Əyalətdən Bakıya başçı gətirilir... - Gözlənti
Tarix: 15-02-2019, 10:36 |
Çap et
DİA.AZ: - Bu günlərdə bir neçə rayonun icra hakimiyyəti başçısının tutuduqları vəzifələrindən alınacağı haqda informasiya yaymışdıq. DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, yaxın vaxtlarda daha 3 rayonun rəhbərinin dəyişdirilməsi gözlənilir.
Mənbə həmin rayonların adlarını DİA.AZ-a açıqlayıb. Onlar aşağıdakılardır:
1. Sabunçu rayonu;
2. Daşkəsən rayonu;
3. Pirallahı rayonu.
Mənbə dia-az.life-a açıqlamasında bildirir ki, hazırda Daşkəsən rayonuna rəhbərlik edən və kurasiya baxımından Bəylər Əyyubova yaxınlığı ilə seçilən Əhəd Abıyevin təkrarən etimada layiq görəcəyi gözlənilir.
Mənbə bildirir: "Əhəd Abıyev Xətai rayonuna gətirilə bilər". Qeyd edək ki, ötən ildən Xətai rayonun rəhbəri postu təyinatsız qalıb və Əhəd Abıyev uzun illərdir ki, Xətaiyə başçı gələ bilməsi üçün çaba göstərir.