Əsas Səhifə > Siyasət, Manşet > AMEA-da alimlərimizin "akademik" maraq toqquşması...

AMEA-da alimlərimizin "akademik" maraq toqquşması...


25-04-2015, 10:32
AMEA-da alimlərimizin "akademik" maraq toqquşması...
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyevanın vəzifəsindən azad olunması səbəbi Moderator.az-a bəlli olub.

Xatırladaq ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyeva vəzifəsindən azad olunub. Bildirilir ki, işindən azad olunan M. Mirzəliyeva bundan sonra Türk dilləri şöbəsinə rəhbərlik edəcək.

Moderator.az AMEA-nın Dilcilik İnstitutunun direktor müavini Məhəbbət Mirzəliyevanın vəzifədən azad olunmasının təfərrüatlarını öyrənə bilib. Dilçilik İnstitutundakı mənbə bildirib ki, M. Mirzəliyeva ilə direktor Tofiq Hacıyev arasında münasibətlər bir neçə aydır ki, gərginləşib. Səbəb isə direktor müavininin səlahiyyət həddini aşması, institutda "öz qrupunu" yaratmağa cəhd etməsi və maliyyə pozuntularına yol verməsi olub. Akademik məzuniyyətdə olduğu müddətdə "fəallaşan" M. Mirzəliyeva Elmi Şuranın razılığı olmadan kadr dəyişmələrinə də girişib. Təbii ki, bütün bunlardan xəbər titan direktor T.Hacıyev əks tədbirlər görməyə məcbur olub. Ciddi yoxlamalardan sonra əsaslı faktlar aşkara çıxarılıb və M.Mirzəliyevaya vəzifəsindən çıxmaq təklif olunub, lakin özünü günühsız sayan M.Mirzəliyeva fevral ayından başlayaraq İnstitut direktoruna qarşı müharibəyə başlayıb, bunun üçün özünün 20-yə yaxın tərəfdarını da hərəkətə gətirib. Bu adamalar da direktor müavini ilə birlikdə AMEA prezidentinə və Rəyasət Heyətinə direktordan şikayətlər yağdırmağa başlayıblar. Bu şikayətlərin əsas motivi bundan ibarət olub ki, guya institut rəhbərliyi istedadlı əməkdaşları işdən uzaqlaşdırıb.

Mənbə onu da bildirir ki, əslində akademik T.Hacıyev institutda sırf elmi xətt yeridir, ciddi dəyişikliklər aparır, xüsusən dil tarixi, müasir dilçilik, dillə bağlı Dövlət Proqramının gerçəkləşməsi üçün ardıcıl və prinsipial addımlar atır. Bundan başqa o, bir çox tanınmış alimləri institutla əməkdaşlığa cəlb edib, eyni zamanda iş qabiliyyəti olmayanları vəzifədən uzaqlaşdırıb. Təbii ki, bütün bunlar bəzilərini qorxudur və onları dəyişikliklərə müqavimət göstərməyə sövq edir. M.Mirzəliyeva da direktora qarşı "mübarizəsində" məhz bu adamalara güvənirdi.

Mənbənin bildirdiyinə görə bu adamların Dilçilik İnstitutunu növbəti dəfə intriqa yuvasına çevirmək cəhdi alınmayıb. Akademik T. Hacıyev olduqca soyuqqanlı davranaraq M. Mirzəliyevanı yerində oturtmağa nail olub. AMEA rəhbərliyi də işdə yol verdiyi nöqsanları onun nəzərinə çatdırdıqdan sonra direktor müavininin tutduğu vəzifəyə əlvida deməkdən başqa əlacı qalmayıb. Mənbə M. Mirzəliyevanın institutda şöbə müdiri vəzifəsində qalmasını isə T.Hacıyevin humanizmi kimi qiymətləndirib.

Geri qayıt