"1-ci sinfə gedənlərin sayı xeyli azalıb, gələcəkdə..."
Tarix: 18-09-2024, 15:36 |
Çap et
"Bu il 1-ci sinfə gedən uşaqların sayı keçən illə müqayisədə xeyli azalıb. Belə ki, 2023-2024-cü tədris ili üzrə I sinfə 132 261 uşaq qəbul olunduğu halda, 2022-2023-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin 1-ci sinfinə 137 862 uşaq gedib. Rəqəmlər problemin nə qədər aktual və narahatedici olduğunu göstərir".
Musavat.com xəbər verir ki, bunu Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu məsələ çox ciddi yanaşma tələb edir:
"Xüsusilə bu azalma bölgələrdə özünü nəzərəçarpacaq dərəcədə göstərir. Sözügedən məsələ ilə ciddi məşğul olmasaq, gələcəkdə çox ciddi problemlərlə üz-üzə qalacağıq".