Həyatımızı kabusa çevirən dönərlər .....                     Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir .....                     “Sərxan” Bakıdakı canilərdən daha pisdir? .....                     Müəmmalı "minimum" istehlak səbəti... .....                     "Şiva yayı" Qafqazı hədəf alır: .....                     Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi .....                     Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı .....                     Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb .....                     "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm .....                     Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb .....                     Bu, Əliyevin qələbəsidir .....                     Mənfi obrazına görə nifrət qazanan AKTYOR: .....                     “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” .....                     Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb .....                     İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi .....                     Arabir leysan olacaq .....                     "Ermənistan bu üç şərti qəbul etməsə…" .....                     Paşinyan ad çəkdi, kütləvi istefa başladı .....                     Tibbi qurum 4,6 milyon manatlıq tenderinin .....                     "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..." .....                     Göydə bircə ovuc "tüstü"sü qaldı... .....                     Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı .....                     Naxçıvanın dizini belə yerə gətirirlər... .....                     "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... .....                     Xüsusi təyinatlılar Kurskda: .....                     “Böyüklər” qitələri nizamlaya bilmirlər .....                     Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır .....                     AMB BOKT-larla bağlı son iki qərarını şərh edib .....                     Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                 

Balakəndə təhsil sistemi iflic durumda - İTTİHAM VAR
Tarix: 10-09-2016, 09:33 | Çap et
Balakəndə təhsil sistemi iflic durumda
Artıq bir neçə müddətdir ki, redaksiyamıza Balakən Rayon Təhsil Şöbəsinin müdiri Vahid Əliyevin öz fəaliyyətində yol verdiyi bir sıra qanun pozuntularına dair məlumatlar daxil olmaqdadır. Qəzetimizin ötən saylarında həmin məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi material dərc olunmuşdu. Yazılarda xüsusən rayonun məktəblərində bu yaxınlarda baş vermiş kütləvi işdən çıxarmalardan bəhs olunmuşdu. Əks olunan faktlar isə, əsasən İbrahimov Eyvaz Xalid oğlu və digərləri tərəfindən redaksiyamıza təqdim olunan açıqlamalardan götürülmüşdü.

Dünən redaksiyamızın elektron poçtuna Balakən rauonundan növbəti məktub daxil olmuşdur. Məktubda Balakən təhsilində vəziyyətin gərgin olaraq qaldığı, hətta yeni dərs ili öncəsi bəzi insidentlərin də baş verdiyi vurğulanır. Eyni zamanda da məktubda Vahid Əliyevin yol verdiyi qanun pozuntularına dair yeni faktlar təqdim olunur. Məktubda deyilir: “2015-ci ildə təhsil şöbəsinin müdiri postuna gətirilən Vahid Əliyev, bu vəzifəyə son illər ərzində onun gözü qarışısında baş verən və özünün də iştirakçısı olduğu çoxsaylı korrupsiya hallarnı ört-basdır etmək üçün, məqsədli şəkildə təyin olunub. Heç bir il işləmədiyi, həmçinin bu vəzifədə hələ də təsdiq olunmadığı halda, Vahid Əliyev müəllimlərə qarşı qəddarlığı, özbaşnalığı, onsuz da maddi vəziyyətləri ağır olan müəllimlərin durumlarını daha da çətinləşdirməyi ilə ictimaiyyətin ciddi narazılıqlarını doğura bildi. Son bir ildə Balakən təhsilində vəziyyət daha da ağırlaşdı.

Qeyd etmək lazımdır ki, bu gün Vahid Əliyev fərdi qaydada uşaqlarlaa məşğul olmaq üçün ayrılan saatları təhsil şöbəsinin metodistlərinin monopilyasına verib. Məsələn, RTŞ-nin metodisti Mahirə Dibirova 3 saylı Z.Əliyeva adına məktəbdə 12 saat fərdi, 12 saat dərs tədris edir. Onun dərsi kiminsə üstünə yazılıb. Tülü 2 saylı ümumi orta məktəbində isə, metodist olan, biologiya ixtisaslı Qumru müəllimə 12 saat fərdi dərs aparır. Biologiya müəllimi uşağa həm də rizayiyyat, dil-ədəbiyyat, tarix, xarici dil və sairə fənnləri tədris edir. Belə universal işçiləri olan təhsil şöbəsində hər şey dəvənin beli kmi olar. Müəllimlər qeyd edir ki, təhsil şöbəsinin işçisi olan R.Orucovun həyat yoldaşı Hənifə kənd orta məktəbində 24 saat dil-ədəbiyyat dərsini tədris edir. Diqqət edin,həmin məktəbdə işləyən digər dil-ədəbiyyat müəllimlərinin cəmi 10 və 12 saat dərsləri var. Ayrı-seçkiliyə baxın...

Bir müddət əvvəl aparılmış Maliyyə yoxlamasının gedişində isə müəyyən olunmuşdu ki, Nizami adına 1 saylı məktəbdə dünyasını dəyişmiş bir uşağın adı sinif jurnalında qeyd olunub. Məlum olub ki, uşaq vəfat etsə də, hər gün dərslərdə “iştirak edib”, hətta qayibi belə yoxdur.

Balakən rayon Təhsil şöbəsində baş verən koorrupsiya halları haqda dərc olunmuş yazılarda da qeyd edildiyi kimi ki, RTŞ müdirinin direktorlara verdiyi diktatorsayağı əmri nəticəsində əlil, 3 yaşınadək uşağı olan müəllimlər, hətta hamilə olan xanım müəllimələr də qanuna zidd olaraq işdən çıxarılmışlar.Məsələn, Qazbinə kənd tam orta məktəbinə 01 noyabr 2012-ci il tarixdə müddətsiz müqavilə ilə işə götürülən, əsas iş yeri Qazbinə məktəbi olan , işdən çıxrılan günyəni 16.06.2016-cı il tarixdə də müddətsiz müqaviləsi qüvvədə olan hamilə müəllimə ( 4 il təcrübəyə malik), guya əmək müqaviləsinin vaxtı bitdiyi üçün işdən azad edildiyi sənədlərdə qeyd olunub. Hamilə qadını, 3 yaşınadək uşağı olan qadınları işdən çıxaran və ona rəvac verənlərin nə əmək qanunvericliyindən, nə də Konstitusiya Məhkəməsinin Palatasının 2016-cı ilin fevral ayında qəbul etdiyi qərarından belə xəbərləri yoxdur.

Bunu da bildirim ki, on nəfərədək müəllim məhkəməyə müraciət edib, rayon təhsil şöbəsinin özbaşnalığı nəticəsində müəllimlərə hesablanmayan 14 gün üçün orta əmək haqqının hesablanıb verilməsi haqda iddia tələbi irəli sürülmüşdür. Məhkəmə iclası 05 sentyabr təyin edilmişdi. Artıq 02 sentyabr tarixdə isə, məhkəməyə müarciət edən 10 nəfərin 14 günlük əmək haqqı ödənilmişdi.

Həmçinin 05 sentyabr tarixdə məlum oldu ki, bir sıra məktəblərdə özbaşnalıq nəticəsində işdən azad edilən gənc müəllimlərin valdeyinləri məktəb direktorlarının həyətlərinə soxulmuşlar. Belə ki, Tülü kənd tam orta məktəbində işdən çıxarılmış 14 nəfər müəllimin valideyinləri məktəbin

direktoru Akif Mirzəyevin evinə soxulmuşlar və ondan uşaqlarnı işə qəbul edərkən götürdüyü rüşvəti tələb etmişlər. Gərgin vəziyyət yaranmışdır. Bu hadisədən sonra xəstələnən Akif Mirzəyev hazırda Bakı şəhərində müalicə olunur.

29 avgust tarixindən müəllimlərin məzuniyyət müddəti bitmiş, məktəbə gedib-gəlməyə başlamışlar. Yeni dərs ilinə hazırlıq işləri görülür. Bu dövr bir növ müəllimlərin boşdayanma günləridir. Diqqət yetirin, Region üzrə mühasibatlıq şöbəsinin rəisi Ş.Qallacov məktəblərə gedib, müəllimlərin işə gəlmə davamiyyətini yoxlayır. Bu şəxs hələ öz vəzifə funkisyalarını bilmir. Vəzifə səlahiyyətlərini aşır, məktəb direktorlarının vəzifəsini mənimsəyir.

Bu arada isə Dövlət Əmək Müfəttişliyindən əldə etdiyimiz bir sənəddə, Təhsil nazirinin “İntizam tənbehlərinin tətbiqi” barədə əmrində Balakən rayonunun təhsil şöbəsində baş vermiş mənfi hallarla bağlı görülən intizam tədbirləri qeyd edilmişdir. Həmin əmrin 4.1 maddəsində qeyd olunur: Rayonun ümumtəhsil məktəblərində mövcud qaydalara zidd olaraq, müddətsiz müqavilə əsasında işə qəbul edilmiş müəllimlərlə 14 iyun 2016-cı il tarixdə müddətli əmək müqaviləsinin bağlanması, müddət başa çatdıqdan sonra bağlanmış əmək müqavilələrinin ləğv edilməsi təmin olunsun. Diqqət yetirin, Təhsil naziri Balakən rayon təhsil şöbəsinə tapşırıq verir ki, mövcud qayadalara zidd olaraq müddətsiz müqavilə ilə işə qəbul edilmiş ( yəni 3-4 il işləmiş) müəllimlərlə 14 iyun 2016-cı il tarixdən müddətli əmək müqavilələri bağlansın. Bu əmr 30 noyabr 2015-ci il tarixdə verilmiş və Balakən rayon Təhsil şöbəsinə göndərilmişdir.

Təhsil şöbəsinin müdiri V.Əliyev, baş məsləhətçilər Rasim Orucov və Cavanşir kütləvi saxtakarlıqlar törətməklə, məktəb direktorlarını da bu saxtakarlığı etməyə məcbur etməklə 300-dən çox müəllimlə 30 noyabr 2015-ci ildən əvvəlki, arxa tarixə 2015-ci il 15 sentyabr tarixə saxta əmək müqavilələri bağlamışlar. Bu kütləvi saxtakarlığı törətməklə 14 - 16 iyun 2016-ci il tarixlərdə 300-dən çox müəllimin hüquqları kobud şəkildə pozulmuş, onlar işdən çıxarılmışlar...”

Göründüyü kimi, Balakən ictimaiyyətinin bu rayonun təhsil sistemində baş verənlərdən doğan narahatlıqları getdikcə artmaqdadır. Artıq uzun müddətdir ki, Balakən Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə, hətta aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza Balakəndə olan mənbələrdən mütəmadi olaraq daxil olan məlumatlarda xəbər verilir. Təəssüf doğurucu haldır ki, Balakən təhsilində müşahidə olunan bu geriləmələr, əslində dövlət tərəfindən bu sahənin inkişafına göstərilən böyük diqqət və qayğının fonunda müşahidə olunmaqdadır. Digər tərəfdən də, bir çox mənbələr Balakən RTŞ-nin keçmiş müdiri öz vəzifəsindən alındıqdan sonra əksər problemlərin öz həllini tapacağına böyük ümidlərin olduğunu qeyd edirdilər. Lakin Balakən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Vahid Əliyev təyin olunduqdan sonra, vaxt ötdükcə rayon təhsilinin inkişafına olan ümidlər də ketdikcə sönməyə başladı. Artıq bu gün Balakəndən aldığımız məlumatlarda bildirilir ki, RTŞ-nin rəhbərliyində olmuş bu kadr dəyişikliyi heç bir müsbət nəticə verməyib. Əksinə, yeni şöbə müdirinin fəaliyyəti bir çox ciddi nöqsanlarla ictimaiyyətin diqqətini daha çox cəlb etməyə başlayıb.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16
"Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13
Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08
Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05
Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03
“Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53
Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46
İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42
Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33
"Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24
Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22
Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18
"“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12
Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05
Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55
Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51
"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47
Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43
“Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36
Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34
AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru