“Dedi ki, xahiş edəcəm sənə qrant versinlər” - modeli döyən biznesmenin MƏHKƏMƏSİ
Tarix: 18-09-2024, 16:43 | Çap et
Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə, bununla yanaşı, külli miqdarda dələduluzluqda təqsirləndirilən iş adamı Ziya Hüseynovun növbəti məhkəmə iclası keçirilib.
Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Kənan Rəsulova təqsirləndirilən şəxsin vəkili Elnur Quliyev bəzi suallar verib.
Vəkil Elnur Quliyev: "Deyə bilərsiz, sizə qrantın verilməsi üçün hansı tələblər olub?".
Kənan Rəsulov sualı cavablandırıb:
"1-ci şərtlərə uyğun işi gördüm, aktı da tərtib elədim, ancaq götürmədilər. Sonra ödəniş gəlməli idi. Məktub göndərmişdik bizə qrant ayrılır, ya yox? Sonra Ziya aləmi qatdı bir-birinə. Bizə demişdi dostum işləyir orda. Ona pul çatmalı idi. Ancaq yəqin çatdırmadı ki, qrantı vermədilər. Üstündən artıq 1 il 6 ay keçıb. Hər hansı bir məktub göndərməli idilər, əvəzində biz 5 ya 10 min ödəniş etməli idik".
Vəkil Elnur Quliyev:
“Qrantın ayrılması ilə bağlı hər hansı rəsmi saytlarda, bankın səhifəsində məlumat getmişdi?".
Kənan Rəsulov artıq səhifəyə baxmadığını bildirib:
"Artıq mən 1 il 6 aydır bankın rəsmi səhifəsinə baxmıram, xəbərim yoxdur".
Vəkil Elnur Quliyev zərərçəkmişdən mədaxil barədə qəbzin olub-olmadığını soruşub.
Kənan Rəsulov bildirib ki, Ziyanın şirkətini yox, özünü tanıyıb:
"Hamısı barədə sənədlər cinayət işinin içində var. Həmin pullar ancaq görülən işlərə gedib. İşlər görürdük, votsapa qrupu da açmışdıq, işləri orda qeyd edirdik. Mən Ziyanın şirkətini yox, onun özünü tanımışam".
Hakim Azad Məcidov:
"Kənan Rəsulov, sənin marağın o idi ki, 2 milyonu götürəsən. Buna görə 221 min manatın ortada gedib. Niyə vaxtında hüquq-mühafizə orqanlarına şikayət etmirdiniz?".
Vəkil Elnur Quliyev:
“Pul sizin hesaba oturmuşdusa, Ziya sizə nə problem yaradacaqdı, niyə ona pul verirdiniz?".
Kənan Rəsulov: "Söz vermişdim 3 faiz, bir də 260 minin yarısını verəcəm Ziyaya".
Vəkil Elnur Quliyev: "Ziyanın hansı rolu olub qrantın ayrılmasında?".
Kənan Rəsulov: "Rolu belə olub ki, deyib mən xahiş edərəm sənə qrant verərlər".
Məhkəmənin növbəti prosesi 27 sentyabra təyin edilib.
İttihama görə, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi olan Ziya Hüseynzadə özü və 3-cü şəxs üçün gəlir əldə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdıraraq, dələduzluq edib. Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərində təsərrüfat üçün ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 2 milyon dollar kredit almağa nail olub. O, həmin işi görməyərək quruma xüsusi külli miqdarda ziyan vurub. Bundan başqa, Ziya Hüseynzadə özünü təşkilatın rəhbəri kimi təqdim edib və Zaur Əliyevlə əlbir olaraq “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 5 milyon 600 min avro kredit alaraq vəd verdiyi işi görməyib və həmin qurumun pulunu ələ keçiriblər.
Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru, məlum hadisələrdən sonra vəfat etmiş Aydın Rzayevin vaxtı ilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıblar. Həmin saxtalaşdırılmış etibarnaməni “Muğan Bank”ın baş ofisinə 7 dekabr 2022-ci ildə təqdim ediblər. Bu hərəkətləri ilə onlar 30 min dəyərində vəsaiti nağdlaşdıraraq götürüblər. Bundan başqa, Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı altında müvafiq qurumdan 260 min avro qrant alıb. Həmin vəsaitin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə Kənan Rəsulova həmin miqdarda ziyan vurub. İttihamda daha sonra göstərilib ki, Ziya Hüseynzadə “Muğan bank”ın Xəzər rayon şöbəsindən 2 milyon dolları nağdlaşdıraraq götürüb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Grammy” namizədləri açıqlandı – Beyonse rekord qırdı
Bu gün, 16:02 |
|
|
|
• Susuzluqdan əziyyət çəkən vətəndaş müraciətləri diqqətə alınmır - Su agentliyindən şikayətlər çoxalıb
Bu gün, 15:52 |
|
|
|
• Müharibə içində “müharibə” - Və ya şəxsi heç nə yoxdur, sadəcə biznes
Bu gün, 14:10 |
|
|
|
• Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ötən il də zərərlə işləyib
Bu gün, 13:15 |
|
|
|
• Dönərxanalar monopoliyaya götürülür? - REAKSİYA
Bu gün, 13:04 |
|
|
|
• Deputat Asif Əsgərov Zəfər Günündə şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR
Bu gün, 12:57 |
|
|
|
• Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verdi
Bu gün, 12:53 |
|
|
|
• Yaşar Gülərin açıqlaması İrəvanda təşviş yaratdı – “Zəngəzur dəhlizi…”
Bu gün, 12:48 |
|
|
|
• Tramp dövrü: ABŞ-ı nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 12:41 |
|
|
|
• Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard dollar investisiya qoyulacaq
Bu gün, 12:39 |
|
|
|
• “Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” - Həmkarını biabır etdi
Bu gün, 12:34 |
|
|
|
• Rusiyadakı soydaşlarımız üçün TƏHLÜKƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:25 |
|
|
|
• Trampın ikinci müddət üçün kabineti - Əsas rolları kimlər tuta bilər?
Bu gün, 12:20 |
|
|
|
• “Müharibə vaxtı cənab İlham Əliyev insanlığı qorudu” - ABŞ-ın Azərbaycandakı sabiq səfirindən İLGİNC TƏSBİT
Bu gün, 12:08 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq – İnsanları zəhərləyən...
Bu gün, 12:00 |
|
|
|
• Bu müəssisələrdə Ana dilimizə hörmətsizlik var... - Ekspert danışır...
Bu gün, 11:45 |
|
|
|
• 51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Baydenin stolunun üzərində “Ukrayna məhv olacaq” sənədi: - Kremldən reaksiya
Bu gün, 11:37 |
|
|
|
• "Zəfər bayramı sevincini tam yaşaya bilmədim..." - “Quska”nın anası
Bu gün, 11:33 |
|
|
|
• “Uniklinika”nın mərkəz rəhbəri vətəndaşı aldadıb.. - NARAZILIQ VAR...
Bu gün, 11:31 |
|
|
|
• “Aqrarkredit” BOKT auditor seçir
Bu gün, 11:14 |
|
|
|
• 8 Noyabr - Şuşa Şəhəri Günüdür - MƏQALƏ
Bu gün, 11:08 |
|
|
|
• Avropa Komissiyası ABŞ seçkilərinin istənilən nəticəsinə hazırlaşıb
Bu gün, 11:00 |
|
|
|
• Müəllimlərin maaşından vergi tutulmasın! - TƏKLİF
Bu gün, 10:51 |
|
|
|
• Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır - MƏQALƏ
Bu gün, 10:49 |
|
|
|
• Erməni keşiş Paşinyanı şəxsən Bakıya getməyə ÇAĞIRDI - KİV
Bu gün, 10:28 |
|
|
|
• Trampın Azərbaycan siyasəti belə olacaq - Politoloq detallı danışdı
Bu gün, 10:25 |
|
|
|
• Amerikadan 7 günə çatdırırlar... amma burdan bura... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:21 |
|
|
|
• Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib - ƏMR
Bu gün, 10:12 |
|
|
|
• Qırğızıstan Prezidenti COP29-da iştirak edəcək
Bu gün, 10:04 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Bu gün, 10:02 |
|
|
|
• "Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub" - deputat
Bu gün, 09:41 |
|
|
|
• "Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." - AXI NİYƏ?..
Bu gün, 09:28 |
|
|
|
• "Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ VAR...
Bu gün, 09:19 |
|
|
|
• Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib - DİQQƏT
Bu gün, 09:09 |
|
|
|
• Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib - FOTO
Bu gün, 09:08 |
|
|
|
• Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:06 |
|
|
|
• Rəşad Nəbiyev “super nazir” oldu – RİNN tabeliyinə nəhəng strukturların verilməsinin pərdəarxası
Bu gün, 08:58 |
|
|
|
• COP29-a hansı liderlər və niyə qatılmır? - SİYAHI
Bu gün, 08:55 |
|
|
|
• Ukrayna İranla sazişi ləğv etdi - GƏRGİNLİK VAR...
Bu gün, 08:50 |
|
|
|
• Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil "SƏSİ BATDI" - Anbaan VİDEO
Bu gün, 08:48 |
|
|
|
• Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma... - ƏƏSMN işçilərini himayə edir?
Bu gün, 08:45 |
|
|
|
• Əliyevin ZƏFƏR GÜNÜ ismarıcları... - ƏSLİNDƏ...
Bu gün, 08:38 |
|
|
|
• Biləsuvar sakinlərin MİN DƏRDİ VAR... BİR DƏRMANI... - GİLEY
Bu gün, 08:35 |
|
|
|
• İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası - VİDEO
Bu gün, 08:32 |
|
|
|
• Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı - Paylaşım
Bu gün, 08:28 |
|
|
|
• Möhnətova bu MÖHLƏTİ KİM VERİB? - İLGİNC
Bu gün, 08:25 |
|
|
|
• Trampın ikinci zühuru: Azərbaycanı və dünyanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 06:29 |
|
|
|
• Pentaqon ABŞ hərbi podratçılarının Ukraynaya girişinə icazə verib - TASS
Bu gün, 06:19 |
|
|
|
|