Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                     Gürcüstan azərbaycanlıları seçim etdi .....                     Köçəryan sülhə qarşı çıxdı .....                     Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində .....                     Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir .....                     Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi .....                     Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                 

Eldar Həsənova qarşı yeni iddialar... - İTTİHAM VAR
Tarix: 14-09-2016, 08:43 | Çap et
Eldar Həsənova qarşı yeni iddialar...
Keçmiş baş prokuror, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun qanunsuz, müəmmalı əməlləri haqqında yeni məlumatlar əldə edilib. Antikorrupsiya layihəsinə göndərilən sənədlərdə onun dövlətin pullarını mənimsəmək məqsədilə “Qara dəniz Xəzər dəniz əməkdaşlıq fondu” adlı ofis ünvanları saxta olan təşkilatı yaratmaq üçün hansı maxinasiyalardan istifadə etməsi barədə maraqlı məlumatlar yer alır.

Sənədlərdə göstərilir ki, E.Həsənov pul oğurluğunu pərdələmək və fonda etibarlılıq görüntüsü vermək məqsədilə Azərbaycan prezidenti İlham Əliyevin və Rumıniyanın o zamankı prezidenti Trayan Baseskunun bu təşkilatın fəxri prezidentləri olmasına çalışıb. Lakin Prezident Administrasiyasından ona rədd cavabı verildiyinə görə bu niyyəti baş tutmayıb.

Belə olduqda E.Həsənov artıq çoxlarının pul qazanmaq məqsədilə istifadə etdiyi “erməni kartı”ndan istifadə etmək qərarına gəlib. Bu məqsədlə o, əslində özünün yaratdığı fonda guya erməni əsilli şəxslərin daxil olmasının qarşısını alması haqda administrasiyaya yalan məlumat da verib. Məhz ermənilərlə mübarizə aparmaq adı altında o, Azərbaycan hökumətindən guya fondun fəaliyyətinə sərf etmək üçün külli miqdarda vəsait alıb. Maraqlı burasıdır ki, bir müddət sonra mətbuatda məhz Eldar Həsənovun yaratdığı fondun rəhbərliyində Andranik soyadlı erməni əsilli bir şəxsin təmsil olunması barədə iddia yayılıb.

Bundan başqa digər sual doğuran məsələ Eldar Həsənovun Serbiyaya səfir təyin edildikdən sonra nə Qara dənizə, nə də Xəzər dənizinə heç bir aidiyyəti olmayan bu ölkənin də fondun üzvü kimi elan edilməsidir. Onun Belqradda ofisi olaraq göstərilən ünvanda isə ümumiyyətlə belə bir fondun adına rast gəlinmir.
Fondun təsis sənədində onun yerləşdiyi ofis olaraq Rumıniyanın paytaxtı Buxarest şəhərindəki George Enescu 128 ünvanı yazılıb. Lakin Buxarest ofisinin saytında isə fondun ünvanı Nicolae Balcescu 32-34 kimi qeyd edilir. Məhz bu sonuncu ünvanın Balkanlarda və digər Şərqi Avropa ölkələrində korrupsiya araşdırmaları ilə tanınan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (OCCRP) araşdırmaları nəticəsində Eldar Həsənov tərəfindən yaradılan və Rumıniya hakimiyyət orqanları tərəfindən çirkli pulların yuyulması və maliyyə fırıldaqları ittiham edilmiş digər bir qurum - Rumıniya-Azərbaycan Ticarət palatasının ofisi kimi qələmə verildiyi müəyyənləşdirilib. Daha sonra məlum olub ki, bu ünvan həm də Rumın - Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Gənclər Assosiasiyası kimi yalnız kağız üzərində mövcud olan saxta təşkilatların da yerləşdiyi yer kimi göstərilib.

OCCRP-nin araşdırmasında Rumıniya-Azərbaycan Ticarət palatasının əvvəlki ünvanının George Draqomir adlı rumın generalının evi olduğu bildirilir. Araşdırmalar ortaya çıxarıb ki, maliyyə fırldaqlarında şübhəli bilinərək istintaqa cəlb olunan bu qurumla bağlı moldovalı şəxslər həmin vaxt Azərbaycanın Rumıniyadakı səfiri olan Eldar Həsənov və səfirliyin digər əməkdaşları ilə görüşüblər.
Rumın general isə OCCRP-nin jurnalistinə 2007-ci ildə evini palatanın ofisi kimi istifadə edən Azərbaycan səfirliyindən oranı boşaltmağı tələb etdiyini deyib.

Verilən məlumatlara görə o zaman Eldar Həsənovun rəhbərliyi altında Azərbaycanın Rumıniyadakı səfirliyinin diplomatlarının Anar Əcəmov, Seyran Mirzəyev, Fuad Əzizli və Eldar Həsənovun qohumu olduğu bildirilən Elsevər adlı şəxslər olduğu deyilir.

Xatırladaq ki, mətbuatda Eldar Həsənovun Azərbaycan Milli Bankının Avstriya firmasına pul banknotlarının çap edilməsi sifarişində ortaya çıxan korrupsiya qalmaqalı ilə bağlılığı haqqında məlumat yayılmışdı. Bildirilir ki, məsələnin araşdırılması üçün Vyanada keçirilən məhkəmədə müttəhim və eyni zamanda şahid kimi çıxış edən rumıniyalı vəkilin ifadəsində azərbaycanlı diplomatların Rumıniyadan külli miqdarda pulu plastik çantalarda çıxardıqları göstərilir. Məhz adları şəkilən diplomatların bu “puldaşıma” işini yerinə yetirə biləcəkləri ehtimal edilir. Hökumətə yaxın mənbənin iddiasına əsasən bu şəxslər hazırda Eldar Həsənovun səfir olduğu Serbiya, Çernoqoriya və Bosniyadakı diplomatik nümayəndəliklərə “transfer” olunublar.

Beləliklə, məlum olur ki, səfir kimi Azərbaycanın maraqlarını xarici ölkələrdə qorumaq, nüfuzunu yüksəltmək vəzifələri tapşırılmış Eldar Həsənov özünə qruplaşma yaradaraq başına topladığı bu şəxslərlə uzun illərdir ki, natəmiz, dolaşıq və şübhəli işlərlə məşğuldur.

Qeyd edək ki, Eldar Həsənovun və başına topladığı dəstəsinin Rumıniyada və Serbiyadakı qaranlıq əməlləri barədə sənədlər daxil olmaqdadır və bu haqda ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir.

Antikorrupsiya Layihəsi


DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Dünən, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Dünən, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Dünən, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Dünən, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Dünən, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Dünən, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Dünən, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Dünən, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Dünən, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Dünən, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Dünən, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Dünən, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru