DİA.AZ: - Humay Muxtarova onunla yenidən iş birliyinə başlayır
DİA.AZ xəbər verir ki, keçmişdə müğənni Elvin Abbasovla işləyən prodüser sonradan ayrılmışdı. Prodüserin şəxsi səhifəsində verdiyi məlumat isə əksəriyyəti təəccübləndirib. Humay bildirib ki, bundan sonra o, Elvin Abbasovla birlikdə çalışacaq.
"2014-cü il Elvin Abbasovun “Sən gedəndən” klipində özüm oynadım. Həm prodüseri idim, həm də menejeri. Bir az küsmüşdüm ondan, çünkü bəzi ara qatanlar olmuşdu. Tam 3 il keçdi özümə söz vermişdim, hem kimlə işləməyəcəm, çünkü işim başımdan aşır. Elvin öz yetirməm olduğu üçün qərara gəldim yenidənm onunla çalışım. Çünkü həm anası, həm də ailəsi bunu istəyir, nə deyək sadəca uğurlar bizə. Yeni iş birliyimiz xeyirli olsun".