Şadlıq saraylarında qiymətlər artıb
Tarix: 18-09-2024, 11:49 |
Çap et
2024-cü ilin avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 67.2 faiz azalıb.
Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, sifarişlərin azalması Məhərrəmlik ayı ilə bağlı olaraq toy və şənliklərin sayının kəskin azalması ilə bağlı olub.
Bununla belə, şadlıq saraylarında avqust ayında qiymətlər 3.9 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 5.6 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 3.4 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 2.7 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi 2023-cü ilin avqust ayına nisbətən 103,5 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 faiz, qeyri-qida məhsulları üzrə 101,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub.