"Bəylər ikinci dəfə ailə quranda xanım əvvəlki ailəsindən olan uşaqları qəbul etmir" - FOTO
Tarix: 3-10-2016, 09:16 |
Çap et
Sosial şəbəkədə müğənni Rəvan Qarayevin ikinci dəfə ailə qurduğu haqda xəbərlər yayılıb. SİA-nın məlumatına görə, sənətçi ikinci həyat yoldaşının və ilk xanımından dünyaya gələn qızının şəklini paylaşaraq bunları qeyd edib:“Mənim iki gözəlim: Günayım və Ayanım. Günay, sən mənim gözəl qəlblimsən. Bəylər ikinci dəfə ailə quranda xanım əvvəlki ailəsindən olan uşaqları qəbul etmir, incidir, ya da qəlbini qırır. Ərindən uzaq tutmağa çalışır. Amma sən belə deyilsən. Sən Ayanı heç vaxt ailəmizdən ayırmadın. Hər zaman deyirsən ki, mənim iki qızım var. Xalidəni Ayansız heç yerə aparmırsan, onun hər nazını çəkirsən, onu sevindirmək üçün hər şey edirsən, ona doğma ana qayğısı göstərirsən. Ayan özünü xoşbəxt hiss etsin deyə, çox şeyə göz yumur, mənə dəstək olursan. Sənin yaşın çox azdır, amma həyata baxışın, xanımlığın, ağlın böyükdür”.