Teleprodüser Renkaya dəstək oldu
Tarix: 12-07-2017, 09:28 |
Çap et
DİA.AZ: - “Renka - sənin məktəbini davam etdirən hələ çox olacaq.... ”
Tanınmış tele prodüser Tural Nəbiyev oriyental rəqqasə Renkaya sosial mediada münasibət bildirib.
DİA.AZ xəbər verir ki, tele prodüser Renkaya dəstək olub. Tural rəqqasənin fotosunu İnstagram səhifəsində paylaşaraq bu sözləri qeyd edib: "Bunu indi paylaşmağıma bir səbəb oldu. Azərbaycanda ilk açıq – sacıq klip çəkdirən müğənni Aygün Kazımova oldu, hər zaman ilklərə imza atdı. Rəqqasələr arasında vallah gözümüz mazol olmuşdu hind rəqslərinnən, bu qız ilk efirə oriyental rəqsi gətirdi. İlkə addım atdı və sevdirdi. Özünə güvəndi və xanımlığını saxladı. İndi 5 – 10 manatlıq saytlar bir rəqqasədən müsahibə hazırlıyıb, deyir: “Mən bu sənətdə rəqib tanımıram, gözələm.” nəbilim nə. Onlar bir güzgüdə özlərinə baxmılarki, cezarskiy inəklərə oxşuyurlar, qarın sallanır. Adamın lap həvəsi ölür. Renka sən demək olar ki, tutuzdurmusan, sənin məktəbini davam etdirən hələ çox olacaq".