Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                 

Goranboyda dövlətin pulu yoxdur: İcra hakimiyyəti sahibkarlara AĞIZ AÇIB - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!
Tarix: 5-01-2022, 09:18 | Çap et
Goranboyda dövlətin pulu yoxdur: İcra hakimiyyəti sahibkarlara AĞIZ AÇIB
44 günlük müharibənin iştirakçılarından olan 21 yaşlı Vüsal Quliyev gözü önündə həlak olan döyüş yoldaşını ərazidən çıxaranda özü də yaralanıb. Həm bel, həm də ayaq nahiyəsindən ona güllə və qəlpə dəyib. Aylarla müxtəlif hospitallarda müalicə olunmasına baxmayaraq, deyir ki, hələ də sağlamlığı tam bərpa olunmayıb. Üstəlik, ailənin sosial vəziyyəti, yaşayışı da acınacaqlıdır. DİA.AZ meydan.tv-yə istinadən bildirir ki, Vüsal Quliyev Goranboy rayonunda yaşayır. O, Füzuli, Xocavənd istiqamətlərindəki döyüşlərdə iştirak edib. 2020-ci ilin oktyabrında Hadrutda yaralanıb:

“Şəhid olan yoldaşımı oradan götürüb aparmaq istəyəndə yaralandım. Məni Əhmədbəylidəki hospitala gətirdilər, 15 gün orada yatdım. Sonra təxminən üç ay da “Papanin”də (Mərkəzi Hərbi Klinik Hospitalı nəzərdə tutur) qalmışam. Yaddaşım pozulub, heç oradan nə vaxt çıxdığım dəqiq yadımda deyil. Düzdür, əməliyyatla bədənimdəki qəlpə, güllə çıxarılıb. Amma bədənim günü bu gün də ağrıyır. Xüsusən soyuq havada zülm çəkirəm. Bir az işləyən kimi də ağrıdan ölürəm, ayağım tərpənmir…”

Müharibə iştirakçısının böyük ailəsi var. Ana və 8 övladı illərdir ki, birotaqlı, qamışla örtülü daxmaya sığınıb. Evin böyük qız övladı 4 ay öncə Goranboyda – Dəliməmmədli şəhərində avtoqəza nəticəsində həyatını itirib. Bundan sonra ailə daha bir faciə ilə üzləşib – birotaqlı daxmada təxminən iki ay öncə yanğın baş verib. Orada olan yorğan-döşəkdən tutmuş, stol-stula qədər bir çox əşya yanıb.

Ailəyə dost-tanış, müəyyən qədər də icra strukturları yardım edib, bəzi əşyalar göndəriblər.

“İcra hakimiyyəti də müvəqqəti yaşamağa, istifadə etməyə əşyalar göndərib. Necə yerdə yaşadığımızı görürsüz. Buz kimidi, iki ədyalla yatırıq, yenə də canımız qızmır…”, – Vüsal Quliyev xüsusən kiçik bacı-qardaşlarının durumuna acıdığını deyir.

Uşaqlar məktəbə getmir, heç birinin sənədi yoxdur

Vüsal Quliyev hazırda evin böyük övladıdır. Evin ən kiçik uşağı 8 aylıqdır. Bir neçəsi məktəbə gedəsi yaşdadılar. Amma hamısı da təhsildən kənarda qalıb. Onların nəinki dəftər-kitabı, heç şəxsiyyətlərini təsdiq edən sənədləri də yoxdur. Bu mənada, Vüsal Quliyevin özünün durumu da ailənin digər övladlarından fərqlənmir. O, hərbi xidmətə gedib-qayıtsa da, indiyədək şəxsiyyət vəsiqəsi yoxdur.

Vüsal Quliyev deyir ki, anası, bacı-qardaşı acından ölməsin deyə, nasaz canıyla fəhləlik eləməyə məcburdur:

“Onun-bunun qapısında fəhləlik eləyirəm. Bəzən ağır yük olanda canım çıxır, güllənin, qəlpənin yeri ağrıdır. Amma məcburam. Çünki bu qədər ailə mənim əlimə baxır. Heç olmasa, yavan çörəklərini də olsa, qazanıram ki, acından ölməsinlər”.

Ana: “Ürəyim parçalanır, oğlum müalicə oluna bilmir, bu vəziyyətdə işləməyə məcburdur”

Vüsalın anası, 41 yaşlı Tünzalə Abbasova deyir ki, oğlunun fəhləliklə qazandığı gündəlik 10-15 manatdan başqa evə pul gəlmir. Qarabağ qazisi olsa da, Vüsal buna görə müavinət almır:

“Dedilər ki, müavinət verilməsi üçün sənədlər olmalıdır. Vüsalın şəxsiyyət vəsiqəsi də yoxdur, deyirlər ki, Goranboy polisi şəxsiyyət vəsiqəsini düzəltməyə çalışır. Bir neçə dəfə icra başçısı ilə görüşmək istəmişik, alınmayıb. Gah dedilər ki, başçı xəstədi, gah dedilər ki, sabah gələrsən. Düzdür, axır vaxtlar köhnə əşyalar, tikinti materiallarıyla da olsa, müəyyən qədər kömək ediblər. Amma hamısını icra eləməyib. Sağ olsun bu ölkənin qeyrətli övladları, onlar da müəyyən qədər kömək eləyib. Vəziyyətimiz çox ağırdır, sözlə deyiləsi deyil. Bu daxmada qaz yoxdur, işıq da kartladı, qızdıra bilmirik. 8 aylıq südəmər uşağa verməyə bəzən yemək tapmıram. Ürəyim parçalanır, Vüsal o vəziyyətdə, müalicə oluna bilmir, üstəlik, bu halda, gedib fəhləlik eləyir…”

Ailənin arzusu Vüsalın nənəsindən qalan torpaq sahəsində babat bir ev tikib, orada yaşamaqdır. Hazırda dost-tanışın köməyilə evin bünövrəsi qoyulur.

İcra başçısının müavini: “Həqiqətən ağır vəziyyətdə yaşayırlar”

Goranboy Rayon İcra Hakimiyyətindən də Vüsal Quliyev və ailəsinin acınacaqlı vəziyyətdə olduğunu təsdiqləyiblər. İcra başçısının müavini Rafət Qurbanov bildirib ki, müharibə iştirakçısı ailənin ağır durumuyla əlaqədar təxminən bir həftə öncə icra hakimiyyətinə müraciət edib. Bu barədə məlumat alandan dərhal sonra müəyyən addımlar atıblar:

“Biz də onun haqqında yenicə məlumat almışıq. Həqiqətən ağır vəziyyətdə yaşayırlar. Nəinki özünün, ailədə heç kimin sənədləri yoxdur. Vüsal Quliyevin hərbi biletinin əsasında sənədlərini toplamışıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərə növbəlilik prinsipiylə ev tikilir. Dediyim kimi, Vüsal Quliyevin sənədləri olmadığına görə onu növbəyə yaza bilməmişik”.

İcra başçısının müavini əlavə edib ki, yeni ev hazır olana qədər ailəyə rayondakı əvvəlki xəstəxana binasında müvəqqəti yerləşmək təklif olunub. Lakin ailə imtina edib. Buna baxmayaraq, həmin xəstəxanada salamat vəziyyətdə olan məişət avadanlıqları (stol, stul, çarpayı, mətbəx əşyaları) ailəyə göndərilib. Eyni zamanda, ailəyə pul və ərzaq yardımı olunduğunu deyən Rafət Qurbanovun sözlərinə görə, sahibkarlara da müraciət olunub ki, imkanı çatan şəxslər müharibə iştirakçısı üçün ev tikintisinə yardım etsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru