İranın Zəngəzur dəhlizinə qarşı müqaviməti çətin olacaq - Melkonyan
Tarix: 19-09-2024, 13:06 |
Çap et
İran Azərbaycan və Türkiyənin Ermənistana hərbi-siyasi təzyiqlərini azaltmaq üçün Zəngəzur dəhlizinə alternativ olaraq öz ərazisindən keçən dəhliz təklif edib.
Ölkə.Az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
"İndi də Ermənistanın İranın verdiyi statusla həmin yolu verməyə hazır olduğunu deyəndə, İranın Zəngəzur dəhlizinin gündəmini cilovlamaq çətin olacaq. Tehran bu məsələdə İrəvandan lazımi dəstəyi almayanda, əksinə, Ermənistan Azərbaycanla müzakirələr apardığını və beynəlxalq özəl təşkilatın iştirakı ilə yolu açmağa hazır olduğunu bəyan edəndə, bu, İranın diplomatik mövqeyini zəiflədir", - o qeyd edib.
Əlavə edib ki, bu gün Zəngəzur dəhlizinin açılmasını İrandan başqa hamı - Rusiya, Qərb, Türkiyə, Azərbaycan istəyir. İranın belə bir vəziyyətdə müqavimət göstərməsi çox çətin olacaq", - Melkonyan deyib.