ANS-in qalmaqallı aparıcısı Umnisə Hacıyeva (Umka Hacıyeva) geri qayıdıb.
Axşam.az-ın məlumatına görə, Umkanın çimərlik geyimində fotolar paylaşması söz-söhbətə səbəb olmuş, daha sonra işdən çıxmışdı. Həmin hadisədən sonra keçmiş aparıcı İnstaqram profilini də bağlayıb, gündəmdən uzaqlaşmışdı.
Bir neçə gündür ki, U.Hacıyeva yenidən İnstaqram hesabında fotolar paylaşmağa başlayıb. O, “Çox şadam ki, məni hələ də xatırlayırsınız və qayıdışıma sevinirsiniz. Mənə yazdığınız isti sözlərə görə çox sağ olun. Hamıya cavab yaza bilmədiyim üçün üzrlü sayın” deyə, bildirib.