Sumqayıtda Zəfər Günü ilə bağlı konsert olub .....                     Paşinyan Qərbə xəyanət planı qurur: .....                     Özəlin Əliyevə zəngi .....                     İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində niyə iştirak etmədi? .....                     Rusiya hakimiyyəti “Rosneft”, “Qazprom Neft” və “Lukoil”in birləşməsini müzakirə edir .....                     Bakı isə sözünü deyib: ya sülh müqaviləsi, ya da... .....                     "Demokratiyanın beşiyi", yoxsa "azadlıqların məzarı"? .....                     AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib .....                     “Grammy” namizədləri açıqlandı .....                     Susuzluqdan əziyyət çəkən vətəndaş müraciətləri diqqətə alınmır .....                     Müharibə içində “müharibə” .....                     Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya .....                     Dönərxanalar monopoliyaya götürülür? .....                     Deputat Asif Əsgərov Zəfər Günündə şəhidlərin məzarını ziyarət etdi .....                     Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verdi .....                     Yaşar Gülərin açıqlaması İrəvanda təşviş yaratdı .....                     Tramp dövrü: ABŞ-ı nə gözləyir? .....                     Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən .....                     “Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” .....                     Rusiyadakı soydaşlarımız üçün TƏHLÜKƏ... .....                     Trampın ikinci müddət üçün kabineti .....                     “Müharibə vaxtı cənab İlham Əliyev insanlığı qorudu” .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq .....                     Bu müəssisələrdə Ana dilimizə hörmətsizlik var... .....                     51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək .....                     Baydenin stolunun üzərində “Ukrayna məhv olacaq” sənədi: .....                     "Zəfər bayramı sevincini tam yaşaya bilmədim..." .....                     “Uniklinika”nın mərkəz rəhbəri vətəndaşı aldadıb.. .....                     “Aqrarkredit” BOKT auditor seçir .....                     8 Noyabr - Şuşa Şəhəri Günüdür .....                     Avropa Komissiyası ABŞ seçkilərinin istənilən nəticəsinə hazırlaşıb .....                     Müəllimlərin maaşından vergi tutulmasın! .....                     Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır .....                     Erməni keşiş Paşinyanı şəxsən Bakıya getməyə ÇAĞIRDI .....                     Trampın Azərbaycan siyasəti belə olacaq .....                     Amerikadan 7 günə çatdırırlar... amma burdan bura... .....                     Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib .....                     Qırğızıstan Prezidenti COP29-da iştirak edəcək .....                     Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb .....                 

“Yasin Hüseynzadə İranın mövcud rejiminin obrazlarından biridir” - HƏQİQƏTƏN DƏ...
Tarix: 19-09-2024, 10:25 | Çap et
“Yasin Hüseynzadə İranın mövcud rejiminin obrazlarından biridir”
Azərbaycan İranla münasibətləri yaxşılaşdırmağa çalışsa da, Tehran özünün qərəzli, məkrli davranışlarından geri çəkilmir. Bunun bir nümunəsi də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törətmiş Yasin Hüseynzadəni faktiki olaraq cəzadan yayındırmağa çalışmasıdır. Məsələ ondadır ki, terrorçu ilə bağlı çıxarılan hökmün icrası artıq bir ilə yaxındır baş tutmur.

Yasin barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Ancaq bu hökm bir ilə yaxın vaxt ərzində icra edilməyib, bu haqda heç danışmaq belə istəmirlər.

Report belə bir xəbər yayıb ki, edamla bağlı qərar tez bir zamanda icra olunmasa, Azərbaycan İrandakı səfirini növbəti dəfə geri çağıra bilər.

Yasin Hüseynzadənin belə qorunması bir daha terrorun dövlət səviyyəsində həyata keçirildiyinə dair ehtimalları gücləndirir, Tehranın terroru dəstəkləyən ölkə imicini bərkidir.

Yasin Hüseynzadənin xüsusi xidmət orqanlarının əlamanı olması da sirr deyil. O, İran-İraq müharibəsi zamanı SEPAH sıralarında vuruşub, 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib.

1999-2006-cı illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. Yasinin Təbrizdə “Bəsic” və SEPAH qüvvələri ilə birlikdə Bükan və Marağada baş verən antihökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.

Böyük ehtimalla Tehran Yasini qorumaqda davam edir, hətta onun hazırda həbsdə olmamasına dair iddialar da var.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin əvvəlində bəyan edib ki, Tehranda səfirlik öz fəaliyyətini iki şərtlə bərpa edə bilər: cinayətkar layiqli cəzasını alsın və İran səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət versin.

İran isə faktiki bunu etmir, heç edam cəzasını icra etmir. Belə vəziyyətdə Azərbaycanın öz səfirini, ümumiyyətlə, geri çağırması tamamilə yerinə düşən məsələdir.

İran niyə belə edir, bununla verdiyi mesaj nədir?

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Elçin Mirzəbəyli terrorçunun əslində İran rejiminin obrazı olduğunu vurğuladı: “Bütün dünyada terrorun dəstəkçisi kimi tanınan, bu ağır cinayət əməlini həm ölkə daxilində, həm də xaricdə öz maraqlarının təmin edilməsi, təzyiq və təhdid aləti kimi qoruyub saxlayan bir məzhəbçi siyasi rejimin terrorçunu himayə etməsindən təbii heç nə yoxdur. Yasin Hüseynzadə İranın mövcud rejiminin obrazlarından biridir. Onu İslamın müqəddəs dəyərlərinin təhrif edilməsi üzərində formalaşan, ölücü saxta ideologiya, cəhalət və xurafat, total zombiləşdirmə siyasəti üzərində formalaşan, türk və müsəlman dünyasına qənim kəsilən, bölgədə xarici maraqların ifadəsini təfriqə üçün formalaşdırılan rejim "dünyaya gətirib". Yasin Hüseynzadə haqqında çıxarılmış hökmün gerçəkləşməməsi sübuta yetirib ki, rejimin “doğduğu” yüzlərlə təpəgözdən biri olan Yasin, sadəcə, icraçıdır. Azərbaycan Respublikasının Tehrandakı səfirliyində gerçəkləşdirilən teror aksiyası ilə bağlı bütün görüntülər sübuta yetirir ki, Yasin Hüseynzadənin öz cinayətkar əməlini gerçəkləşdirməsi üçün İranın təhlükəsizlik təsisatları tərəfindən bütün imkanlar yaradılıb. Diplomatlara qarşı terror aksiyası həyata keçirən qatı cinayətkardan müsahibə götürülməsi və bu müsahibənin İranın dövlət kanalında nümayişi, bütövlükdə bəşər tarixində görünməmiş hadisədir.

Yasin Hüseynzadənin həbsxanada olmaması ilə bağlı məlumatların həqiqliyinə şübhə etmək üçün də heç bir əsas yoxdur. İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH belə “metod”lardan əvvəllər də həm ölkə daxilində, həm də xaricində geninə-boluna istifadə edib.

Qeyd edim ki, SEPAH hələ 1996-cı ildə “Mize-təhrir Azərbaycan” (Azərbaycan masası) adlı xüsusi casus qrupu yaradıb. Rejim “Şaziman-i-İttilat” və SEPAH-ın zabitləri arasından xeyli sayda insan seçərək onlara Azərbaycan dili, mədəniyyəti, coğrafiyası ilə bağlı təlimlər keçib. Sözügedən şəxslər din, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, hərbi və mülki idarəçilik sahəsində fəaliyyət göstərmək üçün ixtisaslaşıblar. Sonra bu şəxslərin bir hissəsi Azərbaycana göndərilib. Onlar verilən təlimatlara uyğun olaraq, vətəndaşlıq almaq üçün azərbaycanlı qadınlarla ailə həyatı qurublar. Vətəndaşlıq alanların bir qismi müxtəlif bölgələrdə biznes fəaliyyəti ilə məşğul olub, daha “fərasətliləri” isə mülki və hərbi diplomatiya, siyasət, incəsənət, QHT, media, din və digər sahələrə nüfuz ediblər. Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan səfirliyində qanlı terror aksiyasını törədən Yasin Hüseynzadə həmin casus şəbəkəsinin üzvü olub və onun qardaşı, Urmiyədə kitab ticarəti ilə məşğul olan Rəhman Hüseynzadə də SEPAH-ın xüsusi missiyasını həyata keçirir. Təbii ki, bu missiyaya azərbaycanlı şairlərin əsərlərinin İranda nəşr edilməsi adı altında onların ələ alınmaları da daxildir. Rəhman Hüseynzadə Təbriz, Urmiyə, Zəncan və digər şəhərlərdə, guya Azərbaycan ədəbiyyatının təbliğatı ilə məşğul olan, əslində isə SEPAH-ın kəşfiyyat planlarını icra edən qrupun əsas əlaqələndiricilərindən biridir.

Bu baxımdan, İranınm əzhəbçi-siyasi sisteminin Yasin Hüseynzadəni qorumasında, himayə etməsində təəccüblü heç nə yoxdur.

Düşünürəm ki, terrorçunu himayə etməklə Azərbaycana “göz dağı” verməyə çalışan İran az qala hər gün dünyanın gözü qarşısında rüsvay olduğuna diqqət çəksə, daha yaxşı olar. Məsələn, SEPAH-ın İranın Livandakı səfiri də daxil olmaqla ən azı 2750 “Hizbullah” terrorçusuna, onların təhlükəsiz rabitəsini təmin etmək üçün payladığı telefonların bir anın içərisində partlaması və nəticədə sözügedən telefonlardan istifadə edənlərin ağır xəsarət almaları, onlarla Hizbullah üzvünün ölməsi və ağır yaralanması, Tehranın, hətta “dünyaya gətirdiyi” terrorçuları belə sonunadək himayə etmək gücündə olmadığını sübuta yetirir. Yasin Hüseynzadənin də aqibətinin digər terrorçulardan fərqlənməyəcəyini düşünürəm".

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva molla rejiminin edam qərarının icrasını yubatmasını bu amillərlə izah etdi: “Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən və İrandakı diplomatik düşərgəmizin əməkdaşını qətlə yetirən, bir nəfəri yaralayan Yasin Hüseynzadə peşəkar terrorçudur. O, SEPAH-ın təlim məşqlərini keçmiş, ali hazırlıq dərəcələrinə malik silahlı radikal fiqurdur. Ona görə də Tehran hökuməti yetişdirdiyi belə bir terrorçunu elə-belə xərcləmək istəmir. Bu səbəbdən də onun edamını yubadır.

Həmin terrorçunun dəfələrlə digər teraktlarda da iştirak etdiyi istisna olunmur. Hətta səfirliyimizə hücumun ilk həftələrində güneyli fəallarımız bu terrorçu ilə bağlı araşdırmalar paylaşırdılar. İddia edirdilər ki, Yasin Hüseynzadə adlı məxluq Təbriz və Tehrandakı bir sıra küçə nümayişlərində əsas katalizator kimi iştirak edirmiş, kütləni qızışdırdıqdan sonra “yoxa” çıxırmış. Elə bu faktın özü sübut edir ki, Yasin Hüseynzadə SEPAH-ın terror qanadına məxsus şəxsdir. Ondan ancaq müəyyən əməliyyatlarda istifadə olunub, daha sonra bir kənara atılıb.

Düşünürəm ki, İran hazırda özünü İslam dövləti kimi yox, məhəllə respublikası kimi aparır. Özünə və dövlətçilik ənənələrinə hörmət edən bir ölkə öz qərarlarına hörmətlə yanaşmalıdır. Edamı gecikdirmək isə birbaşa İranın özünə hörmətsizliyidir. Digər tərəfdən, İran hər zaman terroru dəstəkləyən bir ölkə olub. İndi də özünü terrorun və terrorçunun hamisi kimi aparır.

Yadınıza gəlirsə, molla rejimi hadisənin ilk günlərində əvvəlcə terrorçunu “ruhi xəstə” elan etmişdi. Sonra İran dövlət televiziyası “ruhi xəstə” donu geydirdiyindən müsahibə götürüb efirə verdi. Bütün bunlar İranın terror üçün necə bir donor olduğunun göstəricisidir.

Əgər edam məsələsi geciksə, Azərbaycan İrandakı səfirini geri çağıracaq. Çünki Azərbaycan özünə və dəyərlərinə, dövlətçilik gələnəklərinə hörmətlə yanaşan bir dövlətdir. Bu isə Bakı ilə Tehran hökuməti arasındakı çoxəsirlik əlaqələrin və çoxtərəfli ənənələrin zədələnməsi deməkdir. Tehran hökumətinin Cənubi Qafqazdakı bütün dayaqları zədələnəcək. Ermənistanın Amerika silahlarını Zəngəzura yığması, ABŞ-a İrana gələcək üçün dəhliz açması da Tehran hökumətini silkələmirsə, deyiləcək çox söz yoxdur. Doğma bacısı adlandırdığı İrəvan hazırda Tehrana növbəti badalaq gəlməyə çalışır. Halbuki 44 günlük Vətən müharibəsi dövründə İran hər vəchlə işğalçı Ermənistanı müdafiə edir, onu dəstəkləyirdi. “Zəngəzur bizim qırmızı xəttimizdir” - deyirdi. Ümid edirəm ki, molla rejimi səhvini başa düşəcək və terrorçu Yasin Hüseynzadəni edam edəcək.

Hətta terrorçu Hüseynzadənin edamının gecikməsi elə teraktın sifarişçisinin də SEPAH, daha doğrusu, molla rejiminin ali dini lideri olduğunu ortaya çıxarır".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sumqayıtda Zəfər Günü ilə bağlı konsert olub
Bu gün, 22:09
Paşinyan Qərbə xəyanət planı qurur: -İrəvan Kremlin "təhlükəsizlik çətiri" altına qayıdır
Bu gün, 17:24
Özəlin Əliyevə zəngi – Türkiyə siyasətində nə baş verir?
Bu gün, 17:21
İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində niyə iştirak etmədi? - Amma Ərdoğan və Paşinyan sammitə gediblər və orada görüşüblər...
Bu gün, 17:01
Rusiya hakimiyyəti “Rosneft”, “Qazprom Neft” və “Lukoil”in birləşməsini müzakirə edir – WSJ
Bu gün, 16:58
Bakı isə sözünü deyib: ya sülh müqaviləsi, ya da... - İrəvan köhnə havada
Bu gün, 16:51
"Demokratiyanın beşiyi", yoxsa "azadlıqların məzarı"? - Bahəddin Həzi yazır...
Bu gün, 16:47
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
Bu gün, 16:46
“Grammy” namizədləri açıqlandı – Beyonse rekord qırdı
Bu gün, 16:02
Susuzluqdan əziyyət çəkən vətəndaş müraciətləri diqqətə alınmır - Su agentliyindən şikayətlər çoxalıb
Bu gün, 15:52
Müharibə içində “müharibə” - Və ya şəxsi heç nə yoxdur, sadəcə biznes
Bu gün, 14:10
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ötən il də zərərlə işləyib
Bu gün, 13:15
Dönərxanalar monopoliyaya götürülür? - REAKSİYA
Bu gün, 13:04
Deputat Asif Əsgərov Zəfər Günündə şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR
Bu gün, 12:57
Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verdi
Bu gün, 12:53
Yaşar Gülərin açıqlaması İrəvanda təşviş yaratdı – “Zəngəzur dəhlizi…”
Bu gün, 12:48
Tramp dövrü: ABŞ-ı nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 12:41
Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard dollar investisiya qoyulacaq
Bu gün, 12:39
“Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” - Həmkarını biabır etdi
Bu gün, 12:34
Rusiyadakı soydaşlarımız üçün TƏHLÜKƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:25
Trampın ikinci müddət üçün kabineti - Əsas rolları kimlər tuta bilər?
Bu gün, 12:20
“Müharibə vaxtı cənab İlham Əliyev insanlığı qorudu” - ABŞ-ın Azərbaycandakı sabiq səfirindən İLGİNC TƏSBİT
Bu gün, 12:08
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq – İnsanları zəhərləyən...
Bu gün, 12:00
Bu müəssisələrdə Ana dilimizə hörmətsizlik var... - Ekspert danışır...
Bu gün, 11:45
51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək - FOTO
Bu gün, 11:41
Baydenin stolunun üzərində “Ukrayna məhv olacaq” sənədi: - Kremldən reaksiya
Bu gün, 11:37
"Zəfər bayramı sevincini tam yaşaya bilmədim..." - “Quska”nın anası
Bu gün, 11:33
“Uniklinika”nın mərkəz rəhbəri vətəndaşı aldadıb.. - NARAZILIQ VAR...
Bu gün, 11:31
“Aqrarkredit” BOKT auditor seçir
Bu gün, 11:14
8 Noyabr - Şuşa Şəhəri Günüdür - MƏQALƏ
Bu gün, 11:08
Avropa Komissiyası ABŞ seçkilərinin istənilən nəticəsinə hazırlaşıb
Bu gün, 11:00
Müəllimlərin maaşından vergi tutulmasın! - TƏKLİF
Bu gün, 10:51
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır - MƏQALƏ
Bu gün, 10:49
Erməni keşiş Paşinyanı şəxsən Bakıya getməyə ÇAĞIRDI - KİV
Bu gün, 10:28
Trampın Azərbaycan siyasəti belə olacaq - Politoloq detallı danışdı
Bu gün, 10:25
Amerikadan 7 günə çatdırırlar... amma burdan bura... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:21
Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib - ƏMR
Bu gün, 10:12
Qırğızıstan Prezidenti COP29-da iştirak edəcək
Bu gün, 10:04
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Bu gün, 10:02
"Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub" - deputat
Bu gün, 09:41
"Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." - AXI NİYƏ?..
Bu gün, 09:28
"Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ VAR...
Bu gün, 09:19
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib - DİQQƏT
Bu gün, 09:09
Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib - FOTO
Bu gün, 09:08
Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:06
Rəşad Nəbiyev “super nazir” oldu – RİNN tabeliyinə nəhəng strukturların verilməsinin pərdəarxası
Bu gün, 08:58
COP29-a hansı liderlər və niyə qatılmır? - SİYAHI
Bu gün, 08:55
Ukrayna İranla sazişi ləğv etdi - GƏRGİNLİK VAR...
Bu gün, 08:50
Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil "SƏSİ BATDI" - Anbaan VİDEO
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru