“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                     Kartı bloklanan vətəndaş nə etməlidir? .....                     Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə .....                     Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar .....                     NDU rektoru heyrətləndirir... .....                     Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                 

Həsrət Əmrahovun NAŞILARDAN İBARƏT KOMANDASI... - İşini bilənlər İŞDƏN QOVULUR...
Tarix: 9-12-2021, 09:48 | Çap et
Həsrət Əmrahovun NAŞILARDAN İBARƏT KOMANDASI...
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi paytaxt meriyasının rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. İstər keçmiş Sovet respublikaları və istərsə də digər xarici ölkələrdən müxtəlif əkin materialları (tinglər, ot toxumları, gül toxumları, güd ştilləri), müxtəlif avadanlıqlar və texnikalar almaq səlahiyyətinə malik olan Birlik özünün törəmə müəssisələrini yaratmaq, ya da ləğv etmək hüququna malikdir və aşağıdakı müəssisə və təşkilatları öz tərkibində birləşdirir: В«YaşıllıqtikintiВ» Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi; Bitkilərin Mühafizəsi Stansiyası; Ağac Bəzək Bitkiləri Sovxozu; Avtonəqliyyat idarəsi; Su quyularının İstismarı və Təmiri xidməti idarəsi.

“Dəryaz” qəzetində (Deryaz.az” saytı) Birliyin adları çəkilən təşkilatlar vasitəsilə Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi, toxumçuluğun inkişafı, güllüklərin salınması, habelə şəhər əhalisinin gül və gül məhsulları ilə təmin edilməsi, minimal xərclərlə əmək məhsuldarlığının artırılması, əsas fondların istifadə edilməsinin yaxşılaşdırılması, əmək, material və maliyyə vasitələrindən istifadəsini səmərəli təmin etmək vəzifələrinin öhdəsindən gəlməməsi, müxtəlif növ qanunsuzluqlara, o cümlədən korrupsiya hüquqpozmalarına rəvac verilməsi, maaş cədvəlində “ölü canlar”ın olması barədə xeyli tənqidi məqalələr dərc olunub. Hətta belə tənqidi məqalələrə görə “Dəryaz” qəzeti Birlik tərəfindən məhkəməyə də verilib. Hərçənd, aylar sürən məhkəmə çəkişmələrindən sonra bizim xeyrimizə bəraətverici qərar çıxarılıb.

Doğrudur, Bakı Şəhər İcra Hakimiyyəti son illərdə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərlərini bir neçə dəfə dəyişdirsə də, üslub dəyişməyib. Baş direktor vəzifəsinə kim gəlibsə, əvvəlki sələfinin atasına rəhmət oxutdurub. Keçən ildən bu vəzifəyə təuin olunan cənab Həsrət Əmrahov da özünə yeni komanda yaradıb, əsl mütəxəssisləri, işin biliciləri kənarlaşdıraraq sahədən başı çıxmayan qeyri-ixtisas sahiblərini cəlb edib. Birlikdə ikili mühasibatlıq, normadankənar işləyənlərin əmək haqqına əlavələrin verilməməsi kimi hallar qalmaqdadır. Bakı şəhərinin yaşıllıqlara xidmət göstərilməsi üçün dövlət büdcəsi layihəsinə təqdim olunan və icra prosesində Birlik tərəfindən qulluq edilən sahə göstəriciləri arasında əhəmiyyətli fərqlər var. Yaşıllıqlara qulluq xərcləri üzrə təqdim olunmuş proqnozlaşmada Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin tərkibində norma ilə nəzərdə tutulmayan xərclər nəzərdə tutularaq proqnozlaşdırılır. Birliyin təsdiq edilmiş ştat cədvəllərində yaşıllıq sahəsi işçilərinin əmək haqları qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun müəyyənləşdirilmir. Aqronom vəzifəsinə uyğun olmayan ixtisaslarda şəxslər işə qəbul edilir və onlara əmək haqqı ödənilir. Birlik tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməyərək, balansında olan yaşıllıq sahəsinin, habelə həmin sahədə ağac və kolların, çəmənlik və gül sahəsinin, çoxillik əkmələrin inventarizasiyası aparılmır, alınması rəsmiləşdirilmiş əkin materiallarının, o cümlədən ağac və kolların, hazır çimin, gül şitillərinin yaşıllıq sahələrində əkilməsi sahə üzrə (rayon üzrə) aktla sənədləşdirilsə də, ünvan və say barədə məlumatlar əks olunmur. Birlik tərəfindən Nizamnaməsinə uyğun təsərrüfat fəaliyyəti göstərməsi üçün əlavə gəlir mənbələri axtarılmır, fəaliyyətini yalnız dövlət büdcəsindən Bakı şəhərinin yaşıllıqlarına qulluq məqsədi ilə ayrılmış vəsait hesabına formalaşdırır.

Bu günlərdə vətəndaş Əliyev Mahmud Vəli oğlu “Dəryaz” qəzetinin redaksiyasına video-müraciət ünvanlayıb. Bildirir ki, Kənd Təsərrüfat İnstitutunun (indiki Aqrar Universitet-red.) məzunudur, uzun müddət – 25 il kənd təsərrüfatında iş stajı var. Halal zəhmət adamıdır, fəhləlikdən ta sovxoz direktoruna kimi vəzifələrdə işləyib. Təsərrüfat dağıldıqdan sonra Bakı şəhərinə gəlib və Bakı şəhər Yaşılllaşdırma Təsərrüfatı Birliyinə işə qəbul olunub. 2004-dən indiyə kimi aqronom, sahə rəisi kimi vəzifələrdə qüsursuz xidmət göstəriub. Keçən il Birliyin baş direktoru dəyişiləndən sonra yeni baş direktor Həsrət Əmrahov “sənin ixtisasın uyğun gəlmir” deyib, onu ixtisara salıb. Birliyin Kadrlar şöbəsində Mahmud Əliyevə təklif ediblər ki, öz istəyi ilə ərizə yazsın, o halda heç olmasa iki ay sonra fəhlə işinə keçirilə bilər, yoxsa tamamilə işsiz qalacaq. Naəlac qalan Mahmud Əliyev ərizə yazmalı olub. İki ay sonra gedib ona verilən vədi xatırladıb. İşə çıxandan sonra daha iki ay maaşını verməyiblər, nəhayət, fəhlə kimi işə götürüblər.

Mahmud Əliyev bildirir ki, onun ixtisası heç də deyildiyi kimi uyğunsuz deyil (Birliyin idarəetmə aparatında baş aqronom vəzifəsi vardır), Birliyin işçi heyətində beş nəfər ixtisaslı kadr vardısa, biri də odur. Əksinə, Həsrət Əmrahovun ixtisarlarından sonra işə qəbul etdiyi çoxsaylı işçilər arasında ixtisası vəzifəsinə uyğun gəlməyən sürücüdən, musiqiçidən belə adamlar var. Onu baş direktorun qəbuluna düşməyə, üzbəüz görüşməyə icazə vermirlər. Baş direktorla telefonla danışıb əvvəlki işinə bərpa olunmasını xahiş etsə də, eləcə də yazılı müraciət etsə də, onu gah kadrlar şöbəsinə, gah hüquqşünasın üstünə göndərib. Onlar da öz növbələrində “bizlik deyil” cavabını veriblər. Mahmud Əliyev həmçinin qeyd edir ki, müraciətində Birlik rəhbərliyinə 8 yaşlı uşaq atası olduğunu, həyat yoldaşının xəstəliyini, özününsə pensiyaya çıxmasına il yarım müddət qaldığını bildirsə də, maddi sıxıntılı vəziyyəti nəzərə alınmayıb. Haqqını, hüququnun bərpa edilməsini tələb etdiyi üçün Həsrət Əmrahov onunla intriqa aparır. Odur ki, redaksiyadan probleminin ictimailəşdirilməsini xahiş edib.

Redaksiya olaraq, məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə və digər əlaqədar strukturlara müraciət edəcəyik.

Deryaz.az













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru