AMEA-da alimlərimizin "akademik" maraq toqquşması... - Dilçilik İnstitutunda direktorla müavin niyə dil tapa bilməyib
Tarix: 25-04-2015, 10:32 | Çap et
 Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyevanın vəzifəsindən azad olunması səbəbi Moderator.az-a bəlli olub.
Xatırladaq ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyeva vəzifəsindən azad olunub. Bildirilir ki, işindən azad olunan M. Mirzəliyeva bundan sonra Türk dilləri şöbəsinə rəhbərlik edəcək.
Moderator.az AMEA-nın Dilcilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyevanın vəzifədən azad olunmasının təfərrüatlarını öyrənə bilib. Dilçilik İnstitutundakı mənbə bildirib ki, M. Mirzəliyeva ilə direktor Tofiq Hacıyev arasında münasibətlər bir neçə aydır ki, gərginləşib. Səbəb isə direktor müavininin səlahiyyət həddini aşması, institutda "öz qrupunu" yaratmağa cəhd etməsi və maliyyə pozuntularına yol verməsi olub. Akademik məzuniyyətdə olduğu müddətdə "fəallaşan" M. Mirzəliyeva Elmi Şuranın razılığı olmadan kadr dəyişmələrinə də girişib. Təbii ki, bütün bunlardan xəbər titan direktor T.Hacıyev əks tədbirlər görməyə məcbur olub. Ciddi yoxlamalardan sonra əsaslı faktlar aşkara çıxarılıb və M.Mirzəliyevaya vəzifəsindən çıxmaq təklif olunub, lakin özünü günühsız sayan M.Mirzəliyeva fevral ayından başlayaraq İnstitut direktoruna qarşı müharibəyə başlayıb, bunun üçün özünün 20-yə yaxın tərəfdarını da hərəkətə gətirib. Bu adamalar da direktor müavini ilə birlikdə AMEA prezidentinə və Rəyasət Heyətinə direktordan şikayətlər yağdırmağa başlayıblar. Bu şikayətlərin əsas motivi bundan ibarət olub ki, guya institut rəhbərliyi istedadlı əməkdaşları işdən uzaqlaşdırıb.
Mənbə onu da bildirir ki, əslində akademik T.Hacıyev institutda sırf elmi xətt yeridir, ciddi dəyişikliklər aparır, xüsusən dil tarixi, müasir dilçilik, dillə bağlı Dövlət Proqramının gerçəkləşməsi üçün ardıcıl və prinsipial addımlar atır. Bundan başqa o, bir çox tanınmış alimləri institutla əməkdaşlığa cəlb edib, eyni zamanda iş qabiliyyəti olmayanları vəzifədən uzaqlaşdırıb. Təbii ki, bütün bunlar bəzilərini qorxudur və onları dəyişikliklərə müqavimət göstərməyə sövq edir. M.Mirzəliyeva da direktora qarşı "mübarizəsində" məhz bu adamalara güvənirdi.
Mənbənin bildirdiyinə görə bu adamların Dilçilik İnstitutunu növbəti dəfə intriqa yuvasına çevirmək cəhdi alınmayıb. Akademik T. Hacıyev olduqca soyuqqanlı davranaraq M. Mirzəliyevanı yerində oturtmağa nail olub. AMEA rəhbərliyi də işdə yol verdiyi nöqsanları onun nəzərinə çatdırdıqdan sonra direktor müavininin tutduğu vəzifəyə əlvida deməkdən başqa əlacı qalmayıb. Mənbə M. Mirzəliyevanın institutda şöbə müdiri vəzifəsində qalmasını isə T.Hacıyevin humanizmi kimi qiymətləndirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda sosial müavinətlər artırılır
Bu gün, 17:11 |
|
|
|
• Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA
Bu gün, 16:14 |
|
|
|
• “Məni hədələyərək işdən çıxardılar” - Qadın cərrah
Bu gün, 16:09 |
|
|
|
• "İlhamə Quliyeva ilə duetdən sonra mənə nələr dedilər"
Bu gün, 16:05 |
|
|
|
• "Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür" - Əlikram Bayramov
Bu gün, 16:00 |
|
|
|
• Akademiklərin qazancını təftiş edən Etibar Əliyevin növbəti HƏDƏFİ kim OLACAQ? – Özü AÇIQLADI
Bu gün, 15:37 |
|
|
|
• Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub
Bu gün, 15:34 |
|
|
|
• Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi - QƏRAR
Bu gün, 15:32 |
|
|
|
• “Psixoloq falçı kimi bir şeydir” deyən ekspertə SƏRT CAVAB – “Günü falçılarda keçir”
Bu gün, 13:06 |
|
|
|
• Səfərbərlik Xidməti bu işlərə 600 min sərf edəcək - QSC-nin nazirə məxsus olduğu bildirilir
Bu gün, 13:04 |
|
|
|
• “İrşad” gömrük qaydalarını pozur
Bu gün, 13:02 |
|
|
|
• Ukraynada Trampa və ABŞ-yə etimad azalır
Bu gün, 12:59 |
|
|
|
• Teatrın rəhbərliyi baş mühasibə tapşırıldı
Bu gün, 12:53 |
|
|
|
• İran müharibə planı hazırlayıb: - KİMİ VURACAQ?
Bu gün, 12:52 |
|
|
|
• "Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
Bu gün, 12:49 |
|
|
|
• Toyda mahnı üstündə dava: Müğənni və qardaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 12:39 |
|
|
|
• Xalqlarımızın təhlükəsiz və məsud yaşam təminatı: Şuşa Bəyannaməsi - MƏQALƏ
Bu gün, 12:34 |
|
|
|
• Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi - İsrafil Kərimovun yazısı
Bu gün, 12:31 |
|
|
|
• Röya Baləlinin mahnısını oxudu - VİDEO
Bu gün, 12:28 |
|
|
|
• Qazinin pulunu kim kəsib? - ETİRAZ
Bu gün, 12:25 |
|
|
|
• Bu ərazilər Azərbaycana qaytarılır: - Ermənilər XƏRİTƏ yaydılar
Bu gün, 12:22 |
|
|
|
• Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Bu gün, 12:19 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15 |
|
|
|
• Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bu gün, 12:12 |
|
|
|
• SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
Bu gün, 12:07 |
|
|
|
• “Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...”
Bu gün, 12:03 |
|
|
|
• “Bakılı Qız” dondurmasında TƏHÜLKƏ VAR... - BU NƏDİ BELƏ...
Bu gün, 11:55 |
|
|
|
• Nazim Bəydəmirlini həbs etdirən şəxs öz qardaşına da “atıb” - İLGİNC
Bu gün, 11:43 |
|
|
|
• Ermənistanı salamat saxlamaq üçün indiki kimi şansımız olmayıb - Paşinyan
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi - TƏFƏRRÜAT
Bu gün, 11:37 |
|
|
|
• Vüqar Qurbanov ad günü şənliyi keçirən şöbə müdirini İŞDƏN QOVDU
Bu gün, 11:35 |
|
|
|
• FHN-ə maşın satmaq istəyən 3 şirkət tapılmadı - 827 MİNLİK TENDER LƏĞVƏ GETDİ
Bu gün, 11:31 |
|
|
|
• Elçin Quliyevin oğlu polkovnik-leytenant oldu - belə deyirlər...
Bu gün, 11:28 |
|
|
|
• Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Bu gün, 11:25 |
|
|
|
• Direktor məktəbi RƏSMƏN QARƏT EDİBMİŞ... - ŞOK FAKTLAR
Bu gün, 11:21 |
|
|
|
• İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
Bu gün, 11:14 |
|
|
|
• Amerikada siyasi böhranın başlanğıcı: - texnoloji oliqarxiya hərəkətə keçib
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib
Bu gün, 11:04 |
|
|
|
• Naxçıvan Həmkarlar İttifaqları Şurası milyonlarla vəsaiti mənimsəyir - HƏM DƏ BY YOLLA...
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan II Qaregindən iqamətgahını dərhal tərk etməyi tələb edib
Bu gün, 10:58 |
|
|
|
• İrəvanda "dövlət naziri" peyda oldu: - Ermənistan saxtakarlığı davam etdirir
Bu gün, 10:56 |
|
|
|
• Əmək müqaviləsi ləğv olunan neftçilər... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Rusiyanın ABŞ-dəki səfiri Trampla görüşüb
Bu gün, 10:42 |
|
|
|
• Bəziləri bu məsələdə azərbaycanlı izi görməyə çalışır - Paşinyan
Bu gün, 10:38 |
|
|
|
• Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur? - NƏ BAŞ VERİR?
Bu gün, 10:36 |
|
|
|
• “Yaxşı arvad olun ki, əriniz gəzməsin” - Ofeliya Şabanova
Bu gün, 10:29 |
|
|
|
• Azərbaycana qarşı köhnə iftira: Bakıdan tutarlı cavab - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:12 |
|
|
|
• Kişi arvadının adına kredit və borca götürdüyü pulu ödəmədi, sonra onu döydü - TƏFƏRRÜAT
Bu gün, 10:09 |
|
|
|
• Süni intellektin Bibliyanın müəllifi ilə bağlı təhlilinə Katolik Kilsəsindən REAKSİYA
Bu gün, 10:07 |
|
|
|
• Kəmaləddin Heydərovun nəzarətində olan idarə 827 minlik avtomobil almaq istədi, baş tutmadı
Bu gün, 10:01 |
|
|
|
|