“PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                 

Ziya Məmmədovun qohumu NARAZILIQ YARADIR - İTTİHAM
Tarix: 19-12-2018, 09:11 | Çap et
Ziya Məmmədovun qohumu NARAZILIQ YARADIR
Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə yerləşən 80 mağazanın icarədarları vaxtilə nəqliyyat naziri olmuş Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus “Real Estate” şirkəti ilə bağladıqları müqavilə əsasında fəaliyyət göstərirdilər. Sonradan Ziya Məmmədovun çox yaxın qohumu Anar Novruzov icraçı dikretor vəzifəsinə gətirildi. Elə onun burada peyda olduğu gündən etibarən icarədarların qara günləri də başladı. Belə ki, heç bir səbəb olmadan Anar Novruzov daima icarə qiymətlərini artırmaq siyasətini yürüdür və beləcə, süni şəkildə bahalaşma müşahidə olunur. Bakıda, şəhərin tən mərkəzində ən ucuz qiymətlərə mallar Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddəki mağazalarda satılır. Əldə etdiyimiz məlumatlara görə, Anar Novruzov 2019-cu ildə aylıq icarə haqlarını 4 min manata qaldırmaq istəyir.

Peşəkar hüquqşünaslar qanunsuzluqlara göz yummayacaqlar

Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə 80 mağazanı işlədən kiçik sahibkarlar Respublika Vəkillər Kollegiyasının üzvü olan vəkillərə müraciət ediblər. Vəkillər isə yaranmış durumla və qanunsuzluqlarla bağlı müvafiq sənədləri hazırlamağa başlayıblar. “Google” sosial araşdırmalarından da bəlli olub ki, “Royal Estate” şirkəti İngiltərənin Virginia adasında “Montgomery İndustreis” LTD şirkətinin törəməsi olaraq “ofşor” bölgə qeydiyyatına malikdir. Ona görə də “Royal-Estate” bir şirkət olaraq, Azərbaycanda strateji əhəmiyyət daşıyan obyektlərin özəlləşdirilməsində iştirak edə bilməz. Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeraltı keçidlər və körpülər özəlləşdirilə bilməz. “Royal-Estate” şirkəti isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “seriya PX” və “в„–0041927” saylı çıxarış əldə edib. Bunun mənası Cəfər Cabbarlı Meydanındakı yeraltı keçidin özəlləşdirilməsi deməkdir.

22 sentyabr 2012-ci ildə Ziya Məmmədovun “at oynatdığı” bir dönəmdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisi Ş. Şahvələdov və qeydiyyat icraçısı F. Babayevin imzaladığı sənədə əsasən yeraltı keçiddəki 3 min 445.4 kvadrat metr ərazi qanunsuz olaraq özəlləşdirilib. Peşəkar hüquqşünaslar bu sənədlə tanış olduqdan sonra belə bir ümumi rəyə gəliblər ki, yeraltı keçidin özəlləşdirilməsi tamamilə qanunsuzdur. Vaxtilə bu keçid təbii fəlakət və terror olayları zamanı vətəndaşlar üçün sığınacaq məkanı kimi inşa edilib. Ona görə də belə məkanlar dövlət üçün daim strateji məkan kimi qalmalıdır.

2009-cu il aprel ayının 30-da Cəfər Cabbarlı Meydanının düz yaxınlığındakı Dövlət Neft Akademiyasında baş verən terror olayı zamanı bu məkandan minlərlə vətəndaş sığınacaq kimi istifadə etmişdi.
Bəzi hüquqşünasların və hüquq müdafiəçilərinin fikrincə, Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə icarə əsasında fəaliyyət göstərən mağazalarda “Royal Estate” şirkətinin icra haqlarını qaldırması təəccüb doğuran amillərdən biridir. Axı ölkədə hansısa iqtisadi və ya maliyyə böhranı yoxdur. Belə süni bahalaşmaların yaradılması ölkə prezidentinə və işadamlarına qarşı sabotajdır. Sahibkarları və əhalini prezidentə qarşı qaldırmaqla Ziya Məmmədovun və onun biznes sektorundakı çetesinin qisasçılıq hissləri yenidən alovlanıb. Ölkənin vaxtilə baş oliqarxlarından olan Ziya Məmmədov sonda biabırcasına tutuğu vəzifəsindən uzaqlaşdırılıb. Ancaq hikkəsindən əl çəkənə oxşamır.

300 min manata “Gelandewagen” alan Anar Novruzov

Sabiq nazirin adamları ölkə KİV-lərini və eləcə də rəsmi hakimiyyəti aldadaraq son vaxtlar belə bir informasiya dövriyyəyə buraxıblar ki, guya “Ziya Məmmədova məxsus biznes şəbəkəsi tamamilə onun nəzarətindən çıxıb. Bu sektorda əl dəyişməklə daha iriçəkili oliqarx tərəfindən həmin biznes şəbəkəsi idarə olunur”. Halbuki, bu yalanlarla kölgəyə çəkilərək daha iri miqyasda gəlir əldə etmək üçün gecə-gündüz baş sındırırlar.
“Royal Estate” şirkətinin icraçı direktoru Anar Novruzovun əməlləri də sübut edir ki, Ziya Məmmədov və onun çetesi nə kimi işlərlə məşğuldurlar.

Son günlər Anar Novruzovun 300 min manat dəyərində aldığı yeni “Gelandewagen” vaxtilə dövlət əmlakını dolayı yolla ələ keçirmiş Ziya Məmmədovun biznes imperiyasında icarəyə verilən obyektlərdən bazar qiymətlərindən dəfələrlə artıq toplanılan vəsaitin sayəsində əldə olunub. Bunu Anar Novruzovu yaxından tanıyanlar da etiraf edirlər. Bununla kifayətlənməyən Anar Novruzov Daxili İşlər Nazirliyinin “Xüsusi Dövlət Obyektlərinin Mühafizəsi İdarəsi”nin xidmətindən də yararlanır. Ona görə ki, A. Novruzovun nəzarətindəki ticarət obyektlərini məhz bu idarə qoruyur. Halbuki, mülki sahə sayılan ticarət obyektləri özəl mühafizə şirkətlərinin xidmətindən faydalansa, bu daha ucuz və yararlı qiymətə başa gələr.
Bütün bunlar azmış kimi, Anar Novruzov Ziya Məmmədovun oliqarxiyanın zirvəsində olduğu dönəmlərdəki kimi xüsusi kortejlə gəzir. Bu əməlini xüsusi əda ilə nümayiş etdirməkdən zövq alırmış kimi davranmağı da unutmur.

İngiltərədəki ofşor şirkətin qaranlıq tərəfi

“Royal Estate” şirkəti İngiltərədə “Montgomery İndustreis” LTD şirkətinin törəməsi olaraq qeydiyyatdan keçib. Adətən ofşor bölgələrdə qeydiyyatdan keçmiş şirkətlərə biznes sahəsində işadamları ciddi yanaşmırlar. Ona görə ki, ofşor şirkətlərin əsas gəlir mənbəyi “çirkli pulların yuyulması”, “vergi qaçaqçılığı”, “qara bazarda qanunla yasaq hesab olan biznes” sayılır. Biz “Royal Estate”nin nə kimi işləklərinin olduğunun fərqində deyilik. Tək onu bilirik ki, Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə inhisara aldığı mağazalar şəbəkəsində kiçik sahibkarlara od vurmaqla məşğuldur. Dövlət büdcəsi hesabına təmir olunan 80 mağaza şəbəkəsini öz halal malı kimi ələ keçirməklə ilk zamanlar 800-1000 manat arasında icarədarlardan vergi tuturdu. Daha sonrakı illərdə rəsmi qaydada ayda 1000, qeyri-rəsmi əlavə olaraq 1500 manat vergi tutmağa başladı. Əgər əvvəllər icarə haqqında kommunal xərclər də daxil idisə, indi icarə haqqından əlavə, icarəçilər əlavə vergilər də ödəmək zorunda qalıblar.

Bütün bu müsibətlərə canlarını dişlərinə sıxaraq birtəhər dözən kiçik sahibkarları 2019-cu ildə daha acı aqibət onları gözləyir. Ona görə ki, Anar Novruzov bütün müqəddəs qanunlara tüpürərək, Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə icarədarlardan ayda 4 min manat vergi almaq qərarına gəlib.

Şirkətin qaranlıq işlərindən biri də burada alınan vergilər haqqında icarədarlara heç bir hüquqi sənədin verilməməsidir. Görəsən, maliyyə fırıldaqlarına qarşı mübarizə aparan Dövlət Audit Palatası, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və digər müvafiq dövlət strukturlarının Anar Novruzovun əməllərindən xəbərləri varmı? Respublika Prokurorluğunun əmlakla bağlı strateji obyektlərin qanunsuz özəlləşdirilməsi proseslərini nədən araşdırmır?
Buradakı hər bir mağazanın orta hesabla ümumi sahəsi 36 kv.m-dir. Bundan əlavə, bu obyektdə işçilər üçün xüsusi təmir olunmuş yeməkxana ləğv edilərək, onun yerində 4 mağaza açılıb. Yerin altında, bir qədər də havasızlıq şəraitində icarədarlardan ayda bu qədər vergi yığılması feodalcasına rəzalətin pik nöqtəsi hesab olunur.

Qorxulu “qorxu” siyasəti

“Royal Estate” şirkətinin icraçı direktoru Anar Novruzov Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə icrarə əsasında mağazaları işlədən kiçik sahibkarları daim qorxu altında saxlamaqdan da çəkinmir. Burada illərlə işləyən işadamları ilə qısa müddətli icarə anlaşması imzalamaq taktikası ilə hərəkət edərək, onun sözündən çıxana şəqsə qarşı dərhal müqaviləni ləğv etmək siyasətini yürüdür. Burada çalışanların hər biri çox yaxşı dərk edir ki, Anar Novruzov üçün həyatda puldan savayı müqəddəs heç nə yoxdur. Ona görə də işadamları, yəni kiçik sahibkarlar onun nazı ilə oynamaq zorunda qalıblar. Mağazanı işlədən hər bir icarədar iş rejimindən sonra müəyyən təmir işi görmək, ya da mallarını çeşniləmək istədiyində Anar Novruzov dərhal obyektin açıq olmasına görə hər gün üçün icarədarlardan 300 manat əlavə ödəniş tələb edir.
Hər hansı bir icarədarla sözü çəp gəldiyində dərhal müqaviləni pozmaqla yanaşı, yeni icarədarla müqavilə imzalanmamışdan öncə, “təmirli mağaza” adı ilə onlardan 30-50 min manat arası əlavə ödəniş alınır. Halbuki, bu mağazaların hamısı dövlət büdcəsi hesabına təmir olunub və abadlaşdırılıb. 30-50 minlik ödənişi (rüşvət) alandan sonra aylıq icarə haqları alınır. Faktiki olaraq, burada çalışan kiçik sahibkarların hamısı ayrı-ayrı bankalara hələ də faiz ödəyirlər. Ona görə ki, mağazanı icarəyə götürəndə əlavə 30-50 min manat ödənişi vermək üçün bu addımı atmaq zorunda qalıblar.

İcarəçilər ölkə prezidentinə müraciət etməyə hazırlaşırlar

Anar Novruzovun qanunsuz əməlləri və qeyri-insani davranışlarından usanan kiçik sahibkarlar bu barədə ölkə prezidenti İlham Əliyevə müraciət üçün müvafiq sənədləri hazırlayıblar. Bu məsələdə peşəkar hüquqşünaslar da onlara yardımçı olurlar. Cəfər Cabbarlı Meydanındakı yeraltı keçiddə yaşanılan rəzalətin aradan qaldırılmasına çalışılır. Ona görə ki, növbəti icarədarlar onlardan əvvəlki kiçik sahibkarlalrın aqibətini yaşamasınlar.
Həyatda zülm edənə heç bir zaman yaxşı münasibət olmayıb. Elə götürək keçmiş baş oliqarxlardan biri, keçmiş nəqliyyat naziri Ziya Məmmədovu. Vaxtilə çox yaxşı tanıdğı vağzal oğrularını “nəqliyyat müfəttişi” statusu ilə hərəkətə gətirərək taksi sürücülərinin, yük daşıyanların başına minbir rəzalət çamurunu yağdırırdı. Gözləri puldan qoymayan Ziya Məmmədov özü kimilərini ona məxsus biznes şəbəkəsində çeteləşdirərək istədiyi kimi at çapırdı. Sonunda prezident də onun yaramaz əməllərindən boğaza yığılaraq tutduğu vəzifəsindən qovdu. İndi ara bir qədər sakitləşdiyi üçün, yenidən onun çetesi açıq şəkildə iqtisadi sabotajlara keçib. Biz sadəcə olaraq, həmin çetenin ən başında oturanlardan birini, “Royal Estate” şirkətinin icraçı direktoru olan Anar Novruzuovun qanunsuz əməllərini, qaranlıq işlərini gündəmə gətirdik. Yerdə qalanı isə, dövlət strukturlarının buna reaksiya verməsinə bağlıdır.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru