DİA.AZ: - Son zamanlar susqunluq içərisində olan Kölndə yaşayan həmyerlimiz, azərbaycanlı müğənni Seyran İsmayılxanov, rəhbərlik etdiyi qrupu "Multi - Kulti"la yeni fotosessiyasını təqdim edib.
DİA.AZ-ın məlumatına görə, fotokameralar önünə keçən ifaçı bildirib ki, bu şəkilləri yeni layihəsi üçün edib: “Bu yaxınlarda "Multi - Kulti"la konsert proqramı ilə çıxış etməyi düşünürəm. Amma konsertdən öncə fotosessiya etdirdim. Bu layihədə bir qədər fərqli olacam. Bu proyekti yaxın günlərdə təqdim edəcəm”.
Qeyd edək ki, pop star Seyran İsmayılxanov və "Multi - Kulti"nin bu şəkillərini almaniyalı fotoqraf Rojda Cetindag çəkib.