Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 2020-ci il razılaşmaları əsasında mümkündür - Overçuk
Tarix: 14-09-2024, 13:40 |
Çap et
Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 9 noyabr 2020-ci il tarixli razılaşmalar çərçivəsində mümkündür.
"Report"un məlumatına görə, bunu hazırda Ermənistanda olan Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Bildirmək istəyirəm ki, kommunikasiyaların açılması üç dövlətin (Azərbaycan, Rusiya Federasiyası və Ermənistan) liderləri arasında əldə edilmiş və 9 noyabr 2020-ci il tarixli birgə bəyanatda öz əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya hər zaman bu prosesə qoşulmağa və Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq burada kömək etməyə hazırdır”, - o brifinqdə qeyd edib.