“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                 

Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ - GİLEY
Tarix: 23-10-2018, 09:23 | Çap et
Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ
Bu ildən etibarən bir neçə rayonun orta məktəblərində siniflərin komplektləşdirilməsinə start verilib. Şagird sayı yetərli olmayan siniflərin birləşdirilməsini nəzərdə tutan komplektləşdirmə Tovuz rayonunda da həyata keçirilib. Təhsil Nazirliyinin təlimatına uyğun olaraq Hümbət Vəliyev adına Əlibəyli kənd tam orta məktəbinin şagird sayı az olan I və III sinifləri birləşdirilərək bir sinif yaradılıb. Bu isə düşmənlə təmas xəttinə yaxın yerləşən Əlibəyli kənd sakinlərinin narazılığına səbəb olub.

Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ
Düşmən səngərinin bir addımlığında yerləşən Əlibəylidə orta məktəbi


Valideynlər Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətdə komplektləşdirilmə nəticəsində övladlarının tədrisdən geri qaldığını, dərs mənimsəmənin aşağı səviyyədə olduğunu bildiriblər. Onlar komplektləşdirmənin düşmən səngərinin bir addımlığında yerləşən Əlibəylidə orta məktəbin bağlanmasıyla nəticələnəcəyini düşünürlər. Çünki artıq bir neçə valideyn övladını sözügedən məktəbdən çıxararaq, qonşu kənd, yaxud rayon mərkəzinə göndərib.

Kənd sakinlərinin qənaətinə görə, düşmənə sipər olan Əlibəylidə bir sinfin bağlanması bir kəndin boşaldılması deməkdir.

Valideyn Elxan Ələsgərov müxtəlif yaş, dünya görüşü və bilik səviyyəsinə malik şagirdlərə bir sinifdə dərs keçirilməsini uşaqların gələcəyinin məhv edilməsi kimi dəyərləndirir: "Bu il birinci sinfə gələn uşaqlar heç bağçaya getməyiblər. Hərəsi bir ailədən gəlib, dərsdə özlərini aparmağı, partada oturmağı belə, bilmirlər. Eyniyaşlı paralel siniflərin birləşdirilməsi başa düşüləndi, amma belə fərqli yaşda şagirdlərin bir yerdə təhsil alması uşaqlarımızın gələcəyinin məhvinə aparacaq" — deyə kənd sakini problemi izah edir.

Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ
Əlibəylidə orta məktəbində dərs prosesi


Digər valideyn Minayə Həsənova da bu cür təhsildən razı qalmadıqlarını və övladlarını çıxarıb rayon mərkəzində məktəblərdən birinə göndərmək fikrində olduqlarını bildirib: "Müəllimə deyirlər ki, hər sinfə 22 dəqiqə vaxt ayırsın. Bu uşaq 22 dəqiqəyə nə öyrənməlidir? Müəllim dərs keçsin, tapşırığı soruşsun, yazı yazdırsın, hansına çatdırsın? 1-cilərlə məşğul olanda 3-cülər mane olur, 3-cülərlə məşğul olanda 1-cilər. Bu uşaqların valideynləri döyüşlərin ən qızğın vaxtında belə, məktəbə həvəslə gedirdilər, amma indi dinc vaxtda uşağı məktəbə göndərə bilmirik".

Sədaqət Məmmədova isə Əlibəyli kimi düşmən mövqeyində yerləşən bir kəndin sakinlərinə güzəştlər edilməsi əvəzinə, kəndə problemlər yaradıldığını bildirib: "Müharibənin ən qızğın vaxtında belə, bu məktəb dayanmayıb, camaat evlərini tərk etməyib. İş-güc olmadığından, əkin sahələrinin erməni postlarının nəzarətində olduğundan gənc ailələrin çoxu dolanışıq dərdindən çıxıblar kənddən. O səbəbdən ibtidai siniflərə gələn uşaqların sayı da azalıb".

"Kənddə qalanlar belə şeylərə görə məcbur olub tərk edəcək kəndi. Uşaqlara yaxşı təhsil verə bilmək üçün məcburuq ki, aparıb başqa yerlərdə oxudaq" — deyən S.Məmmədova Əlibəylidən çox savadlı adamlar çıxdığını, bu uşaqlarınsa belə təhsillə onların davamçısı ola bilməyəcəyini söyləyib.

Sakinlər onu da qeyd ediblər ki, məsələylə bağlı yerli orqanlara müraciət ediblər. Lakin onlara yerli aidiyyatı qurumların bu işdə heç bir səlahiyyəti olmadığı, qərarın Təhsil Nazirliyi tərəfindən verildiyi bildirilib. O da deyilib ki, vəziyyətdən narazı valideynlər övladlarını istədikləri məktəbdə oxutmaqda sərbəstdirlər.

Tovuzda düşmənlə üz-üzə dayanan kəndin TƏHSİL DƏRDİ
Bir neçə dəfə mərmi düşdüyündən qəzalı vəziyyətdə olan məktəbdə dərslər öz qaydasında davam edir


Üç tərəfdən düşmən postlarının nəzarətində olduğundan istinad divarlarının əhatəsində yerləşən, bir neçə dəfə mərmi düşdüyündən qəzalı vəziyyətdə olan məktəbdə isə dərslər öz qaydasında davam edir. Birləşdirilmiş sinfin müəllimi Gülçöhrə Tağıyeva ildən-ilə məktəbdə şagirdlərin azaldığından gileylənib.

O bildirib ki, bu cür şərait məktəbin gələcəkdə şagirdsizləşməsinə səbəb olacaq: "40 ildir bu məktəbdə sinif müəllimi işləyirəm. İlk sinfimdə 33 şagirdə dərs keçmişəm. Amma bu gün 6 nəfər 3-cü, 8 nəfər isə 1-ci sinfə gəlir. 1-cilərdən birini valideyn artıq çıxarıb başqa məktəbə aparıb. Bu vəziyyət müəllim üçün də çətindir. Hazırda 1-cilərə əlifba keçirəm, 3-cülərsə vurma cədvəli öyrənməlidir. Məndə bu kəndin sakini kimi, bir müəllim kimi cəbhə bölgəsində mövcud problemləri nəzərə alıb, cəbhə kəndlərinə müəyyən güzəştlər olunmasını istərdim".

Məktəb haqda məlumat verən direktor Rasim Əliyev məktəbdə 27 müəllim işlədiyini, 108 şagirdin təhsil aldığını bildirib. Qeyd edib ki, siniflərin komplektləşdirilməsinə Təhsil Nazirliyinin təlimatı ilə bu ildən başlanılıb: "Komplektləşdirilmiş siniflərlərin yaradılması sovetlər dövrünün praktikasında da mövcud olub. Müstəqilliyimiz dövründə də bu barədə qərarlar qəbul olunub. Yəni burda qeyri-qanuni bir şey yoxdur. Sadəcə valideynlər və müəllimlər sərhəd bölgəsində yerləşən bu məktəbin gələcəyi üçün güzəştlər edilməsini istəyirlər".

Məktəb direktoru rəhbəri olduğu məktəbdə siniflərin birləşdirilməsinin tədrisə təsir etməməsi üçün əllərindən gələni etdiklərini vurğulayıb. Dərslərin nəzarətə götürüldüyünü, dinləmələr aparıldığını, keyfiyyətinin düşməməsinə çalışdıqlarını bildirib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan əlaqədar təşkilatlara da sorğu ilə müraciət edib. Sputnik Azərbaycanın sorğusuna Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova cavab verib. Onun sözlərinə görə, Tovuz Rayon H. Vəliyev adına Əlibəyli kənd tam orta məktəbində sinif birləşməsi ilə əlaqədar müvafiq araşdırma aparılıb: "Müəyyən edilib ki, 2018-2019-cu tədris ilinin sinif şəbəkəsi formalaşdırılan zaman məktəbin ibtidai sinifləri üzrə 1-ci sinifdə 8 şagird, ikinci sinifdə 16, 3-cü sinifdə 6 şagird, 4-cü sinifdə 16 şagird olub. 1-ci və 3-cü siniflərdə şagird sayı cəmi 14 olub, Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən sinifdə şagird sayı 20-dən az olduğu nəzərə alınaraq 1-ci və 3-cü siniflər birləşdirilərək müvafiq sinif komplekti yaradılıb. Əlavə olaraq qeyd edirik ki, qeyd olunan sinifdə tədris mövcud təlimati qaydalara uyğun şəkildə icra edilir”.













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru