İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                 

DAHA BİR TENDER MADARI: “Stone Construction”... - Adları hər işdə keçir...
Tarix: 17-12-2021, 09:23 | Çap et
DAHA BİR TENDER MADARI: “Stone Construction”...
Nə qədər deyilsə, yazılsa, tənqid olunsa da Azərbaycanda dövlət qurumlarının tender və dövlət satınalmaları “siyasəti” dəyişmir. Sanki dövlət büdcəsi və ümumilikdə ölkə iqtisadiyyatı, biznes mühiti üçün həyati əhəmiyyət kəsb edən bu sahə lənətlənib. Hətta ölkə başçısı səviyyəsində belə dəfələrlə tender və satınalmalarda yol verilən nöqsanlar, çatışmazlıqlar tənqid olunsa da, bunun heç bir nəticəsi yoxdur.

Yenə nazirlik və digər dövlət qurumları özlərinə yaxın, yaxud da uzun illər boyu “tender əjdahaları”na çevrilmiş, bu sahədə inhisarçılığa yiyələnmiş şirkətlərlə “işləyirlər”. Nəticədə dövlətin milyonları, on milyonları, hətta yüz milyonları müxtəlif əyri-üyrü yollardan keçib, kimlərinsə ciblərinə axır...

Son illər “tender meydanlarında at oynadan” şirkətlərdən biri də “Stone Construction” QSC-dir. Nizamnamə kapitalı 2010 manat olan şirkətin qanuni təmsilçisi Hacızadə Elman Xalid oğludur.

QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pros., ev 29-da yerləşir. Ancaq real biznes aləmində nə adıçəkilən şəxsi tanıyan var, nə də sözügedən ünvanda hansısa böyük bir şirkət yerləşir. Bu isə “tender əjdahaları” üçün xarakterik haldır – bir mənzilə bir neçə şirkət qeydiyyata salınır, axtaranda isə adətən heç birini tapmaq olmur...

Həmin ünvana baş çəkdik. Qara Qarayev metrosunun üstündə yerləşən bu 9 mərtəbəli binanın birinci mərtəbəsində “Kapital Bank”-ın filialı, eləcə də müxtəlif adi geyim və telefon mağazaları yerləşir. Üst mərtəbələr isə yaşayış mənzilləridir. Burada “Stone Construction”-a aid hər hansı lövhəyə, elana, reklama və s. rast gəlinmir. Hansı ki, şirkətin ildə “fırlatdığı” 10 milyonlarla manat, bəlkə də daha böyük dövriyyəni nəzərə alsaq, burada “Stone Construction”-un bəlkə də elə bütöv 9 mərtəbəli bina boyda ofisi olmalı idi. Niyə? Çünki sözügedən şirkətin kağız üzərində görmədiyi iş, göstərmədiyi xidmət, satmadığı məhsul yoxdur...

Rəsmi sənədlərdən belə aydın olur ki, şirkətin əsas müştəriləri icra hakimiyyəti orqanları və nazirliklərdir. Onların da sırasında Mədəniyyət Nazirliyi və Təhsil Nsazirliyi ən öndə gedir.

Məsələn, cari ilin oktyabrında keçirilən tenderin nəticəsinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsilə daşınması xidmətlərinə görə “Stone Construction” QSC-yə 4 milyon 517 min 630 manat ödəyəcək. İlk baxışdan burada rəqəmin böyüklüyündən və açıq-aşkar şişirtməyə yol verildiyinə dair şübhə yaratmasından başqa qeyri-adi heç nə yoxdur.

Doğrudan da müqavilədən aydın olur ki, "Stone Construction” QSC Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə 161 896 manat dəyərində 19 600 ton su satacaq. Mətbuatda dərc edilən hesablamalardan aydın olunur ki, qurum 1 kub metr içməli su üçün 8.26 AZN (1 ton su = 1,0183 kub metr) ödəməlidir. Hazırda Azərbaycanda əhali üçün 1 kub metr suyun qiyməti 70 qəpik, qeyri-əhali üçün isə 1 manatdır. Beləliklə, "Stone Construction” QSC 1 manatlıq suyu 8 manata satır. Hətta bu qablaşdırılmış su olsa belə, yenə də qiymət dəfələrlə bahadır.

Ancaq məsələ bununla da bitmir. Məsələ ondadır ki, sözügedən şirkət o dərəcədə “universal imkanlara” malikdir ki, eyni zamanda həm çirkab suları daşıya, həm də xor kollektivləri üçn üst geyimi, rəqs paltarları təşkil edə bilir.

Bəli. Dövlət satınalmalarına dair rəsmi portala istinadla “Stone Construction”-un son dövrlərdə “qazandığı” tenderlərdən bir neçəsini misal gətiririk: “Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satınalınması”, “Xor və rəqs dərnəkləri üçün paltarların və xalçaların satınalınması”, “Çirkab suyun daşınması işlərinin satınalınması”, “Dəftərxana və təsərrüfat mallarının satınalınması(təkcə Mədəniyyət Nazirliyinə bir dəfəyə 891 min manatlıq), “Əsaslı təmir işləri, bərk inventarlar, digər maşın və avadanlıqların satınalınması(təkcə Axundov Kitabxanasına 1 milyon manata yaxın)”, “İdman geyim və ləvazimatlarının satınalınması”, “Kartric və tonerlərin satınalınması”, “Rəqs geyimlərinin və pərdə materialının satınalınması”, “Odun yanacağının satınalınması”, "14 ədəd Kamaz" təkəri, 80 ədəd "Ford" təkəri, 14 ədəd "Volvo" təkəri, 17 ədəd akumulyatorun satınalınması” və s.

Uzandıqca uzanan siyahıdan belə çıxır ki, az qala yuxarıda adı sadalanan dövlət qurumlarının elə bir tenderi yoxdur ki, orada “Stone Consrtaction”-un “barmağı” və payı olmasın. Özü də odun yanacağından rəqs geyiminə qədər hər şey satır, cari təmirdən dövlət müəssisələrinə subsidiyaların verilməsinə qədər tamamilə fərqli profillər və istiqamətlər üzrə bütün xidmətləri göstərir. Axı, bu, ən azından fiziki cəhətdən mümkün deyil. Bəlkə də dünyada bütün bu işləri eyni zamanda görə biləcək şirkət yoxdur, çünki bunlar hamısı tamamilə fərqli sahələrə aiddir. Ancaq nə möcüzədirsə Azərbaycanda bütün bu fərqli işləri görə bilən şirkətlər var və onların sırası yalnız “Stone Consrtaction”-la məhdudlaşmır.

Deməli, belə nəticəyə gəlmək olar ki, bu cür şirkətlər sadəcə, vasitəçi rolu oynayırlar və tenderlərin də çoxu kağız üzərində reallaşır. Ya da görülən işlərdən vasitəçiliyə görə faiz götürürlər. Bu variantların hansından istifadə olunmasına baxmayaraq, ortada dövlət vəsaitlərinin bu və ya digər yollarla mənimsənilməsinə, saxtakarlığa yol verilməsinə dair ciddi şübhələr yaarnır.

Ancaq nə işdirsə, nə hüquq-mühafizə və prokuroprluq orqanları, nə də bu sahəyə nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, böyük ehtimalla, arxasında iri məmurların dayandığı belə şirkətləri ifşa etməsinə, nöqsan və saxtakarlıqları üzə çıxarmasına dair rəsmi məlumatlara rast gəlinmir...
//azpolitika.info//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru