Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?
Tarix: 18-09-2024, 12:35 | Çap et
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat Elton Məmmədovla biznesmen tanışı, 1955-ci il təvəllüdlü Lyubov Vladimirovna Bağırovanın məhkəmə çəkişməsi sona çatıb.
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən iclasda Lyubov Bağırovanın apellyasiya şikayəti təmin edilməyib.
Lyubov Bağırova ötən ilin sentyabrında agentliklərin birinə müsahibə verib. Həmin müsahibədə Elton Məmmədovu qəzəbləndirən fikirləri yer alıb. Bundan sonra Elton Məmmədov Nəsimi Rayon Məhkəməsinə üz tutaraq “Nazir qardaşının adı çəkilən iş haqda” adlı həmin məqalədə təhqir olunduğunu iddia edib.
Həmin məqalədən sitat: “2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyubov Bağırovlar ailəsi o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan Elton Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də Lyubov Bağırovanın təsisçi və direktoru olduğu MMC-yə faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyadan Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə “Azəryolservis” ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən vasitəçilik edib. Sövdələşmən ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyubov Bağırovlar dövlət şirkətinin adıçəkilən rəhbəri ilə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub”.
Elton Məmmədov isə onun barəsində yazılanların böhtan və təhqir olduğunu iddia edib. Məhkəmədə özünü müdafiə edən 69 yaşlı sahibkar Lyubov Bağırova Elton Məmmədovla bağlı dediklərinin həqiqət olduğunu bildirib:
“Ərim Elxan Bağırovla birlikdə 2005-ci ildə MMC-ni təsis edərək həmin dövrdə Milli Məclisin deputatı olan Elton Məmmədovla Rusiyanın müxtəlif zavodlarından yol təsərrüfatında istifadə edilən ağır texnikanın Azərbaycana idxalı ilə bağlı birgə biznes fəaliyyətilə məşğul olmuşuq. Elton Məmmədov bizə texnikanın alqı-satqısı ilə bağlı müqavilələrin bağlanması üçün rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək 2012-ci ilin iyun ayında 1,4 milyon ABŞ dolları, 2014-cü ilin dekabr ayında 1,2 milyon ABŞ dolları, 2015-ci ilin avqust ayında isə 400 000 manat məbləğində pul alıb. Həmçinin 2012-ci ildə mənə məxsus Bakı şəhəri, Yasamal rayonunda yerləşən əmlak kompleksi alqı-satqı yolu ilə digər vəzifəli şəxsin adına rəsmiləşdirilib”. Elton Məmmədov isə ifadəsində Lyubov Bağırova və Elxan Bağırovun 2018-2021-ci illərdə ona maddi yardım etmək məqsədilə dost kimi müraciət etdiklərini deyib:
“Mən də uzunmüddətli dostluq münasibətlərini nəzərə alaraq əmək fəaliyyəti nəticəsində əldə etdiyim əmlaklarımdan onlara təmənnasız əmlak vermişəm ki, satıb borclarını ödəsinlər və maddi imkanları düzəldikdən sonra qaytarsınlar. Barəsində şikayət etdiyim Lyubov Vladimirovna onlara göstərdiyim maddi və mənəvi köməyə görə mənə yazılı minnətdarlıqlarını da bildirib. Lakin ilkin olaraq xahiş kimi edilən hərəkətlər sonralar hədə-qorxu ilə pul tələb etmə ilə əvəzləndi. Lyubov Bağırova təkidlə məndən əlavə borc pul tələb etməyə başladı, tez-tez çalışdığım Azərbaycan Milli Elmlər Akademiyasının binasına və evimə gəlib belə hərəkətlərini davam etdirirdi. Ona pul verməyə imkanımın olmadığını bildirdikdə, məni guya onları müflis etmək, pullarını mənimsəməkdə hədələdi. Barəmdə hüquq-mühafizə orqanlarına şikayətlər edəcəyini, böhtan atacağını söylədi. Lakin mən bir ziyalı, dövlət qarşısında xidmətləri olan şəxs kimi dövlətə, qanunlara güvənərək onlara əhəmiyyət vermirdim. Elxan Bağırovun ailəsi ilə vaxtında dostluq etdiyimdən Lyubov Bağırovaya qarşı şikayət etmirdim. Bununla belə, Lyubov Bağırova müxtəlif informasiya saytlarında məqalə dərc etdirərək mənə böhtan atıb, şərəf və ləyaqətimi, işgüzar nüfuzumu qəsdən alçaldıb. Məni ağır cinayətdə ittiham etməklə öz qanunazidd hərəkətlərini davam etdirib”.
Nəsimi Rayon Məhkəməsi Lyubov Bağırovanı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə təqsirli bilib. Ona qazancının 5 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası verilib. Lyubov Bağırova barəsindəki qərarla razılaşmayaraq apellyasiya şikayəti vermişdi. Qeyd edək ki, Elton Məmmədov deputatlıqdan sonra AzTU-nun strateji inkişaf üzrə prorektoru, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru kimi vəzifələrdə də çalışıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Grammy” namizədləri açıqlandı – Beyonse rekord qırdı
Bu gün, 16:02 |
|
|
|
• Susuzluqdan əziyyət çəkən vətəndaş müraciətləri diqqətə alınmır - Su agentliyindən şikayətlər çoxalıb
Bu gün, 15:52 |
|
|
|
• Müharibə içində “müharibə” - Və ya şəxsi heç nə yoxdur, sadəcə biznes
Bu gün, 14:10 |
|
|
|
• Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ötən il də zərərlə işləyib
Bu gün, 13:15 |
|
|
|
• Dönərxanalar monopoliyaya götürülür? - REAKSİYA
Bu gün, 13:04 |
|
|
|
• Deputat Asif Əsgərov Zəfər Günündə şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR
Bu gün, 12:57 |
|
|
|
• Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verdi
Bu gün, 12:53 |
|
|
|
• Yaşar Gülərin açıqlaması İrəvanda təşviş yaratdı – “Zəngəzur dəhlizi…”
Bu gün, 12:48 |
|
|
|
• Tramp dövrü: ABŞ-ı nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 12:41 |
|
|
|
• Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard dollar investisiya qoyulacaq
Bu gün, 12:39 |
|
|
|
• “Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” - Həmkarını biabır etdi
Bu gün, 12:34 |
|
|
|
• Rusiyadakı soydaşlarımız üçün TƏHLÜKƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:25 |
|
|
|
• Trampın ikinci müddət üçün kabineti - Əsas rolları kimlər tuta bilər?
Bu gün, 12:20 |
|
|
|
• “Müharibə vaxtı cənab İlham Əliyev insanlığı qorudu” - ABŞ-ın Azərbaycandakı sabiq səfirindən İLGİNC TƏSBİT
Bu gün, 12:08 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq – İnsanları zəhərləyən...
Bu gün, 12:00 |
|
|
|
• Bu müəssisələrdə Ana dilimizə hörmətsizlik var... - Ekspert danışır...
Bu gün, 11:45 |
|
|
|
• 51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Baydenin stolunun üzərində “Ukrayna məhv olacaq” sənədi: - Kremldən reaksiya
Bu gün, 11:37 |
|
|
|
• "Zəfər bayramı sevincini tam yaşaya bilmədim..." - “Quska”nın anası
Bu gün, 11:33 |
|
|
|
• “Uniklinika”nın mərkəz rəhbəri vətəndaşı aldadıb.. - NARAZILIQ VAR...
Bu gün, 11:31 |
|
|
|
• “Aqrarkredit” BOKT auditor seçir
Bu gün, 11:14 |
|
|
|
• 8 Noyabr - Şuşa Şəhəri Günüdür - MƏQALƏ
Bu gün, 11:08 |
|
|
|
• Avropa Komissiyası ABŞ seçkilərinin istənilən nəticəsinə hazırlaşıb
Bu gün, 11:00 |
|
|
|
• Müəllimlərin maaşından vergi tutulmasın! - TƏKLİF
Bu gün, 10:51 |
|
|
|
• Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır - MƏQALƏ
Bu gün, 10:49 |
|
|
|
• Erməni keşiş Paşinyanı şəxsən Bakıya getməyə ÇAĞIRDI - KİV
Bu gün, 10:28 |
|
|
|
• Trampın Azərbaycan siyasəti belə olacaq - Politoloq detallı danışdı
Bu gün, 10:25 |
|
|
|
• Amerikadan 7 günə çatdırırlar... amma burdan bura... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:21 |
|
|
|
• Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib - ƏMR
Bu gün, 10:12 |
|
|
|
• Qırğızıstan Prezidenti COP29-da iştirak edəcək
Bu gün, 10:04 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Bu gün, 10:02 |
|
|
|
• "Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub" - deputat
Bu gün, 09:41 |
|
|
|
• "Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." - AXI NİYƏ?..
Bu gün, 09:28 |
|
|
|
• "Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ VAR...
Bu gün, 09:19 |
|
|
|
• Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib - DİQQƏT
Bu gün, 09:09 |
|
|
|
• Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib - FOTO
Bu gün, 09:08 |
|
|
|
• Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:06 |
|
|
|
• Rəşad Nəbiyev “super nazir” oldu – RİNN tabeliyinə nəhəng strukturların verilməsinin pərdəarxası
Bu gün, 08:58 |
|
|
|
• COP29-a hansı liderlər və niyə qatılmır? - SİYAHI
Bu gün, 08:55 |
|
|
|
• Ukrayna İranla sazişi ləğv etdi - GƏRGİNLİK VAR...
Bu gün, 08:50 |
|
|
|
• Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil "SƏSİ BATDI" - Anbaan VİDEO
Bu gün, 08:48 |
|
|
|
• Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma... - ƏƏSMN işçilərini himayə edir?
Bu gün, 08:45 |
|
|
|
• Əliyevin ZƏFƏR GÜNÜ ismarıcları... - ƏSLİNDƏ...
Bu gün, 08:38 |
|
|
|
• Biləsuvar sakinlərin MİN DƏRDİ VAR... BİR DƏRMANI... - GİLEY
Bu gün, 08:35 |
|
|
|
• İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası - VİDEO
Bu gün, 08:32 |
|
|
|
• Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı - Paylaşım
Bu gün, 08:28 |
|
|
|
• Möhnətova bu MÖHLƏTİ KİM VERİB? - İLGİNC
Bu gün, 08:25 |
|
|
|
• Trampın ikinci zühuru: Azərbaycanı və dünyanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 06:29 |
|
|
|
• Pentaqon ABŞ hərbi podratçılarının Ukraynaya girişinə icazə verib - TASS
Bu gün, 06:19 |
|
|
|
|