Fətullah Gülənin casusları azərbaycanlı dindarın da telefonunu dinləyib - İLGİNC FAKT
Tarix: 25-02-2014, 09:46 |
Çap et
DİA.AZ: - Türkiyədə Ərdoğan hökümətilə Fətullah Gülənçilər arasında gedən informasiya müharibəsində telefonların dinlənməsi üzə çıxıb. Hər halda bu gün Türkiyəni qarışdıran bu fakt Azərbaycana da təsirsiz ötüşməyib.
Belə ki, DİA.AZ-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, camaatın dinlədiyi 7 min nəfərin içərisində tanınmış siyasətçilər, jurnalistlər və iş adamları da var.
Diqqət çəkən məqam isə, bu siyahıda Azərbaycanın tanınmış ruhanisi hazırda zindanda olan Hacı Tale Bağırovun da adının olmasıdır.
Belə ki, bu siyahlda onun Türkiyədə səfərdə olarkən istifadə etdiyi telefon nömrəsi diqqət çəkir.
Bildirək ki,Taleh Vağırov Azərbaycanda İran meyilli dindar kimi tanınır və hazırda həbsdədir.