"Evlənəcəyim qız tələbədir"
Tarix: 20-09-2016, 08:43 |
Çap et
Müğənni Yaşar Cəlilov nəhayət ki subaylığın daşını atır.
BiG.AZ-a açıqlama verən müğənni gələcək həyat yoldaşından danışıb.
Gələn il ailə həyatı qurmağa hazırlaşan ifaçı gələcək xanımının kimliyini də açıqlayıb:
"4 aydır sevgi münasibətləri yaşayırıq. bu münasibəti gələn il rəsmiləşdirməyə qərar vermişik. Danışdığım xanımın 21 yaşı var, tələbədir. Hər ikimizin ailəsi bu münasibətimizdən xəbərdardır, bizi dəstəkləyirlər. Ailələrimiz razılığa gəlib. İnşallah gələn il toy planlaşdırırıq. Toyum da mediaya açıq olacaq. İki toy etmək fikrindəyik. Qız toyu mediaya qapalı keçiriləcək, oğlan toyunda isə hamı iştirak edəcək".