Əsas Səhifə > Siyasət, Manşet > Balakəndə təhsil sistemi iflic durumda
Balakəndə təhsil sistemi iflic durumda10-09-2016, 09:33 |
Artıq bir neçə müddətdir ki, redaksiyamıza Balakən Rayon Təhsil Şöbəsinin müdiri Vahid Əliyevin öz fəaliyyətində yol verdiyi bir sıra qanun pozuntularına dair məlumatlar daxil olmaqdadır. Qəzetimizin ötən saylarında həmin məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi material dərc olunmuşdu. Yazılarda xüsusən rayonun məktəblərində bu yaxınlarda baş vermiş kütləvi işdən çıxarmalardan bəhs olunmuşdu. Əks olunan faktlar isə, əsasən İbrahimov Eyvaz Xalid oğlu və digərləri tərəfindən redaksiyamıza təqdim olunan açıqlamalardan götürülmüşdü. Dünən redaksiyamızın elektron poçtuna Balakən rauonundan növbəti məktub daxil olmuşdur. Məktubda Balakən təhsilində vəziyyətin gərgin olaraq qaldığı, hətta yeni dərs ili öncəsi bəzi insidentlərin də baş verdiyi vurğulanır. Eyni zamanda da məktubda Vahid Əliyevin yol verdiyi qanun pozuntularına dair yeni faktlar təqdim olunur. Məktubda deyilir: “2015-ci ildə təhsil şöbəsinin müdiri postuna gətirilən Vahid Əliyev, bu vəzifəyə son illər ərzində onun gözü qarışısında baş verən və özünün də iştirakçısı olduğu çoxsaylı korrupsiya hallarnı ört-basdır etmək üçün, məqsədli şəkildə təyin olunub. Heç bir il işləmədiyi, həmçinin bu vəzifədə hələ də təsdiq olunmadığı halda, Vahid Əliyev müəllimlərə qarşı qəddarlığı, özbaşnalığı, onsuz da maddi vəziyyətləri ağır olan müəllimlərin durumlarını daha da çətinləşdirməyi ilə ictimaiyyətin ciddi narazılıqlarını doğura bildi. Son bir ildə Balakən təhsilində vəziyyət daha da ağırlaşdı. Qeyd etmək lazımdır ki, bu gün Vahid Əliyev fərdi qaydada uşaqlarlaa məşğul olmaq üçün ayrılan saatları təhsil şöbəsinin metodistlərinin monopilyasına verib. Məsələn, RTŞ-nin metodisti Mahirə Dibirova 3 saylı Z.Əliyeva adına məktəbdə 12 saat fərdi, 12 saat dərs tədris edir. Onun dərsi kiminsə üstünə yazılıb. Tülü 2 saylı ümumi orta məktəbində isə, metodist olan, biologiya ixtisaslı Qumru müəllimə 12 saat fərdi dərs aparır. Biologiya müəllimi uşağa həm də rizayiyyat, dil-ədəbiyyat, tarix, xarici dil və sairə fənnləri tədris edir. Belə universal işçiləri olan təhsil şöbəsində hər şey dəvənin beli kmi olar. Müəllimlər qeyd edir ki, təhsil şöbəsinin işçisi olan R.Orucovun həyat yoldaşı Hənifə kənd orta məktəbində 24 saat dil-ədəbiyyat dərsini tədris edir. Diqqət edin,həmin məktəbdə işləyən digər dil-ədəbiyyat müəllimlərinin cəmi 10 və 12 saat dərsləri var. Ayrı-seçkiliyə baxın... Bir müddət əvvəl aparılmış Maliyyə yoxlamasının gedişində isə müəyyən olunmuşdu ki, Nizami adına 1 saylı məktəbdə dünyasını dəyişmiş bir uşağın adı sinif jurnalında qeyd olunub. Məlum olub ki, uşaq vəfat etsə də, hər gün dərslərdə “iştirak edib”, hətta qayibi belə yoxdur. Balakən rayon Təhsil şöbəsində baş verən koorrupsiya halları haqda dərc olunmuş yazılarda da qeyd edildiyi kimi ki, RTŞ müdirinin direktorlara verdiyi diktatorsayağı əmri nəticəsində əlil, 3 yaşınadək uşağı olan müəllimlər, hətta hamilə olan xanım müəllimələr də qanuna zidd olaraq işdən çıxarılmışlar.Məsələn, Qazbinə kənd tam orta məktəbinə 01 noyabr 2012-ci il tarixdə müddətsiz müqavilə ilə işə götürülən, əsas iş yeri Qazbinə məktəbi olan , işdən çıxrılan günyəni 16.06.2016-cı il tarixdə də müddətsiz müqaviləsi qüvvədə olan hamilə müəllimə ( 4 il təcrübəyə malik), guya əmək müqaviləsinin vaxtı bitdiyi üçün işdən azad edildiyi sənədlərdə qeyd olunub. Hamilə qadını, 3 yaşınadək uşağı olan qadınları işdən çıxaran və ona rəvac verənlərin nə əmək qanunvericliyindən, nə də Konstitusiya Məhkəməsinin Palatasının 2016-cı ilin fevral ayında qəbul etdiyi qərarından belə xəbərləri yoxdur. Bunu da bildirim ki, on nəfərədək müəllim məhkəməyə müraciət edib, rayon təhsil şöbəsinin özbaşnalığı nəticəsində müəllimlərə hesablanmayan 14 gün üçün orta əmək haqqının hesablanıb verilməsi haqda iddia tələbi irəli sürülmüşdür. Məhkəmə iclası 05 sentyabr təyin edilmişdi. Artıq 02 sentyabr tarixdə isə, məhkəməyə müarciət edən 10 nəfərin 14 günlük əmək haqqı ödənilmişdi. Həmçinin 05 sentyabr tarixdə məlum oldu ki, bir sıra məktəblərdə özbaşnalıq nəticəsində işdən azad edilən gənc müəllimlərin valdeyinləri məktəb direktorlarının həyətlərinə soxulmuşlar. Belə ki, Tülü kənd tam orta məktəbində işdən çıxarılmış 14 nəfər müəllimin valideyinləri məktəbin direktoru Akif Mirzəyevin evinə soxulmuşlar və ondan uşaqlarnı işə qəbul edərkən götürdüyü rüşvəti tələb etmişlər. Gərgin vəziyyət yaranmışdır. Bu hadisədən sonra xəstələnən Akif Mirzəyev hazırda Bakı şəhərində müalicə olunur. 29 avgust tarixindən müəllimlərin məzuniyyət müddəti bitmiş, məktəbə gedib-gəlməyə başlamışlar. Yeni dərs ilinə hazırlıq işləri görülür. Bu dövr bir növ müəllimlərin boşdayanma günləridir. Diqqət yetirin, Region üzrə mühasibatlıq şöbəsinin rəisi Ş.Qallacov məktəblərə gedib, müəllimlərin işə gəlmə davamiyyətini yoxlayır. Bu şəxs hələ öz vəzifə funkisyalarını bilmir. Vəzifə səlahiyyətlərini aşır, məktəb direktorlarının vəzifəsini mənimsəyir. Bu arada isə Dövlət Əmək Müfəttişliyindən əldə etdiyimiz bir sənəddə, Təhsil nazirinin “İntizam tənbehlərinin tətbiqi” barədə əmrində Balakən rayonunun təhsil şöbəsində baş vermiş mənfi hallarla bağlı görülən intizam tədbirləri qeyd edilmişdir. Həmin əmrin 4.1 maddəsində qeyd olunur: Rayonun ümumtəhsil məktəblərində mövcud qaydalara zidd olaraq, müddətsiz müqavilə əsasında işə qəbul edilmiş müəllimlərlə 14 iyun 2016-cı il tarixdə müddətli əmək müqaviləsinin bağlanması, müddət başa çatdıqdan sonra bağlanmış əmək müqavilələrinin ləğv edilməsi təmin olunsun. Diqqət yetirin, Təhsil naziri Balakən rayon təhsil şöbəsinə tapşırıq verir ki, mövcud qayadalara zidd olaraq müddətsiz müqavilə ilə işə qəbul edilmiş ( yəni 3-4 il işləmiş) müəllimlərlə 14 iyun 2016-cı il tarixdən müddətli əmək müqavilələri bağlansın. Bu əmr 30 noyabr 2015-ci il tarixdə verilmiş və Balakən rayon Təhsil şöbəsinə göndərilmişdir. Təhsil şöbəsinin müdiri V.Əliyev, baş məsləhətçilər Rasim Orucov və Cavanşir kütləvi saxtakarlıqlar törətməklə, məktəb direktorlarını da bu saxtakarlığı etməyə məcbur etməklə 300-dən çox müəllimlə 30 noyabr 2015-ci ildən əvvəlki, arxa tarixə 2015-ci il 15 sentyabr tarixə saxta əmək müqavilələri bağlamışlar. Bu kütləvi saxtakarlığı törətməklə 14 - 16 iyun 2016-ci il tarixlərdə 300-dən çox müəllimin hüquqları kobud şəkildə pozulmuş, onlar işdən çıxarılmışlar...” Göründüyü kimi, Balakən ictimaiyyətinin bu rayonun təhsil sistemində baş verənlərdən doğan narahatlıqları getdikcə artmaqdadır. Artıq uzun müddətdir ki, Balakən Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə, hətta aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza Balakəndə olan mənbələrdən mütəmadi olaraq daxil olan məlumatlarda xəbər verilir. Təəssüf doğurucu haldır ki, Balakən təhsilində müşahidə olunan bu geriləmələr, əslində dövlət tərəfindən bu sahənin inkişafına göstərilən böyük diqqət və qayğının fonunda müşahidə olunmaqdadır. Digər tərəfdən də, bir çox mənbələr Balakən RTŞ-nin keçmiş müdiri öz vəzifəsindən alındıqdan sonra əksər problemlərin öz həllini tapacağına böyük ümidlərin olduğunu qeyd edirdilər. Lakin Balakən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Vahid Əliyev təyin olunduqdan sonra, vaxt ötdükcə rayon təhsilinin inkişafına olan ümidlər də ketdikcə sönməyə başladı. Artıq bu gün Balakəndən aldığımız məlumatlarda bildirilir ki, RTŞ-nin rəhbərliyində olmuş bu kadr dəyişikliyi heç bir müsbət nəticə verməyib. Əksinə, yeni şöbə müdirinin fəaliyyəti bir çox ciddi nöqsanlarla ictimaiyyətin diqqətini daha çox cəlb etməyə başlayıb. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Geri qayıt |