Mikayıl Cabbarov "tələbə "perevod"u biznesini" yad olan birisinə həvalə etməyib - Elnur Əliyev nazirin xalası oğluymuş
Tarix: 13-09-2014, 12:39 |
Çap et
Son dövrlər adı mətbuatda daha çox hallanan Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin 1-ci müavini, eyni zamanda Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevin əslində nazirə uzaq biri olmadığı vurğulanır. JAM.AZ-a verilən məlumatlara görə, son günlər “tələbə köçürməsi” prosesini də ona həvalə ediblər.
Belə mühüm prosesin heç də kənar birinə tapşırılması inandırcı deyil. Hətta hər nə qədər etibarlı olsa belə, keçmiş iş yoldaşı, JEK müdiri və sair çalışmış birinə təkbaşına etibar edilməsi də zatən müəmmalıydı. Amma bu gün JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Elnur Əliyev heç də təhsil naziri Mikayıl Cabbarovun uzaq adamı deyilmiş. Onun nazirin doğmaca xalası oğlu olduğu bildirilir. Əliyev həmçinin Gəncənin keçmiş icra başçısı Eyvaz Babayein də bacısı oğludur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.