Separatçı Kürdlər Azərbaycanda fəallaşır - Bakıda yeni kürd təşkilatı yaradılır - Nəyə hazırlaşırlar?
Tarix: 19-02-2014, 10:13 |
Çap et
DİA.AZ: - Son günlər Azərbaycanda kənar güclərin təsiri altında müxtəlif təhlükəli hərəkətlənmələr müşahidə olunmaqdadır. Ölkəmizdə həm etnik və həm də dini zəmində süni şəkildə əngəllərin yaradılmasında maraqlı olan xarici kəşfiyyat orqanları yenidən fəallaşıblar.
Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Bakıda Türkiyədən olan kürd əsillilərlə bir qrup Azərbaycan vətəndaşının ortaq təşkilatı yaradılır.
Mənbəmiz bildirir ki, həmin təşkilat «Kürd Xalqının Azərbaycan Cəmiyyəti» adlanacaq: «Təşkilat birbaşa olaraq Türkiyədəki separatçılar tərəfindən yönəldiləcək. Və təşkilatın maliyyəsi də Türkiyədən ayrılır».
Məlumatlara görə, bu təşkilata əsasən, Azərbaycanın gənclərini cəlb etməyi düşünürlər: «Təşkilatın quruculuğunda iştirak edənlərin əsas marağı əsasən Kəlbəcər, Laçın və Qubadlı rayonlarından olan əhalinin kürdləşdirilməsindən ibarətdir. Yəni bu da o deməkdir ki, onlar sözügedən əhali arasında təbliğat apararaq, bu bölgədən olan soydaşlarımızın kürdləşdirilməsi işini davam etdirəcəklər».
Mövzu diqqətimizdədir…