Rövnəq Abdullayev nurçuların kafe və restoranlarını da satın alır - GƏLİŞMƏ
Tarix: 7-03-2014, 09:36 |
Çap et
DİA.AZ: - Dövlət Neft Şirkətinin nurçuların təhsildəki «obyektlərinə» sahiblənməsinin, daha doğrusu, həmin təhsil ocaqlarını şərikinə işlətməsi qərarının ardından, indi də nurçulara məxsus olan Bakıdakı və Azərbaycanın digər yerlərindəki biznes strukturları, gəlir yerləri də hədəfə alınıb.
Bu barədə DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, yaxın günlərdə nurçuların Bakıdakı iki restoranlar şəbəkəsi əl dəyişdirəcək: «Artıq belə bir qərar verilib. Və konkret olaraq iki restoranlar şəbəkəsinin sənədləri yeniləşdirilir. Bunun qarşılığı olaraq isə həmin iş adamlarına çox ciddi məbləğdə kompensasiya verilir».
Söhbətin konkret hansı restoranlar zəncirindən getdiyini söyləməyən mənbə bildirdi ki, təhsil müəssisələrində olduğu kimi, restoran və kafelər də ARDNŞ rəhbərliyi tərəfindən satın alınır.