Şəkidə təhsil idarəsindən BİLİK GÜNÜ sürprizi - "Şəhid adından istifadəyə nə ad verək!?.."
Tarix: 18-09-2024, 08:46 |
Çap et
"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şəki Rgional Təhsil İdarəsi bilik günü münasibəti ilə şagird və valideynlərə sürpriz edib". Dia-az.İnfo xəbər verir ki, bu iddia ilə tanınmış jurnalist Zülfüqar Xeyirxəbərov çıxış edib.
Jurnalist daha sonra bildirib: "İdarə sinifə qədəm qoyan uşaqların hər birindən bölgədəki şəhid plakatlarının dəyişdirilməsi üçün 6 AZN pul yığılmasını tələb edib..."
Açıqlanan faktla bağlı birbaşa olaraq Elm və Təhsil Nazirliyinin rəhbərliyinə xitab edən Z.Xeyirxəbərov bun da qeyd edib: "Hörmətli Emin Əmrullayev, təmir pulunu, süpürgə pulunu, fond pulunu başa düşmək olmadığı halda, şəhid adından istifadəyə nə ad verək!?.."