Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                 

İcra başçılarını Zeynəb Xanlarovanın qudasının aqibəti gözləyir - İDDİA
Tarix: 11-01-2020, 13:26 | Çap et
İcra başçılarını Zeynəb Xanlarovanın qudasının aqibəti gözləyir
Son vaxtlar Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan əsas mövzulardan biri də yerli icra hakimiyyətləri başçılarının fəaliyyətidir; xüsusilə Goranboy və Yevlax rayonlarının keçmiş icra başçılarından birinin iş başında, digərinin isə vəzifəsindən azad edildikdən cəmi bir neçə həftə sonra korrupsiya və rüşvətxorluqla bağlı həbsi mövzunun aktuallığını daha da artırıb.

“Unikal” qəzeti yazır ki, Azərbaycanda rayon rəhbərləri əhalinin ən çox narazı olduğu post sahiblərinin başında gəlir, onlar vətəndaşların şikayətlərini dinləyib problemlərini həll etmək əvəzinə əsasən sakinlərdə giley-güzarın ön plana çıxmasını şərtləndirirlər. Bu da ölkədə geniş vüsət alan kadr və struktur islahatları fonunda qarşıya qoyulan strateji hədəflərə daha tez və effektiv çatmaq baxımından arzuedilən sayıla bilməz. Odur ki, cəmiyyətin gözləntisi icra başçılarının fəaliyyətində də ciddi müsbət dəyişikliklərin müşahidə edilməsi yönündədir.

Hesab edilir ki, Goranboyla Yevlaxın eks-icra başçılarının – Nizaməddin Quliyev və Qoca Səmədovun həbsi bu yöndə hakimiyyətin digər rayon rəhbərlərinə ciddi siqnalıdır. Onlar vəzifələrinin büdcə talançılığına yol vermək, rüşvət almaq, vəzifə səlahiyyətlərindən istifadə edərək müxtəlif özbaşınalıqlara qol qoymaq, məsələn, sahibkarları incitmək, vətəndaşları məmur qapılarında süründürmək nəhayət ki, başa düşməlidirlər.Eyni zamanda bu da deyilir ki, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri də rayon icra hakimiyyətlərinin rəhbərləri üçün önəmli test kimi qiymətləndirilir. Ötən illərdə keçirilən seçkilərin təcrübəsindən məlumdur ki, bir sıra hallarda icra başçıları seçkinin nəticələrinə birbaşa təsir etmək üçün qanunsuz təşəbbüslər göstərirlər. Belədə isə həmin nəticələr gərəksiz yerə istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda gərəksiz polemika mövzusuna çevrilir, seçkilərin demokratikliyini və ədalətliliyini şübhə altına almaq istəyənlərin əlinə bəhanə verir.
İcra başçılarının bu özfəaliyyəti adətən, seçkilərin predmetindən (parlament və ya bələdiyyə) asılı olmayaraq, müxtəlif maraqlara xidmət edir. Yenə ötən illərin təcrübəsi göstərir ki, bir sıra hallarda icra başçıları onlara "görüm-baxım" edən, yaxud özlərinə yaxın şəxsləri yerli özünüidarəetmə orqanlarına yerləşdirmək üçün seçki prosesinə qanundankənar müdaxilələrdə maraqlı olurlar.

Və ya: hər hansı dairədən hakimiyyətin namizədinin qələbəsi şübhə doğurmadığı təqdirdə belə seçkinin nəticələrinə təsir etmək üçün irəli atılır, bununla da rəqiblər üçün həmin nəticələrə şübhə ilə yanaşmaqdan ötrü istər-istəməz zəmin hazırlamış olurlar. Məqsədləri də aydındır: millət vəkili seçiləcək iqtidar namizədinin bəri başdan xoşuna gəlmək məqsədilə canfəşanlıq göstərmək! Ya da elə bir mənzərə yaratmağa çalışmaq ki, guya onun rəhbərlik etdiyi rayonda hakimiyyətin namizədinin xeyrinə daha çox səs toplanır, bunun da səbəbi odur ki, camaat həmin rayonun rəhbərliyinin fəaliyyətindən çox razıdır. Sonucda isə yuxarıda da vurğuladığımız kimi, keçirilən seçkilərin nəticələri gərəksiz polemika, lazımsız mübahisə və müzakirə mövzusuna çevrilir.

Kiçik bir xatırlatma: uzaq 1999-cu ildə keçirilən bələdiyyə seçkilərindən qısa müddət sonra Yasamal rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Arif Ağayev vəzifəsindən azad edilmişdi. 1993-cü ilin avqustunda həmin posta təyinat alan Ağayevin "vurulmasında" həlledici səbəb məhz onun bələdiyyə seçkilərinə aşkar müdaxiləsi idi. Onun bu qanunsuz müdaxilələrinin miqyası o qədər böyük idi ki, hətta sabiq rayon rəhbərinin həbsi məsələsi belə gündəmə gəlmişdi. Lakin Ağayev bu ciddi başağrısından ucuz qurtula – yalnız icra başçısı postunu itirməklə canını qurtara bilmişdi. Əlbəttə ki, tanınmış müğənni və deputat Zeynəb Xanlarovanın sayəsində! Belə ki, Xanlarovanın qudası olması Ağayevə düşdüyü ağır vəziyyətdən minimum itki ilə çıxmağa imkan verdi.

Bunu təsadüfi olaraq xatırlatmırıq. Məsələ burasındadır ki, qarşıdan gələn növbədənkənar parlament seçkiləri icra başçıları üçün də bir sınaq olacaq. Yəni bu prosesə öz səlahiyyətlərindən kənar şəkildə, qeyri-qanuni olaraq müdaxilə edən və ya etməyə çalışan icra başçılarını korrupsiya və rüşvətxorluğa görə qandallanan rayon rəhbərlərinin aqibəti gözləyə bilər. Ən azından həmin icra başçılarının öz postlarını itirmək təhlükəsi ilə qarşı-qarşıya qala biləcəyi şübhə doğurmur. Elə bu baxımdan da növbədənkənar parlament seçkisinin kifayət qədər maraqlı bir prosesə çevrilməsi və seçki bitəndən sonra da eyni dərəcədə maraqlı sürprizlərə yol açması gözləniləndir. Odur ki, rayon rəhbərlərinin qarşıdakı dövrdə öz addımlarını atarkən "yüz ölçüb bir biçməyə" ciddi ehtiyacları var. Əks halda sonra çox gec ola bilər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru