Elşad Abdullayevin həbs edilərək Azərbaycana gətirilməsinə tədarük görülür - Keçmiş rektorun velosipedli günləri başa çata bilər…
Tarix: 2-09-2014, 11:24 |
Çap et
DİA.AZ: - Zamanında özünün gizli və montaj olunmuş videoçəkilişləri ilə ölkənin siyasi gündəmini belə qarışdıran fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev barəsində neqativ məlumatlar yayıldıqca, bunun əksini sübutlayan açıqlama və fotoları ilə vəziyyətdən çıxmağa çalışdı. Hətta artıq bir neçə maddə ilə ittiham olunaraq axtarışa verilən Elşad Abdullayev velosiped sürərkən, «Disneylənd»də əylənərkən belə fotolarını paylaşdı ki, bununla da ona qarşı hər hansı təhlükənin olmadığını isbatladı.
Amma vəziyyət heç də keçmiş rektorun yaratmağa çalışdığı mənzərəyə uyğun deyil. Bu barədə DİA.AZ-a hökumətdəki bilgili mənbələr məlumat verib.
Mötəbər qaynağın iddialarına görə, Elşad Abdullayevin həbs olunaraq Azərbaycana gətirilməsi üçün zaman-zaman təşəbbüslər qaldırılsa da, müəyyən səbəblərdən belə bir addımın atılması ertələnib. Amma indi situasiyanın kifayət qədər dəyişdiyini iddia edən mənbə dia-az.site-a açıqlamasında bildirir ki, Elşad Abdullayevlə bağlı həbs qərarının icrası reallaşa bilər:
«Hələlik bunun nə zaman baş verəcəyi dəqiq məlum deyil. Amma onun həbs olunması üçün Avropa ölkələrinin birinin hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır».