Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                 

Qozbeli qəbir, İqbalı Sibir düzəldər... - HƏQİQƏTƏN DƏ...
Tarix: 4-02-2022, 08:47 | Çap et
Qozbeli qəbir, İqbalı Sibir düzəldər...
Saxta deputatlıq mandatı arxasında gizlənib hələ də dövləti aldatmağa çalışan İqbal Məmmədovun 10 milyon manat kimi külli miqdarda vergi borcunu ödəməməsinin günahı onda yox, Azərbaycan məhkəmə sistemindədir. Hələ bir neçə il bundan əvvəl Lerikdə “Relax” istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşının qanuni tələblərinə şillə-təpiklə cavab veriləndə saxta deputatın mandatı əlindən alınıb, qoluna qandal vurularaq həbsxanaya salınmalı idi. Dövlət isə nəinki bunu etmədi, əksinə, cəmi bir ildən sonra vergi oğrusunun mandatını təzələyib yenidən deputat adı daşımasına şərait yaradıldı.

Üstəlik, bu adam 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis (VI çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili "seçildi", bununla da iqtidar partiyasının kleptokratiya imicini daha da möhkəmlətdi. Elə həmin il Lənkəran Ağır Cinayətlər Məhkəməsi “Relax” qudurğançılığında məsuliyyəti öz üzərinə götürən digər şəxsləri də - İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərlərinin cinayət işini xətm edib adamları azadlığa buraxdı. Saxta deputat Lənkəran Ağır Cinayətlər Məhkəməsinin bu qərarını belə şərh etmişdi: “Bu gün məsələyə hüquqi qiymət (!) verildi. Humanizm prinsipləri rəhbər tutularaq məhkəmə onları həbsdən azad etdi. Bu bizim üçün çox sevindirici xəbər oldu. Heç bir valideynə övladının həbsə düşməyini arzu etmirəm".



Sanki məhkəmə bu qərarı ilə “əcəb edibsiniz Vergilər Nazirliyinə vergi əvəzinə şillə-təpik ödəyibsiniz dedi. Əlbəttə, tərətdiyi bütün cinayətlərə baxmayaraq, bu cür toxunulmazlıq statusu qazanan, cəzalandırılmaq əvəzinə mükafatlandırılan istənilən şəxs nəinki dövlət qarşısında borclarını ödəməz, əksinə onu soyub talayar. Vergilər Nazirliyinin son təsbitləri də - İbqal Məmmədova aid şirkətin 10 milyon manatlıq vergi borcunu ödəməməsi də saxta deputatın “Relax” cinayətindən lazımi nəticə çıxarmadığını (əslində çıxardığını) təsdiqləyir. Azərbaycan məhkəmə sisteminin İqbal Məmmədovun özbaşınalıqlarına qazandırdığı bəraət (hərçənd saxta deputat buna humanizm deyir) ölkəmizdə “dövlətin malı qaymaq, yeməyən axmaq” prinsipinin keçərli olduğunu göstərir.

İqbal Məmmədovun eyni cinayəti təkrar törətməsindən sonra təkcə o yox, ona bəraət və mandat verən digər qurumlar da - məhkəmə sisteminin rəhbərliyi və MSK sədri Məzahir Pənahov da istefaya getməli, cinayəti və cinayətkarı öz əməllərinə təşviq etdiklərinə görə hüquqi məsuliyyət daşımalıdırlar.

***



İqbal Məmmədovun 10 milyonadək vergi borcu üzə çıxdı
Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 1600019501 nömrəli VÖEN-i üzrə sorğu verən zaman 9 666 469.63 manat borcu olduğu məlum olub. Ovqat.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında məlumat dərc edilib.

Məlum olub ki, şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Lakin İ.Məmmədov bir müddət öncə açıqlamasında sözügedən şirkətin onun adına olması ilə bağlı iddiaları təkzib etmişdi:
“Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki...”.

Xatırladaq ki, deputata məxsus “Relax” istirahət mərkəzində qalmaqala səbəb olan yoxlamalar aparılmışdı. 2019-cu ilin avqustunda istirahət mərkəzini yönəldənə İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum edərək onlara xəsarətlər yetirmişdi.
//OVQAT.COM//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
18-06-2026, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
18-06-2026, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
18-06-2026, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru