DİA.AZ: - Müğənni ona olunan hədiyyədən məmnun qalıb.
İstedadlı pop star ANAR beynəlxalq "Queen of USSR 2017" model yarışmasının aparıcısı olmuşdur, lakin onun ətrafında xoş söz-söhbət bitmir.
DİA.AZ.-ın məlumatına görə, müğənni model yarışması barədə rəsmi "Instagram" hesabında maraqlı məlumat yerləşdirib. Məlum olub ki, müğənninin Jumeirah Zabeel Saray səhnəsində əyninə geyindiyi eksklüziv pencekin müəllifi məşhur modelyer Philipp Pleindir.
Qeyd edək ki, Philipp Plein Nicki Minaj, Madonna, Meray Kerin və bir çox tanınmış müğənnilərin geyimlərinin modelyeridir.