8 azərbaycanlı Krım şərabının güdazına getdi
Tarix: 19-09-2024, 11:43 |
Çap et
Krımın Aluşta şəhərində həyati təhlükəli spirtli içki istehsal edib satmaqda şübhəli bilinən 8 Azərbaycan Respublikası vətəndaşı barəsində cinayət işi açılıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bir qrup şəxs Simferopol bazarından tərkibində spirt olan maye alıb və ona ətir əlavə edib. Onlar hazır surroqatı plastik şüşələrə tökərək Krım şərabı adı altında pərakəndə satış məntəqələrində və Aluşta sahilində satıblar.
Onlar İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar. Yeraltı sexdə və pərakəndə satış məntəqələrində aparılan axtarış zamanı 50 litrdən çox təhlükəli məhsul, içki hazırlamaq üçün qab və avadanlıq, 2 milyon rubl və 11 min ABŞ dolları götürülüb.
"Ekspertiza göstərdi ki, məhsullar istehlak edildikdə həm sağlamlığa ciddi zərər, həm də ölümlə nəticələnə bilər", - İstintaq Komitəsinin bəyanatında deyilir.
İdarə aydınlaşdırıb ki, təşkilatçılardan biri Rusiyadan qaçmağa cəhd edib və reysə minməzdən əvvəl Moskva hava limanında saxlanılıb.
Saxlanılanların hamısı günahlarını etiraf ediblər.
[flash=425,264]https://vk.com/video-105107159_456248730?ref_domain=lent.az[/flash]