Heydər Əsədov Göyçaydakı adamını nəzarətə almalıdır: Məsuliyyətsizlik... - Mal-qara niyə kütləvi şəkildə tələf olur?
Tarix: 1-07-2015, 09:31 | Çap et
 Ölkədəki dövlət qurumlarının yerli idarə və şöbələrinin bir çoxunda vəziyyət acınacaqlı durumdadır. Göyçay Rayon Baytarlıq İdarəsindəki mövcud durum rayon sakinlərinin haqlı narazılığına səbəb olub. Belə ki, rayonun Baytarlıq İdarəsinin məsuliyyətsizliyi, işinə qarşı laqeydliyi sakinləri təşvişə salıb. Rayonda mal -qara arasında xəstəliklər baş alıb gedir. Demək olar ki, rayonun bir sıra kəndlərində heyvanlar xəstəlikdən tələf olurlar. Kəndlərdəki bu durum kəndlilərin vəziyyətini çətinləşdirib. Dəfələrlə Baytarlıq idarəsinə müraciət etsələr də, gəlib əncam çəkən yoxdur. Demək olar ki, havalar isinməyə başlayandan bəri mal-qara xəstəlikdən tələf olur. Vəziyyət elə yerə çatıb ki, sakinlər xəstəliyə yoluxmamış heyvanları da kəsib sata bilmirlər. Çünki rayon sakinləri ət almırlar. Vətəndaşlar bildirirlər ki, Göyçay Rayon Baytalıq İdarəsinə dəfələrlə müraciət etsələr də, idarədən mal-qaranı yoxlamağa gələn olmayıb. Rayondakı mənbələrdən verilən məlumata görə, heyvanların xəstəliyə tutulub tələf olması Göyçay Rayon Baytarlıq İdarəsinin heyvanlar arasında vaxtlı-vaxtında profilaktik tədbirlər aparmamasıyla bağlıdır: "Göyçay baytarları işlərinə qarşı laqeyd münasibət göstərirlər. Üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmirlər. İdarə rəisi Ağadadaş Hacıyev vəzifəsinin öhdəsindən gələ bilmir. Ona görə də sakinlər hər il bu cür problemlə üz-üzə qalır. Mal -qaranın xəstəliyə yoluxub tələf olmaması üçün onlara vaxtlı-vaxtında vaksinlər vurulmalıdır. Hər il dövlət büdcəsindən bu kimi tədbirlərin görülməsi üçün bu sahəyə kifayət qədər maliyyə ayrılır. Lakin mövcud vəziyyət onu deməyə əsas verir ki, dövlət büdcəsindən ayrılan vəsaitlər düzgün istiqamətə xərclənmir və hansı istiqamətə yönləndirildiyi də sual altındadır". Baytarlıq idarəsinin əməkdaşları laboratoriya müayinələri və simptomatik müalicələr apara bilmirlər. Nəticədə də heyvanlar arasında xəstəliklər yayılır, əhalinin təsərrüfatına ciddi ziyan dəyir. Rayon ərazisində heyvanların kütləvi tələfat verən xəstəliklərdən qorunması, təhlükəli xəstəliklərin və qida zəhərlənmələrinin qarşısının alınması üçün heç bir tədbir görülmür. Sakinlər idarə rəisinin bacarıqsızlığını önə çəkərək bu şəxsin işindən çıxarılmasını tələb edirlər. Çünki o vəzifəyə gələndən bəri rayonda vəziyyət dözülməz hala çatıb. İdarə rəisi əsas vəzifəsini yerinə yetirmir. Mal-qaranın təhlükəli viruslardan qorunması üçün önləyici tədbirlər görmür. Buna baxmayaraq, rəis tamamilə başqa işlərlə məşğul olur. Mal-qara sahibləri ona etiraz edəndə ağır cavab eşidirlər. Hər il Dövlət Baytarlıq Xidməti Göyçay rayon Baytarlıq İdarəsinə müxtəlif dərman preparatları və iynə göndərir. Lakin bunlar təyinatı üzrə işlədilmir. Daha sonra məlumatlarda qeyd olunur ki, rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, şadlıq saraylarında və yol kənarı yeməkxanalarda da baytar nəzarətindən əsər-əlamət yoxdur. Adı çəkilən obyektlərin haradan ət tədarük etmələri barədə heç kim məlumatlı deyil. Əslində isə bu obyektlər baytar idarəsinin ciddi nəzarətində olmalıdır. İstifadə olunan ət və digər ərzaq məhsullarının nümunələri isə mütəmadi olaraq laborator müayinələrdən keçməlidirlər. Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi yerli sakinlər tərəfindən irəli sürülən bu ittihamları diqqətə alacaq və Göyçay rayon Baytarlıq İdarəsinin fəaliyyəti ən qısa zamanda tam ciddiliyi ilə təftiş olunacaq. \\ gundelik-baku.com \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Dünən, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Dünən, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Dünən, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Dünən, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Dünən, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Dünən, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Dünən, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Dünən, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Dünən, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Dünən, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Dünən, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Dünən, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Dünən, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Dünən, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Dünən, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Dünən, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Dünən, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Dünən, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Dünən, 04:07 |
|
|
|
|