ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                 

Ali Məhkəmənin rəhbərliyində ilginc dəyişikliklər planlaşdırılır - Nazir Ramiz Rzayevlə bağlı təqdimat verib
Tarix: 3-04-2015, 09:33 | Çap et
Ali Məhkəmənin rəhbərliyində ilginc dəyişikliklər planlaşdırılır
2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olan, 2010-cu ili naprel ayından isə yenidən sözügedən məhkəmənin sədri təyin edilən Ramiz Rzayevlə bağlı siyasi qərar verilib. Aprelin 19-da səlahiyyət müddəti bitəcək Ramiz Rzayevin yenidən vəzifəsində saxlanılmayacağı artıq dəqiqləşib.

Bu barədə Mia.az-a məhkəmə sistemindən məlumat daxil olub. Bildirillir ki, Ramiz Rzayevin yerinə təyin olunacaq şəxs də artıq dəqiqləşib:

В«Ramiz Rzayevin Ali Məhkəmənin sədri vəzifəsində 10 illik fəaliyyəti hakimiyyəti qane etməyib. Xüsusiylə beynəlxalq təşkilatların, həmçinin, ölkənin ən müxtəlif qütblərindən Azərbaycanın məhkəmə sisitemi haqqında davamlı mənfi rəylərin açıqlanması, Ali Məhkəmənin sədri ilə bağlı məlum qərarın verilməsinə səbəb olub. Bir sözlə, aprelin 19-da səlahiyyət müddəti bitəcək Ramiz Rzayev başqa vəzifəyə təyinat almaqla, Ali Məhkəmənin sədri vəzifəsindən uzaqlaşdırılacaqВ».

Mia.az-a verilən məlumata görə, Ramiz Rzayevlə yanaşı, Azərbaycan məhkəmə sisteminin ikinci pilləsində də ciddi dəyişikliyin olacağı gözlənilir:

В«Bəli, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin də barəsində sərəncam olacaq. Bu sərəncam isə onun В«vurulmasıВ» yox, Ramiz Rzayevin postunu tutması ilə bağlı olacaq. İman Nağıyev artıq özünü Ali Məhkəmənin sədri postunda görür və təbriklər qəbul edir. Yəni artıq o, yeni vəzifəsinə təyinatının razılaşdırıldığını yaxın ətrafına bölüşüb. Hətta ən yaxın çevrəsi də təbii olaraq, onun Ali Məhkəmənin sədri vəzifəsinə təyinatını indidən bayram edirlər...В».

Mia.az xəbər verir ki, İman Nağıyevin Ali Məhkəmənin sədri postu uğrunda gedən gərgin mübarizədən qalib ayrılmasına nüfuzlu şəxslərin ciddi dəstəyi var. Xüsusən də ədliyyə naziri Fikrət Məmmədov Ramiz Rzayevin getməsini, İman Nağıyevin isə Ali Məhkəmənin sədri olmasında müstəsna rol oynayır:

В«Fikrət Məmmədovun İman Nağıyevin üzərində dayanmasının isə çox ciddi səbəbləri var. Nazirlə Bakı Apellyasiya Məhkəməsinin sədri arasındakı В«körpü roluВ»nu nazir Fikrət Məmmədovun yaxın qohumlarından biri oynayıb. Hansı ki, İman Nağıyev demək olar ki, hər gün nazirin həmin yaxın qohumu ilə bir yerdədir. Həm bu, həm də İman Nağıyevi nazirlə əlaqələndirən və adını çəkmək istəmədiyim həmin şəxsin ciddi qruplaşma ilə qohumluğu İman Nağıyevin Ali Məhkəmənin sədri vəzifəsinə iddiasını demək olar ki, təmin edib. Qalır bircə İman Nağıyevin sərəncamla yeni vəzifəsində rəsmi fəaliyyətə başlaması ki, bu sərəncamın da aprelin 20-də veriləcəyi gözlənilirВ».

İman Nağıyevin Ali Məhkəmənin sədri kimi məhkəmə sisteminin "üzünü ağartması”na gəlincə isə, bunun çətin olduğu göz önündədir. Çünki hələ bu günə qədər Beynəlxalq və yerli təşkilatların diqqətində olan ciddi bir məhkəmə prosesi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin əks qərar verməsi müşahidə olunmayıb. Tam əksinə, İman Nağıyevin sədri olduğu məhkəmə əsasən rayon məhkəmələrinin qərarlarını notarius kimi təsdiq etməklə məşğul olub. Belə olmasaydı, Avropa İnsan Haqları Məhkəməsinə də Azərbaycandan belə çox şikayətlər axmazdı. Elə bu da onu göstərir ki, İman Nağıyev Ali Məhkəmənin sədri vəzifəsində də məhkəmə sisteminə "yeni nəfəs” gətirmək gücündə olmayacaq…

Onu da qeyd edək ki, İman Nağıyevin təmsil olunduğu qruplaşma və onun sahibi olduğu əlaqələr haqda Mia.az-a təfsilatlı məlumat verilib. Lakin mövzuya aidiyyatı olmadığı üçün yazmadıq.

Son olaraq isə həm Ramiz Rzayevin, həm də İman Nağıyevin mövqelərini də dinləməyə hazır olduğumuzu bildirməklə yanaşı, onların hər ikisinin tərcümeyi-halını oxuculara təqdim edirik:

****

Hazıra Ali Məhkəmənin sədri olan Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1977-1979-cu illərdə həqiqi hərbi xidmət keçib.

1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992-1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993-1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. 2010-cu ildə prezident sərəncamı ilə o, yenidən Ali Məhkəmənin sədri vəzifəsinə təyin olunub.

Bakı Apellyasiya Məhkəməsinin hazırkı sədrinə gəldikdə isə, İman Məmməd oğlu Nağıyev 1957-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olub. 1978-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır. 1979-1987-ci illər ərzində Yasamal rayon xalq məhkəməsində tərcüməçi, məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 1987-ci ildən 1990-cı ilədək Şamaxı rayon xalq məhkəməsinin hakimi, 1990-2000-ci illərdə isə Nəsimi rayon xalq məhkəməsinin sədr müavini vəzifəsində fəaliyyətini davam etdirmişdir.

2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olmuşdur. 2007-ci ildən Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsində çalışır.

2005-ci ildən Hakimlərin Seçki Komitəsinin sədridir.

Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə В«Vətənə xidmətə görəВ» ordeninin üçüncü dərəcəsi ilə təltif edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Bu gün, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Bu gün, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Bu gün, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru