərmanını tapa bilmirdik, şükür Allaha, indi tapılır.

Bu gün danışır, mənimlə istədiyi vaxt mahnı oxuyur. Hər ağır günün daha ağırları var. Qızımı Türkiyədə xəstəxanaya aparanda görürdüm ki, daha ağır xəstələr var. Hər zaman şükür edə-edə yaşamışam. İnsanları çox sevirəm. Ümumiyyətlə, insanlara kömək etməyi sevirəm...

- Oğlanlarınızla birlikdə yaşayırsınız?

- Xeyr, Allaha şükür, oğlanlarımın hamısı ayrı yaşayır. Hər birinin evi, balaları var. Üçü evli, biri subaydır. Allah hər ataya belə övladlar nəsib etsin! Hamısı dövlət məmurudur. Oğlumun ikisi Fövqəladə Hallar Nazirliyində, biri hərbçi, biri isə Asan Xidmətdə çalışır.

- Adınızı daşıyan nəvəniz varmı?

- Bəli, kiçik Ağadadaşım da var. Mənim ona yazığım gəlir (gülümsəyir). Eyni ilə mənim uşaqlığımdır. Deyirəm ki, bizim nəsildə mənim yaşadıqlarımı buna yaşadacaqlar. Çünki eynilə mənim xasiyyətimdir.

- Kiçik Ağadadaşın sənətinizi davam etdirməsini istəyərsinizmi?

- Bir oğlumu dörd-beş il hazırladım, mənimlə toy mərasimlərinə də gedirdi. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşdır. İşin içinə girdi və dedi ki, mən burada qala bilmərəm. Hamısının yaxşı səsi var, amma keçdiyim yollara baxıram və əziyyət çəkmələrinə dözə bilmirəm. Bizim sənətimiz çox ağır sahədir.

- Pandemiya dövrünü necə keçirirsiniz?

- Şükür Allaha, hər şey qaydasındadır, ailəmizdə, nəslimizdə salamatçılıqdır. Onsuz da ömrü boyu karantində yaşayan adamam. Bütün qaydalara riayət edirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru