Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                 

Ziya Məmmədovun “keçid biznesi” fırıldağı - İTTİHAM
Tarix: 27-12-2018, 08:44 | Çap et
Ziya Məmmədovun “keçid biznesi” fırıldağı
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun və onun oğlu Anar Məmmədovun dövlətdən oğurladıqları milyonlar hesabına qurduqları biznes strukturlarında zaman-zaman sahibkarların, ticarətçilərin başına müsibətlər gətirilib. Ziya Məmmədov nazir olarkən həm nəqliyyat sahəsində, həm də özlərinə məxsus biznes şəbəkəsində “qoçuluq” prinsipini prioritet seçdikləri də sirr deyil.

Bu günlərdə əməkdaşımıza bir neçə sahibkarın verdiyi məlumatdan aydın olur ki, adları yalnız korrupsiyada, digər neqativ proseslərdə çəkilən Ziya və Anar Məmmədovlar bir müddətlik taym-autdan sonra yenidən ənənəvi prinsipləri ilə hərəkətə keçiblər. İş adamları qeyd edir ki, Məmmədovlar saxta olduğu şübhə doğurmayan sənədlər ortaya çıxarmaqla, özbaşınalıqlar etməklə metronun “28 May” stansiyasının qarşısındakı yeraltı keçiddəki ticarət mərkəzindəki icarədar olan bir neçə sahibkarın obyektini mənimsəməyə çalışırlar.

Sahibkarlar söyləyir ki, Ziya Məmmədov nəqliyyat naziri olarkən vəzifəsindən sui-istifadə etməklə, metronun 28 may stansiyasının qarşısındakı dövlət vəsaiti ilə inşa olunan keçidi ticarət mərkəzi edərək, öz mülkiyyətinə çevirib. Faktiki olaraq həmin keçiddəki ticarət mərkəzi bu gün də Ziya Məmmədovun sərəncamındadır.

Vaxtilə keçidi ələ keçirdikdən sonra Məmmədovlar orada obyektləri icarəyə vermək üçün sahibkarlardan mülk ölçüsünə görə 30-200 min manat civarında “şirinlik” də alıblar. Sahibkarlar bildirir ki, bunun müqabilində onlarla müddətsiz müqavilə bağlanıb: “Hazırda keçid ”Royal İstate" şirkətinin balansındadır və bu şirkətin də icraçı direktoru Ziya Məmmədovun bacısının kürəkəni Anar Novruzovdur. Vaxtilə “Royal İstate” Anar Məmmədova məxsus “Qarant Holdinq”in balansında yaradılmışdı. Hazırda Məmmədovlar saxta sənədlərlə keçiddəki arxasız hesab etdikləri, əzə biləcəklərini düşündükləri bir neçə obyekt icarədarı ilə müqaviləni qanunsuz olaraq pozmaqla, obyektləri mənimsəmək istəyirlər. Belə ki, icarədarlardakı müqavilədə icarə müddəti “müddətsiz” göstərilsə də, indi Anar Novruzov bizə saxta və qanunsuz olduğu şübhə doğurmayan sənəd göstərir və orada icarə müddətinin 2018-ci ilin dekabrında tamamlandığı əksini tapır".

Sahibkarlar qeyd edir ki, onlar belə bir müqaviləyə imza atmayıblar: “Bizim əlimizdəki müddətsiz müqavilədir və oradakı imzamızla Anar Novruzovun ortaya çıxardığı sənəddəki imzalar fərqlidir, yəni saxtadır. Məqsəd bizim faktiki və qanuni sənədlərlə sərəncamımızda olan obyektimizi mənimsəməkdir. Anar Novruzov iddia edir ki, guya keçiddəki ticarət mərkəzini özəlləşdiriblər. Amma ora strateji yerdir, Bakının yeraltı sığınacağı kimi nəzərdə tutulub və qətiyyən özəlləşdirilə bilməz”.

Sahibkarlar bildirirlər ki, icarə müqaviləsində nəzərdə tutulan öhdəlikləri onlar yerinə yetirsələr də, Anar Novruzovun icraçı direktoru olduğu, faktiki Ziya Məmmədovun olan ticarət mərkəzi həm dövlət qurumlarını, həm də sahibkarları aldadır, “qoçuluq” edir: “Belə ki, bizim ödədiyimiz icarə haqqını onlar dövlətə təqdim etdikləri sənədlərdə azaldır və bununla vergidən külli miqdarda yayınmalar edirlər. Vaxtilə bu obyektləri icarəyə götürəndə 100-150 min manat ”şirinlikləri" şirkətin təmsilçisinə vermişik. İndi deyirik ki, əgər obyekti bizə icarəyə verməkdən imtina edirsinizsə, verdiyimiz 100-150 min manatı geri qaytarın, ondan da imtina edirlər. Məqsədləri odur ki, bu obyektləri yenidən 200-300 min manat alıb, icarəyə versinlər, icarə haqlarını da bahalaşdırsınlar".

Sahibkarlar deyir ki, Bakıdakı digər yeraltı keçidlər də Ziya Məmmədovun oğlu Anar Məmmədovun monopoliyasındadır: “”Beşmərtəbə"dəki - “Azdrama”nın qarşısındakı keçiddə olan obyektlər də Anar Məmmədova məxsusdur. Azərbaycan hakimiyyətinə, dövlətinə zərbə vuran Anar Məmmədov hazırda qaçıb xaricə getsə də, bütün obyektlərdən yığılan pullar indi də ona göndərilir".

İnternet resurslarında qısa bir incələmə aparanda məlum oldu ki, “Royal İstate” şirkətinin adı böyük maxinasiyalarda da hallanır. Belə ki, “Royal İstate”nin Virciniya adasında “Montgomery İndustreis” LTD şirkətinin törəməsi adı ilə ofşor qeydiyyatı haqda ötənlərdə xeyli yazılıb.

Ən mühüm məqam isə odur ki, hələ də Ziya Məmmədovun nəzarətində olan “28 May” metro stansiyası ətrafındakı keçid məhz dövləti vəsaiti ilə tikilib və bu gün həmin yeri Məmmədovlar öz dədə mülkləri kimi istifadə edirlər.

Sahibkarların sözlərinə görə, Məmmədovların, faktiki olaraq onların təmsilçisi Anar Novruzovun bir fırıldağı da ondan ibarətdir ki, icarədarlarla müqavilə blankında şirkətin adı “Royal İstate” kimi göstərilir. İndi isə icarədarlara göstərilən saxta müqavilələrdə şirkətin adı “Royal Estate” qeyd olunur. Belə başa düşülür ki, Ziya Məmmədov dolandırıcılıq, diqqətdən yayınmaq məqsədilə şirkətin adına da “bir balaca” əl gəzdirib.

Sahibkarların sözlərinə görə, dövləti milyardlarla manat ziyana salan, ölkə boyunca yol çəkilişləri zamanı ayrılan vəsaitlərin azı 50 faizini mənimsəyən və buna görə məsuliyyətə cəlb edilməli olan Ziya Məmmədov və qohumları faktiki olaraq yenidən “dirilərək” “at oynadırlar”: “”Royal Estate" şirkətinin icraçı direktoru onun bacısının kürəkəni Anar Novruzovdur. Şirkəti qeyri-rəsmi o və Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə idarə edir. Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov isə burada qeyri-rəsmi baş maliyyəçidir. Bu, həmin Davud Əfəndizadədir ki, Ziya Məmmədov nəqliyyat naziri olarkən Bakı Sərnişindaşıma Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tuturdu. Bakıda keçirilən Avropa Oyunları zamanı 3 əcnəbi vətəndaşın avtobusun altına qalması da yaddaşlardadır. Həmin avtobus şirkətini Davud Əfəndizadə himayə edirdi və bu hadisə birbaşa təxribat idi. Dövlətə bu qədər ziyan vuran adamlar yenə də meydan sulayırlar. Biz onların əməlləri ilə bağlı dövlət başçısına, hüquq-mühafizə orqanlarına müraciət edib, bu qanunsuzluqların araşdırılması, Məmmədovların növbəti özbaşınalıqlarına son qoyulması üçün yardım istəyəcəyik".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru