İcra başçısı işdən çıxarılandan sonra ona yüksək vəzifə verildi - FOTO
Tarix: 18-09-2024, 15:58 |
Çap et
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsinə yeni nümayəndə təyin edilib.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, həmin vəzifəyə Mehdiyev Azər Mehdi oğlu təyin edilib.
Qeyd edək ki, A.Mehdiyev bu təyinata qədər rayon İcra Hakimiyyəti başçısının Korarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edib. O, daha əvvəllər də İcra Hakimiyyətində məsləhətçi-psixoloq və şöbə müdiri vəzifələrində çalışıb.
Xatırladaq ki, avqustun 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Hüseyn oğlu İbrahimov vəzifəsindən azad edilib. Hazırda rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti olaraq birinci müavini İsmayıl Yusifzadə icra edir.