AFN-in redaksiyasına Şuşa sakinləri tərəfindən müraciət daxil olub. 40 nəfər şuşalının imzası ilə hazırlanan müraciətdə şəhərin deputatı Elman Məmmədovun adının yenidən YAP siyahısında yer almasına etiraz edilir.
Bildirilir ki, 20 ildir adıçəkilən deputat bu müddət ərzində onlarla maraqlanmayıb: "Elman Məmmədov Prezidentimizə, dövlətimizə kömək etməkdənsə onların xalq arasında nüfuzunun salınmasına xidmət edib. Odur ki, biz onu qətiyyən istəmirik".