Ermənistanın sabiq prezidenti Robert Köçəryan 24 aprel qondarma erməni soyqırımı günü ilə bağlı paylaşım edib.
O yazıb ki, “Ermənistan” blokunun proqram müddəalarından biri də "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasına tükənməz dəstəkdən ibarətdir:ə. "Heç nə unudulmayacaq”.
“Cebheinfo.az”-ın məlumatına görə, Robert Köçəryan xalqa müraciətində belə yazıb.
Eks-prezidentin bu sözləri ilk baxışdan, Azərbaycan xalqına qarşı terrorçuluq, etnik təmizləmə və soyqırım cinayətlərinin təşkilatçısı kimi tanınmış Köçəryandan gözlənilən bir açıqlamadır.
Yəni Köçəryan ənənəvi avantürist siyasi baxışlarına sadiq qalır və onun mövqeyini dəyişməsi təəccüblü olardı.
Lakin onun açıqlamasında “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması ilə bağlı ifadələrin xüsusi şərhə ehtiyacı var. Köçəryan bu yanaşması ilə Ermənistanın "Müstəqillik Bıyannaməsi"nin 11-ci bəndində əksini tapmış və 1995-ci ildə konstitusiyanın preambula hissəsinə daxil edilmiş uydurma erməni soyqırımının beynəlxalq səviyyədə tanınması ifadəsini təkrarlayır. Bununla da o, hazırda Ermənistan konstitusiyasına gözlənilən dəyişikliyə qarşı çıxır.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "Müstəqillik Bəyannaməsi"ni “Qonşu dövlətlərlə Münaqişə Bəyannaməsi” adlandırıb. Yəni Ermənistan konstitusiyasının preambula hissəsində "Müstəqillik Bəyannaməsi"nə istinad edilməsi Azərbaycanla sülhün əldə edilməsinə mane olmaqla yanaşı, Türkiyə ilə münasibətlərin normallaşmasının qarşısını alır.
Seçkilərdən sonra keçiriləcək referendumdan sonra “soyqırımı” məsələsinin Ermənistanın xarici siyasət prioritetlərindən çıxacağı və Türkiyə ilə gərginliyin aradan qalxacağı gözlənilir.
Köçəryanın açıqlaması göstərir ki, konstitusiyanın yeni mətnindən preambulanın çıxarılması revanşist müxalifətin ciddi etirazına səbəb olub. Köçəryanın fikirləri həm də iyunun 7-də keçiriləcək seçkilərə hesablanmış mesajdır.
Eks-prezident Ermənistanın siyasi-ideoloji təməl prinsiplərindən birini təşkil edən uydurma soyqırımı ideyasının tanınması məsələsini yenidən gündəmə gətirməklə seçkilərdə mühafizəkar elektoratın, kilsənin və diasporun dəstəyini əldə edilməsinə hesablanıb.








