“Grammy” namizədləri açıqlandı .....                     Susuzluqdan əziyyət çəkən vətəndaş müraciətləri diqqətə alınmır .....                     Müharibə içində “müharibə” .....                     Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya .....                     Dönərxanalar monopoliyaya götürülür? .....                     Deputat Asif Əsgərov Zəfər Günündə şəhidlərin məzarını ziyarət etdi .....                     Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verdi .....                     Yaşar Gülərin açıqlaması İrəvanda təşviş yaratdı .....                     Tramp dövrü: ABŞ-ı nə gözləyir? .....                     Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən .....                     “Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” .....                     Rusiyadakı soydaşlarımız üçün TƏHLÜKƏ... .....                     Trampın ikinci müddət üçün kabineti .....                     “Müharibə vaxtı cənab İlham Əliyev insanlığı qorudu” .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq .....                     Bu müəssisələrdə Ana dilimizə hörmətsizlik var... .....                     51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək .....                     Baydenin stolunun üzərində “Ukrayna məhv olacaq” sənədi: .....                     "Zəfər bayramı sevincini tam yaşaya bilmədim..." .....                     “Uniklinika”nın mərkəz rəhbəri vətəndaşı aldadıb.. .....                     “Aqrarkredit” BOKT auditor seçir .....                     8 Noyabr - Şuşa Şəhəri Günüdür .....                     Avropa Komissiyası ABŞ seçkilərinin istənilən nəticəsinə hazırlaşıb .....                     Müəllimlərin maaşından vergi tutulmasın! .....                     Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır .....                     Erməni keşiş Paşinyanı şəxsən Bakıya getməyə ÇAĞIRDI .....                     Trampın Azərbaycan siyasəti belə olacaq .....                     Amerikadan 7 günə çatdırırlar... amma burdan bura... .....                     Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib .....                     Qırğızıstan Prezidenti COP29-da iştirak edəcək .....                     Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb .....                     "Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub" .....                     "Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." .....                     "Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." .....                     Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib .....                     Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib .....                     Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? .....                     Rəşad Nəbiyev “super nazir” oldu .....                     COP29-a hansı liderlər və niyə qatılmır? .....                 

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH
Tarix: 18-09-2024, 13:56 | Çap et
Pezeşkianın Azərbaycana səfəri reallaşacaq?
İran Prezidenti Məsud Pezeşkian ilk mətbuat konfransını keçirib və bir sıra önəmli açıqlamalar verib. Pezeşkian İranın Azərbaycan, Türkiyə və Pakistanla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirdiyini deyib. Onun sözlərinə görə, İran qonşu ölkələrlə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Prezident yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini, Türkiyənin qardaş ölkə olduğunu vurğulayıb: "Türkiyə bizim dostumuz və qardaşımızdır. Türkiyə İran vasitəsilə Pakistan və Əfqanistanla ticarət əlaqəsi qura bilər, elə bir yol açmalıyıq ki, siz İrana, biz isə Türkiyəyə rahat gələ bilək". Müsəlman ölkələrin birliyinin vacibliyindən danışan Pezeşkian belə bir birliyin yaranacağı təqdirdə vahid dil və bazarın formalaşa biləcəyi ideyasının reallaşacağını, müsəlmanların başqalarının qarşısında hüquqlarının müdafiəsinin daha asan olacağını söyləyib. İqtisadi məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandıran Məsud Pezeşkian ilk addımda daxili mübahisələrin həll edilməsinin zəruriliyini, istehsalçılara və investorlara inamlı və münbit zəminin təmin edilməsinin vacibliyini vurğulayıb. İran prezidenti növbəti dəfə Əli Xameneiyə sadiqliyini və onun təyin etdiyi strategiyanı irəli aparmağa çalışdığını təkrarlayıb: “Ölkəni inqilabın rəhbərinin dediyi səviyyəyə çatdırmaq üçün FATF-yə üzv olmaq və nüvə sazışı ilə bağlı danışıqlar sahəsindəki problemlərimizi həll etməliyik”. Pezeşkian yaponiyalı jurnalistin İranın Rusiyaya raket tədarükü barədə sualına cavab verib və bunun sadəcə Amerika və Qərbin iddiası olduğunu bildirib: "Biz Rusiya ilə əməkdaşlıq edirik, ABŞ bizə qarşı sanksiya tətbiq etdiyi halda Rusiya bizə yardım edib və bizim Rusiya ilə müəyyən əlaqələrimiz var, bu əlaqələri kəsə bilmərik. Ancaq qəti şəkildə deyirəm ki, biz Rusiyaya heç nə verməmişik, ona görə ki, biz sülh tərəfdarıyıq, kimsə ilə davamız yoxdur”. O, Amerika və Avropa ilə İran arasında olan problemlərin həlli və gərginliyin azaldılması üçün Yaponiyanın istənilən vasitəçilik təşəbbüsünü müsbət qarşıladığını söyləyib.
İran Prezidenti Məsud Pezeşkianın toxunduğu məqamları "Sherg.az"a təhlil edən politoloq Cəmaləddin Quliyev deyib ki, Pezeşkianın seçkiöncəsi platformasında da bəyan edilmişdi ki, qonşu ölkələrlə və Qərblə münasibətlərə xüsusi əhəmiyyət verildiyi vurğulanırdı. Analitik vurğulayıb ki, Pezeşkianın yaxın ətrafının İranın Azərbaycan və Türkiyə ilə əlaqələrinin daha da yaxşılaşacağının, hətta Türk Dövlətləri Təşkilatına üzv olacağı ilə bağlı ehtimallar səsləndirilirdi:

"Hesab edirəm ki, bunlar real ehtimallardır. Artıq seçkiqabağı verilmiş vədlərin yerini yetirilməsi vaxtıdır. Ancaq bunun Pezeşkianın öz iradəsi olduğunu zənn etmirəm. Adətən, İranın son 40-50 il ərzində həyata keçirtdiyi xarici siyasətin əsasını qonşu ölkələrlə sıx əlaqələrin qurulması təşkil edir. Qonşu ölkələrlə xüsusi müqavilələrin imzalanması, vizasız gediş-gəlişlərin təmin olunması bunun göstəricisidir. Azərbaycanla, Pakistanla, Əfqanıstanla, Türkiyə və İraqla bu cür müqavilələr imzalanıb. Ötən il İran və İraq arasında ticarət dövriyyəsi 12 milyard dollardan yuxarı olub. Pezeşkianın ilk səfərinin İraqa olması da bu baxımdan təsadüfi deyil. Bu səfərdən əvvəl Pezeşkianın Rusiyaya gedəcəyi məsələsi gündəmdə idi. Pezeşkianın oktyabr ayında BRICS toplantısında Rusiya Prezidenti V.Putinlə görüşü gözlənilir. Həmin ərəfədə Pezeşkian hansısa qonşu ölkəyə səfər etməyə çalışırdı. Çünki ilk səfərin Rusiyaya olması daxildə bəzi dairələr tərəfindən xoş qarşılanmırdı. Ona görə də ilk səfər İraqa oldu və 14 tarixi sənəd imzalandı. İran rəhbəri terrorçu qruplaşmalar təhdidi olan Şimali İraq bölgəsinə də getdi və müəyyən görüşlər keçirdi. İranı təhdid edən silahlı qüvvələrin zərərsizləşdirilməsi, qaçaqmalçılığın qarşısının alınması yönündə müzakirələr oldu".
C.Quliyev vurğulayıb ki, Pezeşkian rəsmən Azərbaycana da dəvət olunub: "Seçkiqabağı türk birliyi ilə bağlı verilən vədləri nəzərə alsaq, Azərbaycana səfərin də reallaşacağını söyləmək mümkündür. Mərhum İbrahim Rəisinin sərhədyanı bölgəyə gəlişini nəzərə almasaq, Əhmədinejatdan sonra İran rəhbərliyinin Azərbaycana səfəri reallaşmayıb. Rəisinin səfəri rəsmi deyildi və sadəcə açılış üçün nəzərdə tutulmuş "ayaqüstü" gəliş idi. Mövcud gərginliklərin və qarşıya çıxan xeyli suallara aydınlıq gətirilməsi üçün Pezeşkianın Azərbaycana səfəri önəmlidir. Məsələ ondadır ki, İran qonşularla əməkdaşlıqda maraqlı olduğunu vurğulasa da, digər tərəfdən bir ölkənin digərinə qarşı iddialarından bəhrələnməyə çalışır. Zəngəzur dəhlizi ilə bağlı məsələdə Rusiya əleyhinə açıqlamalar və İran rəsmisinin Rusiya və Çinə səfərləri də bunu göstərir. İran çalışır ki, mövcud layihələrdə mümkün qədər Tehranın mövqeyi dəstəklənsin. Pezeşkianın səfərlərində həm də bu xətt gözlənilir. Balansın necə gözləniləcəyini, yumşalma xəttinin əsas götürülüb-götürülməyəcəyini səfərlərdən sonra dəyərləndirmək mümkündür".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Grammy” namizədləri açıqlandı – Beyonse rekord qırdı
Bu gün, 16:02
Susuzluqdan əziyyət çəkən vətəndaş müraciətləri diqqətə alınmır - Su agentliyindən şikayətlər çoxalıb
Bu gün, 15:52
Müharibə içində “müharibə” - Və ya şəxsi heç nə yoxdur, sadəcə biznes
Bu gün, 14:10
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ötən il də zərərlə işləyib
Bu gün, 13:15
Dönərxanalar monopoliyaya götürülür? - REAKSİYA
Bu gün, 13:04
Deputat Asif Əsgərov Zəfər Günündə şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR
Bu gün, 12:57
Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verdi
Bu gün, 12:53
Yaşar Gülərin açıqlaması İrəvanda təşviş yaratdı – “Zəngəzur dəhlizi…”
Bu gün, 12:48
Tramp dövrü: ABŞ-ı nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 12:41
Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard dollar investisiya qoyulacaq
Bu gün, 12:39
“Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən?!” - Həmkarını biabır etdi
Bu gün, 12:34
Rusiyadakı soydaşlarımız üçün TƏHLÜKƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:25
Trampın ikinci müddət üçün kabineti - Əsas rolları kimlər tuta bilər?
Bu gün, 12:20
“Müharibə vaxtı cənab İlham Əliyev insanlığı qorudu” - ABŞ-ın Azərbaycandakı sabiq səfirindən İLGİNC TƏSBİT
Bu gün, 12:08
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq – İnsanları zəhərləyən...
Bu gün, 12:00
Bu müəssisələrdə Ana dilimizə hörmətsizlik var... - Ekspert danışır...
Bu gün, 11:45
51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək - FOTO
Bu gün, 11:41
Baydenin stolunun üzərində “Ukrayna məhv olacaq” sənədi: - Kremldən reaksiya
Bu gün, 11:37
"Zəfər bayramı sevincini tam yaşaya bilmədim..." - “Quska”nın anası
Bu gün, 11:33
“Uniklinika”nın mərkəz rəhbəri vətəndaşı aldadıb.. - NARAZILIQ VAR...
Bu gün, 11:31
“Aqrarkredit” BOKT auditor seçir
Bu gün, 11:14
8 Noyabr - Şuşa Şəhəri Günüdür - MƏQALƏ
Bu gün, 11:08
Avropa Komissiyası ABŞ seçkilərinin istənilən nəticəsinə hazırlaşıb
Bu gün, 11:00
Müəllimlərin maaşından vergi tutulmasın! - TƏKLİF
Bu gün, 10:51
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır - MƏQALƏ
Bu gün, 10:49
Erməni keşiş Paşinyanı şəxsən Bakıya getməyə ÇAĞIRDI - KİV
Bu gün, 10:28
Trampın Azərbaycan siyasəti belə olacaq - Politoloq detallı danışdı
Bu gün, 10:25
Amerikadan 7 günə çatdırırlar... amma burdan bura... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:21
Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib - ƏMR
Bu gün, 10:12
Qırğızıstan Prezidenti COP29-da iştirak edəcək
Bu gün, 10:04
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Bu gün, 10:02
"Bu siyasətin əsası, zamanında ulu öndər tərəfindən qoyulub" - deputat
Bu gün, 09:41
"Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." - AXI NİYƏ?..
Bu gün, 09:28
"Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ VAR...
Bu gün, 09:19
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib - DİQQƏT
Bu gün, 09:09
Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib - FOTO
Bu gün, 09:08
Mərkəzi Bank ABB-nin qarşısında ACİZ QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:06
Rəşad Nəbiyev “super nazir” oldu – RİNN tabeliyinə nəhəng strukturların verilməsinin pərdəarxası
Bu gün, 08:58
COP29-a hansı liderlər və niyə qatılmır? - SİYAHI
Bu gün, 08:55
Ukrayna İranla sazişi ləğv etdi - GƏRGİNLİK VAR...
Bu gün, 08:50
Bakıda məşhur şəxs toyda oxuyarkən qəfil "SƏSİ BATDI" - Anbaan VİDEO
Bu gün, 08:48
Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma... - ƏƏSMN işçilərini himayə edir?
Bu gün, 08:45
Əliyevin ZƏFƏR GÜNÜ ismarıcları... - ƏSLİNDƏ...
Bu gün, 08:38
Biləsuvar sakinlərin MİN DƏRDİ VAR... BİR DƏRMANI... - GİLEY
Bu gün, 08:35
İranda Azərbaycan əleyhinə təbliğatın yeni dalğası - VİDEO
Bu gün, 08:32
Mehriban Əliyevadan Dövlət Bayrağı Günü ilə bağlı - Paylaşım
Bu gün, 08:28
Möhnətova bu MÖHLƏTİ KİM VERİB? - İLGİNC
Bu gün, 08:25
Trampın ikinci zühuru: Azərbaycanı və dünyanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 06:29
Pentaqon ABŞ hərbi podratçılarının Ukraynaya girişinə icazə verib - TASS
Bu gün, 06:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru