Qubadlının icra başçısı ittiham hədəfidir... - Vəzifəsini itirə bilər
Tarix: 16-07-2018, 11:01 |
Çap et
DİA.AZ: - Torpaqları işğal altında olan Qubadlı rayonunun icra başçısı Malik İsaqov vəzifəsindən alına bilər. Bu barədə DİA.AZ-a yerli mənbələr informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, Malik İsaqovun ayağında maliyyə kəsiri var. Mənbənin dia-az.site-a söylədikləri: "Qubadlı RİH üçün ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi qanun pozuntularına yol verilib. Bunu dəfələrlə Maliyyə Nazirliyinin və Hesablama Palatasının ekspertləri də təsdiqləyib. Amma nədənsə bu barədə verilən rəsmi məlumatlar barəsində bu günə qədər hansısa hüquqi addım atılmayıb".
Mənbə dia-az.site-a açıqlamasında iddia edir ki, amma son günlər İsaqov ciddi narahatdır: "Elə söhbət gəzir ki, başçını dəyişəcəklər. Həm də başçıdan "yuxarılar" mənimsənilən pulların hesabını da soruşur. Buna görə də rayon maliyyə idarəsinin müdiri də narahatdır".
Onu da qeyd edək ki, yaxın günlərdə bir neçə rayon rəhbərinin vəzifədən alınması gözlənilir. Onların sırasında Malik İsaqovun da adına rast gəlsək, təəccüblənməli deyilik.
Qarşı tərəfi də dinləməyə hazırıq...