Şakir Abbasın səhhəti ağırlaşdı - FOTO
Tarix: 25-09-2017, 08:29 |
Çap et
DİA.AZ: - Müğənni Şakir Abbas xəstəxanaya yerləşdirilib.
DİA.AZ xəbər verir ki, müğənni Şakir Abbas səhhətində yaranan problemə görə "Caspian İnternational"xəstəxanaya yerləşdirilib. Klip çəkilişlərindən sonra sənətçinin vəziyyətinin ağırlaşdığı məlum olub.
Şakirin əhatəsində olan mənbə də mətbuata açıqlama verib:
“Reanimasiyada olduğu üçün ancaq ailəsi onu görə bilir. Hamı dua etsin, yaxşı olacağına əminəm. Bir qədər səhhətinin yaxşı olduğunu eşitdik, ümidimiz artdı. Kritik bir vəziyyətin olduğunu bilmirəm”.
Qeyd edək ki, müğənni indi ciddi həkim nəzarətindədir.