ŞOK: Ukrayna Azərbaycandan Rusiyaya qarşı hərbi dəstək istəyib - Rəsmi Kiyevdən GUAM ölkələrinə müraciət - İLGİNC
Tarix: 19-05-2014, 09:34 |
Çap et
DİA.AZ: - Ukrayna Azərbaycandan və GUAM birliyinə daxil olan digər ölkələrdən hərbi yardım istəyib. Bu şok məlumatı DİA.AZ-a diplomatik qaynaqlar ötürüb. Xəbəri verən mənbə iddia edir ki, keçən həftə rəsmi Kiyev GUAM ittifaqına daxil olan ölkələrin dövlət başçılarına qeyd olunan məzmunda müraciət ünvanlayaraq, Rusiya hərbi təcavüzündən dolayı dəstək istəyib.
DİA.AZ bildirir ki, məlumatı verən mənbə konkret olaraq Ukraynanın Azərbaycan dövlətindən hansı formada dəstək istədiyini açıqlamasa da, rəsmi Kiyevin işğal altında olan ərazilərdə keçirilən hərbi əməliyyatlarda, eyni zamanda diploamtki müstəvidə Azərbaycanın, habelə Gürcüstan və Moldovanın da dəstəyinə ümid etdiyini vurğulayıb.
Onu da bildirək ki, anoloji problemi bu gün GUAM-da birləşən bütün dövlətlər yaşayır və Rusiya 22 il əvvəl Azərbaycanın Qarabağ torpaqlarının işğalında bir tərəf kimi iştirak etməklə yanaşı, eyni zamanda Moldovanı Dnestryanı və Qaqauz Yeri, Gürcüstanı isə Abxaziya və Cənubi Osetiya itkisi ilə üz-üzə qoyub. İndi isə Şərqi Ukrayna ərazilərində eyni qaydada separatizm toxumları səpilməkdədir.