Britaniyadan Qarabağla bağlı CENTLMEN gediş – ABŞ isə görün bizə nə hazırlayır?
Tarix: 19-09-2024, 12:46 | Çap et
Azərbaycanın Zəfər tarixinin şərəfli və qürurverici günlərindən birinin ilk ildönümünü yaşayırıq. Bu gün bizimlə birgə dostlarımızın sevindiyi, düşmənlərimizin, ayağımızın altını qazımaq istəyənlərin isə yas içində olduğu möhtəşəm tarixdir. Məhz bir il öncə, sentyabrın 19-da şanlı Ordumuz Qarabağdakı vəhşi-vandalların qurduğu xunta rejiminin, erməni separatizminin kökünü kəsən antiterror tədbirlərinə başlayıb və cəmi 23 saat 43 dəqiqəyə onu tamamlayıb.
Bu xüsusda Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin paylaşımı diqqət çəkir. Lemmi Substack onlayn platformasında Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib. Məlumatı “Politico” yayıb.
“Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edə bildi”, - Lemmi yazıb.
Bu, əlbəttə ki, Britaniyaya yaraşan, necə deyərlər, centlmen (əxlaqlı) bir mövqedir. Biz rəsmi Londonun 44 günlük müharibə zamanı tutduğu ədalətli mövqeyi də yaxşı xatırlayırıq. O zaman, döyüşlərin qızğın vaxtında BMT Təhlükəsizlik Şurasında (TŞ) bədxahların Azərbaycan əleyhinə sənəd layihəsini məhz Böyük Britaniyanın əngəlləməsini də unutmamışıq...
Bəllidir ki, Britaniya Rusiya, Fransa, Çin və ABŞ daxil, TŞ-nin veto hüququna malik 5 daimi üzvündən biridir. Ən azı ona görə rəsmi Londonun Azərbaycana münasibəti ikiqat önəm kəsb edir. Nəhayət, İngiltərə Qərbin, xristian dünyasının yeganə mühüm dövlətidir ki, uydurma “erməni soyqırımı”nı (1915) hələ də tanımayıb (Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya istisnadır)...
TŞ-nin digər 4 üzvünün siyasətinə baxaq.
Rusiya 1915-ci il hadisələrindən dolayı qondarma “soyqırım” iddiasını parlament səviyyəsində tanıyıb (1995 və 2005). Qarabağa gəlincə, Moskva rəsmiləri ara-sıra ermənilərin bölgəyə qayıdışının vacibliyindən danışsa da, insafən, heç bir etnik təmizləmə olmadığını, ermənilərin könüllü köç etdiyini bəyan edirlər. Yəni aşağı-yuxarı bizim üçün məqbul bir mövqe. Azərbaycanın ermənilərin geri dönüşü ilə ilgili haqlı tələbi və şərti isə məlum. Moskva bunu gözardı edə bilməz və yəqin ki, etməyəcək...
Ermənidən çox erməni olmağa çalışan Fransaya gələk. Bu ölkənin parlamenti 2-ci Qarabağ savaşından iki həftə sonra kukla qurumu “dövlət” kimi tanıyıb. BMT TŞ-də üç dəfə ölkəmizə qarşı qətnamə keçirməyə cəhd edib, lakin fiaskoya uğrayıb. Təbii ki, saxta “erməni soyqırımı”nı da ilk tanıyan ölkələrdəndir. Fransada hətta “soyqırımı” inkara görə cəza nəzərdə tutan qanun qəbul edilib.
TŞ-nin digər üzvü Çinin isə Azərbaycanla bağlı ənənəvi mövqeyi ümumən ədalətli sayıla bilər. Rəsmi Pekinin bizə pisliyi dəyməyib. İrad-zad yoxdur. Çinin Qarabağdakı keçmiş separatçı-kriminal rejimlə hər hansı təması da olmayıb, ABŞ, Fransa və Rusiya kimi ona hansısa şəkildə dəstək verməyib - maliyyə, siyasi, hərbi anlamda...
Qaldı ABŞ. Əfsus ki, dünyanın 1 nömrəli qüdrətli dövlətinin Azərbaycana, Qarabağ Zəfərinə yanaşması yumşaq desək, hələ də ziddiyyətli, bəzən isə açıq şəkildə qərəzli və riyakar xarakterlidir.
Baxın, rəsmi Vaşinqton bir yandan ərazi bütövlüyümüzü tanıdığını, sülh müqaviləsinin tezliklə imzalanmasının vacibliyini bəyan edir, digər yandan isə erməni lobbisinin havasına gedərək, vaxtaşırı erməni separatizminə nəfəs verən, radikal revanşistləri qızışdıran işlər çevirir, kapitulyant ölkəni altdan-altdan silahlandırır, onunla ortaq hərbi təlimlər keçirir, ona yardımlar edir. Bu yardımları erməni işğalı nəticəsində böyük zərər görən, o sırada ciddi mina problemi ilə üzləşən Azərbaycana yönəltməli olduğu halda.
Bu gün – sentyabrın 19-da isə Konqresdə antiterror əməliyyatının ildönümü ilə bağlı Azərbaycana qarşı təxribatçı, ittiham tonunda dinləmələr nəzərdə tutulub. Düşünmürük ki, bu yalnız erməni lobbisinin təşəbbüsü ilə reallaşa bilən bir tədbirdir. Görünən budur ki, Birləşmiş Ştatların müəyyən siyasi dairələri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini güc yolu bərpa edib BMT TŞ-nin 4 məlum qətnaməsini təkbaşına reallaşdırmasını hələ də həzm edə, Bakıya bağışlaya bilmir.
İndi buna nə ad qoyaq, “ikili standart” siyasətinin yeni formada zühuru, Azərbaycana təzyiq cəhdi, yoxsa nə? Ondansa müttəfiq Britaniyadan nümunə götürmək zamanı deyilmi? Onsuz da gec-tez buna gələcəksiniz. Amma daha urvatlısı məhz indi deyilmi?
Doğru, ABŞ səfiri bu il, nəhayət, şeytanın qıçını qıraraq Şuşaya ayaq basıb. Bunu sözsüz ki, qiymətləndiririk. Fəqət, yetərli hesab eləmirik. Səbəbini yazdıq...
Zahid SƏFƏROĞLU - Musavat.Com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-nin İrana gücü çatmayacaq – Trampın addımları...
Bu gün, 00:18 |
|
|
|
• Ermənistanın kapitulyasiya aktına imza atmasından 4 il ötür - ƏN YENİ TARİX...
Bu gün, 00:10 |
|
|
|
• Mişustin təsdiqlədi: Rusiyanı Bakıda kimlər təmsil edəcək? - KİV
Bu gün, 00:07 |
|
|
|
• SOS: Zaqatalada son 10 gündə üçüncü körpə öldü - BU NƏDİ BELƏ?
Bu gün, 00:05 |
|
|
|
• Planetin ən gözəl qızı seçilib - FOTO
Bu gün, 00:02 |
|
|
|
• Sumqayıtda Zəfər Günü ilə bağlı konsert olub
Dünən, 22:09 |
|
|
|
• Paşinyan Qərbə xəyanət planı qurur: -İrəvan Kremlin "təhlükəsizlik çətiri" altına qayıdır
Dünən, 17:24 |
|
|
|
• Özəlin Əliyevə zəngi – Türkiyə siyasətində nə baş verir?
Dünən, 17:21 |
|
|
|
• İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində niyə iştirak etmədi? - Amma Ərdoğan və Paşinyan sammitə gediblər və orada görüşüblər...
Dünən, 17:01 |
|
|
|
• Rusiya hakimiyyəti “Rosneft”, “Qazprom Neft” və “Lukoil”in birləşməsini müzakirə edir – WSJ
Dünən, 16:58 |
|
|
|
• Bakı isə sözünü deyib: ya sülh müqaviləsi, ya da... - İrəvan köhnə havada
Dünən, 16:51 |
|
|
|
• "Demokratiyanın beşiyi", yoxsa "azadlıqların məzarı"? - Bahəddin Həzi yazır...
Dünən, 16:47 |
|
|
|
• AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
Dünən, 16:46 |
|
|
|
• “Grammy” namizədləri açıqlandı – Beyonse rekord qırdı
Dünən, 16:02 |
|
|
|
• Susuzluqdan əziyyət çəkən vətəndaş müraciətləri diqqətə alınmır - Su agentliyindən şikayətlər çoxalıb
Dünən, 15:52 |
|
|
|
• Müharibə içində “müharibə” - Və ya şəxsi heç nə yoxdur, sadəcə biznes
Dünən, 14:10 |
|
|
|
• Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ötən il də zərərlə işləyib
Dünən, 13:15 |
|
|
|
• Dönərxanalar monopoliyaya götürülür? - REAKSİYA
Dünən, 13:04 |
|
|
|
• Deputat Asif Əsgərov Zəfər Günündə şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR
Dünən, 12:57 |
|
|
|
• Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verdi
Dünən, 12:53 |
|
|
|
• Yaşar Gülərin açıqlaması İrəvanda təşviş yaratdı – “Zəngəzur dəhlizi…”
Dünən, 12:48 |
|
|
|
• Tramp dövrü: ABŞ-ı nə gözləyir? - ARAŞDIRMA
Dünən, 12:41 |
|
|
|
• Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard dollar investisiya qoyulacaq
Dünən, 12:39 |
|
|
|
• “Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” - Həmkarını biabır etdi
Dünən, 12:34 |
|
|
|
• Rusiyadakı soydaşlarımız üçün TƏHLÜKƏ... - NƏ BAŞ VERİR?
Dünən, 12:25 |
|
|
|
• Trampın ikinci müddət üçün kabineti - Əsas rolları kimlər tuta bilər?
Dünən, 12:20 |
|
|
|
• “Müharibə vaxtı cənab İlham Əliyev insanlığı qorudu” - ABŞ-ın Azərbaycandakı sabiq səfirindən İLGİNC TƏSBİT
Dünən, 12:08 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:06 |
|
|
|
• Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq – İnsanları zəhərləyən...
Dünən, 12:00 |
|
|
|
• Bu müəssisələrdə Ana dilimizə hörmətsizlik var... - Ekspert danışır...
Dünən, 11:45 |
|
|
|
• 51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək - FOTO
Dünən, 11:41 |
|
|
|
• Baydenin stolunun üzərində “Ukrayna məhv olacaq” sənədi: - Kremldən reaksiya
Dünən, 11:37 |
|
|
|
• "Zəfər bayramı sevincini tam yaşaya bilmədim..." - “Quska”nın anası
Dünən, 11:33 |
|
|
|
• “Uniklinika”nın mərkəz rəhbəri vətəndaşı aldadıb.. - NARAZILIQ VAR...
Dünən, 11:31 |
|
|
|
• “Aqrarkredit” BOKT auditor seçir
Dünən, 11:14 |
|
|
|
• 8 Noyabr - Şuşa Şəhəri Günüdür - MƏQALƏ
Dünən, 11:08 |
|
|
|
• Avropa Komissiyası ABŞ seçkilərinin istənilən nəticəsinə hazırlaşıb
Dünən, 11:00 |
|
|
|
• Müəllimlərin maaşından vergi tutulmasın! - TƏKLİF
Dünən, 10:51 |
|
|
|
• Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır - MƏQALƏ
Dünən, 10:49 |
|
|
|
• Erməni keşiş Paşinyanı şəxsən Bakıya getməyə ÇAĞIRDI - KİV
Dünən, 10:28 |
|
|
|
• Trampın Azərbaycan siyasəti belə olacaq - Politoloq detallı danışdı
Dünən, 10:25 |
|
|
|
• Amerikadan 7 günə çatdırırlar... amma burdan bura... - BU NƏDİ BELƏ?..
Dünən, 10:21 |
|
|
|
• Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib - ƏMR
Dünən, 10:12 |
|
|
|
• Qırğızıstan Prezidenti COP29-da iştirak edəcək
Dünən, 10:04 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Dünən, 10:02 |
|
|
|
• "Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub" - deputat
Dünən, 09:41 |
|
|
|
• "Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." - AXI NİYƏ?..
Dünən, 09:28 |
|
|
|
• "Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ VAR...
Dünən, 09:19 |
|
|
|
• Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib - DİQQƏT
Dünən, 09:09 |
|
|
|
• Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib - FOTO
Dünən, 09:08 |
|
|
|
|