DİA.AZ: - Pop star ANAR beynəlxalq model yarışmasının aparıcısı oldu.
DİA.AZ xəbər verir ki, ötən gün “Queen of USSR ” yarışmasının BƏƏ-nin Dubay Əmirliyi seçimləri baş tutub. “Queen of USSR ” olmaq üçün qeydiyyatdan keçən 2 mindən artıq qızların arasından 15 nəfər seçilib. Bu il BƏƏ-nin Dubay Əmirliyində baş tutan seçim finalının aparıcısı gənc istedadlı ulduz ANAR oldu. Ondan başqa, hərkəsi özünə cəlb edən pop star " Не со мной " sevilən hit mahnısı ilə pərəstişkarlarını bir daha feyziyab etdi. Proqram boyunca sənətçini məşhur "Todes" şou-balet qrupun rəqqasları müşayiət edib. Böyük alqışlarla səhnəyə çıxan ANAR yenə də olduqca yaraşıqlı və təkrarolunmaz idi.